Mühazirə : Mulki Mudafiənin yaranması, təşkil edilmə prinsipləri və məqsədi


- xüsusi təyinatlı dəstələr kəşfıyyat, tibbi yardım



Yüklə 333,89 Kb.
Pdf görüntüsü
səhifə31/45
tarix17.05.2022
ölçüsü333,89 Kb.
#58367
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   45
I MÜHAZİRƏ. Mulki Mudafiənin yaranması, təşkil edilmə prinsipləri və məqsədi.Müasir şəraitdə Mülki Müdafiənin rolu

 - xüsusi təyinatlı dəstələr kəşfıyyat, tibbi yardım, 

yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. xidmət dəstələri sayılır. 

Yüksək  təhlükəli  obyektlərdə  (AES,  kimyəvi  maddələrdən  istifadə  edilən 

müəssisələrdə  və  s.) 

ixtisaslaşdırılmış  dəstələr  yaradılır

.  Hazırlıq  dərəcəsinə  görə 

hərbiləşməmiş dəstələrin bir hissəsi yüksək hazırlıqla saxlanılır (6-8 saat), qalan dəstələr isə 

gündəlik hazırlıqda olurlar (24 saat). 



Rayonun  mülki  müdafiə  qərargahı.

  Rayonun  icra  başçısı  MM  dəstələrinin  işinə 

qərargah və xidmət rəisləri vasitəsilə gündəlik rəhbərlik edir. Qərargah Rayon İcra başçısı və 

onun  şöbələrinin,  idarələrinin  və  digər  təşkilatların  işçilərindən  təşkil  olunur.  Qərargaha 

adətən  ştatda  olan  işçi  (qərargah  rəisi)  rəhbərlik  edir.  Qərargahın  digər  şəxsi  heyəti  öz 

vəzifələrini  əsas  işdən  ayrılmadan  yerinə  yetirir.  Rayonun  icra  başçısı  həmin  şəxslərin 

bilavasitə qərargahda, xidmətlərdə və obyektlərdə işləyəcəyi günləri (saatları) müəyyən edir. 

Bu qayda, tədbirlərin plan üzrə və məqsədəuyğun yerinə yetirilməsinə imkan yaradır. 

           

Qərargah heyətinin sayı konkret şəraitdən asılı olaraq müəyyən edilir. Qərargah 12-

16 nəfərdən ibarət ola bilər: - qərargah rəisi, onun müavini, operativ kəşfiyyat şöbəsi (rəis və 

2-3 köməkçi); döyüş hazırlığı qrupu (rəis və 2-3 köməkçi); mühəndis-texniki və radiasiyadan 

mühafizə qrupu (rəis və 1-2 köməkçi); maddi və texniki təminat qrupu (rəis ve 1-2 köməkçi).

 

Rayon İcra Başçısı rayon tabeliyində olan şəhərdə yerləşirsə, belə hallarda rayonun ve 

şəhərin birləşmiş mülki müdafiə qərargahı yaradılır, həmçinin rayonun başçısına tabe 


Yüklə 333,89 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin