Mühazirə : Mulki Mudafiənin yaranması, təşkil edilmə prinsipləri və məqsədi


MM rayon mərkəzindəki komanda məntəqəsindən idarə edilir



Yüklə 333,89 Kb.
Pdf görüntüsü
səhifə40/45
tarix17.05.2022
ölçüsü333,89 Kb.
#58367
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   45
I MÜHAZİRƏ. Mulki Mudafiənin yaranması, təşkil edilmə prinsipləri və məqsədi.Müasir şəraitdə Mülki Müdafiənin rolu

MM rayon mərkəzindəki komanda məntəqəsindən idarə edilir. Bu məntəqəni rabitə 

vasitələri ilə, məntəqənin şəxsi heyətini isə nəqliyyat vasitələri və fərdi mühafizə vasitələri 

ilə  təmin  edirlər.  Komanda  məntəqəsində:  rəhbər  heyət,  qərargahın  və  xidmətlərin  şəxsi 

heyəti, köçürmə komissiyası və xidmət qrupu yerləşir. 



Müəssisə direktorları, rəhbərləri mülki müdafiəyə cavabdeh şəxs sayılırlar. Onla-

ra aşağıdakı vəzifələr həvalə olunur: 

-  obyekt  dəstələri  yaratmaq,  onları  lazımi  əmlakla  təchiz  etmək  və  bu  dəstələrin  döyüş 

hazırlığını təmin etmək; 

- əhaliyə FH-ın nəticələrindən mühafizə tədbirlərinin öyrədilməsini təşkil etmək

- MM dəstələri və əhali üçün xüsusi əmlak və fərdi mühafizə vasitələri əldə etmək, bunları 

toplayıb saxlamaq; 

- vəzifəli şəxslərə, dəstələrin şəxsi heyətinə və əhaliyə FH təhlükəsi haqqında vaxtında 

xəbər vermək; 

- əhalinin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə rəhbərlik etmək

-  profilaktika  tədbirlərini,  epidemiya,  epizootiya  və  yanğın  əleyhinə  tədbirləri  təşkil 

etmək; 



 

16 


- şəhərlərdən köçürülmüş əhalini və idarələri qəbul edib yerləşdirmək; 

- əhalinin köçürülməsini təşkil etmək

- xəstəxana kollektorları açmaq üçün nəzərdə tutulmuş binaları hazırlamaq; 

- dəstələri toplamaq və onların zədələnmə ocağına yürüşünü təşkil etmək; 

- kənd təsərrüfatı heyvanlarının, bitkilərin, ərzaq ehtiyatlarının, yemin və su mənbələrinin 

radioaktiv,  kimyəvi  maddələr,  bakterioloji  vasitələrlə  yoluxmadan  mühafizəsi  üzrə 

tədbirləri yerinə yetirmək; 

-  əkinlərin,  su  anbarlarının,  meşələrin,  otlaqların  və  başqa  kənd  təsərrüfatı  sahələrinin 

zəhərlənməsini  vaxtında  aşkara  çıxarmaq  məqsədilə  bu  yerlərə  nəzarəti  təşkil  etmək, 

habelə onların zərərsizləşdirilməsi işlərinə rəhbərlik etmək. 

Obyekt dəstələrinin hazırlığına gündəlik rəhbərliyi təmin etmək və mülki müdafiə 

tədbirlərini  planlaşdırmaq  üçün  obyektlərdə  3-5  nəfərdən  ibarət  qərargah  (qərargahın 

heyətinə daxil edilən işçiləri öz əsas vəzifələrindən ayırmamaq şərtilə) yaradılır. 


Yüklə 333,89 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin