Mühazirə 1 Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri Tarix


Sahə üzrə müxtəlif növ laylanmanın inkişaf etmə zonaları



Yüklə 0,75 Mb.
səhifə7/36
tarix16.12.2023
ölçüsü0,75 Mb.
#183320
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   36
M hazir 1 Ad Struktur geologiya f nninin m qs d v v zif l ri

Sahə üzrə müxtəlif növ laylanmanın inkişaf etmə zonaları
Layların ilk və törəmə (ikinci) yatımı
Yer səthindəki çöküntülərin əksər hissəsi dəniz və ya kontinental hövzələrdə, eləcə də dəniz sahili düzən zonalarda toplanır. Məlumdur ki, çöküntütoplanma səthinin ilk dövrdə çox kiçik mailliyi (10 –dən az) olur. Əksər hallarda maillik 150 –dən artıq olmur. Nadir hallarda isə bir neçə dərəcə olur. Sualtı sürüşmələrdə və sualtı qayalıq zonalarda səthin mailliyi bir neçə on dərəcəyə çatır. Ona görə də çökmə süxurların əksər hissəsi ilk dövrdə horizontal yatıma yaxın olur. Əgər çöküntütoplanma fasiləsiz olaraq uzun müddət davam edərsə , hövzə dibi daha yaxşı nivelirlənir. İlk mailliyi 3-40 , bəzən isə 100 olan süxurlara çöküntütoplanmanın yerüstü yamaclarda, sualtı qalxımlarda getdiyi sahələrdə rast gəlmək olur. Çökmə süxurların ilk yatımı çox nadir hallarda saxlanır, çünki ilk yatım sonradan baş verən tektonik hərəkətlər nəticəsində pozulur. Tektonik hərəkətlər çökmə süxurlarda bir istiqamətli maili yatım və qırılma pozğunluğu yaradır.


Kəsilişdə laylanmanın növləri



Çəp laylanma

İmtahan sualları: 1. Lay və onun elementləri
2. Laylanmanın növləri
Ədəbiyyat
1.Patrice F. Rey. İntroduction to Structural Geology.(ingilis dilində)
2. K. Seyferta. Struktur geologiya və plitələr tektonikası. I, İİ, III tom , 1991
3.Mixaylov A.Y. Struktur geologiya və geoloji xəritəalma. .Moskva, Nedra, 1973, 1084 (rus dilində);
4.Sokratov Q.İ. Struktur geologiya və geoloji xəritəalma. Moskva, Nedra, 1972 (rus dilində);

  1. Hacıqasımov A., Orucov V.Ə. , Hüseynov H.M. Struktur geologiya və geologi xəritəalma, Bakı 1989. (Azərbaycan dilində)

  2. N.R.Nəimanov, M.S.Babayev, G.C.Nəsibova. , Ş.Ə.Qənbərova. Struktur geologiya və geoloji xəritəalma, Bakı- 2013. (Azərbaycan dilində)

7.Məmmədov T.Ə., Kərimov A.Ə. Struktur geologiya və geoloji xəritəalmanın əsasları. AzNKİ nəşri, 1972;
8.Xəlilov E.A., Nərimanov N.R. Struktur geologiya və geoloji xəritəalma (laboratoriya işləri üçün metodik rəhbərlik və tapşırıqlar), AzNKİ nəşri, 1981.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin