Mühazirə 1 İnformatika və onun əsas anlayışları



Yüklə 324,19 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix02.01.2022
ölçüsü324,19 Kb.
#46844
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   15
MUH-1

ASCII 

UNİCODE 

Hər bir simvol 8 ədəd 0 və 1-lə 

kodlaşdırılır 

Hər  bir  simvol  16  ədəd  0  və  1-lə 

kodlaşdırılır 

Hər bir simvol yaddaşda 8 bit (və ya 1 

bayt) yer tutur 

Hər bir simvol yaddaşda 16 bit (və ya 

2 bayt) yer tutur 

Kodlaşdırıla  bilən  maksimal  simvol 

sayı: 

2

8



=256 

Kodlaşdırıla  bilən  maksimal  simvol 

sayı: 

2

16



=65536 

 

Kodlaşdırılmış informasiya kompüterin yaddaş qurğusunda “0” və “1”-lər 



şəklində saxlanılır. “0” və “1”-lər yaddaş qurğusunun oyuqlarında (yuvalarında) 

yerləşir.  Deməli  yaddaş  qurğusunun  həcmi  oyuqların  sayından  aslıdır.  Hər  bir 

oyuqda sadəcə bir ədəd “0” və ya “1” yerləşə bilər. Yəni “0” və ya “1” ən kiçik 

informasiya ölçü vahididir. 

Bir ikilik rəqəmin ( 0 və ya 1-in) ölçü vahidi 1 bit (binary digit) adlanır. 

Onda aydın olur ki, ASCII standartında hər bir simvolu kodlaşdırmaq üçün 8 ədəd 

“0” və “1”-dən istifadə olunduğuna görə, simvolun tutumu 8 bit olacaq. 8 bit isə 

1  baytdır,  Deməli  ASCII-də  hər  simvolun  yaddaşda  tutduğu  yer  1  baytdır, 

UNICODE sistemində isə 2 bayt (və ya 16 bit). 

İnformasiya ölçü vahidlərindən bəziləri aşağıda göstərilmişdir: 

1 bit  (“0” və ya “1”-in yaddaşda tutduğu yer; bit ən kiçik informasiya 

ölçü vahididir) 

1 bayt = 8 bit (2

bit) 



1 Kb = 1024 bayt (2

10

 b) = 2



13

 bit 


1 Mb = 1024 Kb (2

10

 Kb) = 2



20

 b = 2


23

 bit 


1 Gb = 1024 Mb (2

10

 Mb) = 2



20

 Kb = 2


30

 b = 2


33

 bit 



10 

 

1 Tb = 1024 Gb (2



10

 Gb) = 2


20

 Mb = 2


30

 Kb = 2


40

 b = 2


43

 bit 


İnformatikada bit, bayt, Kilobayt (Kb), Meqabayt (Mb), Giqabayt (Gb), 

Terabaytdan (Tb) başqa, Petabayt (Pb), Eksabayt (Eb), Zetabayt (Zb), Yottabayt 

(Yb) kimi daha böyük ölçü vahidlərindən də istifadə olunur. Bu ölçü vahidləri də 

ardıcıl şəkildə bir-birlərindən 1024 dəfə fərqlənirlər: 

1 Pb = 1024 Tb (2

10

Tb) 


1 Eb = 1024 Pb (2

10

 Pb) 



1 Zb = 1024 Eb (2

10

Eb) 



1 Yb = 1024 Zb (2

10

 Zb) 



Yuxarıdan  da  göründüyü  kimi  bir  ölçü  vahidindən  digərinə  asanlıqla 

keçmək olar, məsələn: 

1 Gb = 2

10

Mb = 2



20

 = 2


30

 bayt = 2

33

 bit. 


Simvollardan  başqa  kompüterlərin  yaddaşında  məntiqi,  ədədi,  audio, 

qrafıki, video və multimedia tip informasiya da saxlanılır və onların hər biri fərqli 

formada kompüterin yaddaşında kodlaşdırılır. 


Yüklə 324,19 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin