Mühazirə : Mulki Mudafiənin yaranması, təşkil edilmə prinsipləri və məqsədi


haqqında Azərbaycan Respublikasının əhalisinə dərhal məlumat verilməsi)



Yüklə 333,89 Kb.
Pdf görüntüsü
səhifə13/45
tarix17.05.2022
ölçüsü333,89 Kb.
#58367
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   45
I MÜHAZİRƏ. Mulki Mudafiənin yaranması, təşkil edilmə prinsipləri və məqsədi.Müasir şəraitdə Mülki Müdafiənin rolu

haqqında Azərbaycan Respublikasının əhalisinə dərhal məlumat verilməsi); 

6)  qarşılıqlı  əlaqə  prinsipi  (MM-nin  təmin  edilməsində  iştirak  edən  Azərbaycan 

Respublikasının dövlət orqanlarının və MM quvvələrinin sıx və uzlaşdırılmış fəaliyyət 

göstərməsi). 

Mulki Mudafiənin məqsədi aşağıdakılardır: 

1) fovqəladə halların qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata 

kecirilməsi; 

2) fövqəladə hallar zamanı mumkun olan ziyan və itkilərin həcminin maksimum 

azaldılması; 

 

3) fövqəladə halların və onların nəticələrinin aradan qaldırılması. 

 

3.     Müasir dövrdə mülki müdafiənin rolu. 

İnsanların  təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır. Bu ona görədir ki, 

elm  və  texnikanın  sürətlə  inkişaf  etdiyi  son  dövrlərdə  sənayedə,  nəqliyyatda  və  digər 

sahələrdə qəzaların, təbii fəlakətlərin sayı xeyli artmışdır. 

Elmi-texniki  tərəqqinin  (ETT)  yüksəlişi,  mürəkkəb  sistemlərin  tətbiqi  ilə  elmi-

texniki  və  istehsalat  fəaliyyətinin  miqyasının  genişlənməsi,  onların  istismarında  riskin 

artması insanların həyat və sağlamlığına, ətraf mühitə və istehsalatın normal fəaliyyətinə 

təhlükə yaradır. 

Bütün  bunlarla  əlaqədar  gələcək  mütəxəssislərə  müasir  silahların  tətbiqi  zamanı 

istehsalatda  insanların  həyat  fəaliyyətinin  və  ətraf  mühitin  mühafizəsini  təmin  etmək 

biliyi, bacarığı vermək  günün vacib məsələsidir. 

MM-in  müharibə  vaxtındakı  rolu  xüsusilə  böyükdür.  Bununla  belə  qeyd  etmək 

lazımdır  ki,  əmin-amanlıq  dövründə  MM-in  rolu  təbii  fəlakətlərin,  böyük  istehsalat 

qəzalarının nəticələri ilə mübarizədə xeyli artmışdır. 

Böyük maddi itkilər və insan tələfatına səbəb olan (AES-də, dəmir yolunda, güclü 

təsirli zəhərli maddələrdən istifadə olunan  müəssisələrdə baş verən qəzalar və tez-tez 

baş verən təbii fəlakətlər və s.) fövqəladə hadisələr göstərir ki, indi mövcud olan şəraitdə 

insanları və onların yaşadığı mühiti fövqəladə hallarda mühafizə etmək üçün, insanların 

psixoloji,  mənəvi  cəhətdən  əsaslanmış  səmərəli  formada  hazırlanması  məsələlərini 

tamamilə yenidən qurmaq lazımdır, xüsusilə əmin-amanlıq dövründə fövqəladə hal olan 

MM tədbirlərinə yenidən baxılmalı və onun vəzifə və yollarını yenidən qiymətləndirmək 

lazımdır. Bu məsələ indiki iqtisadi münasibətlərin keçid dövründə daha böyük əhəmiyyət 

kəsb edir. 

Azərbaycan  Respublikasının  Prezidenti  1992-ci  il  iyulun  31-də  "Azərbaycan  Res-

publikasının Mülki Müdafiəsi haqqında Əsasnamənin təsdiq edilməsi” barədə 73 saylı 

fərmanı  və  1998-ci  il  aprelin  18-də  "Mülki  müdafiə haqqında  Azərbaycan  Respublikası 

Qanununun  tətbiq  edilməsi”  barədə  700  saylı  fərmanları  imzalanmışdır.  Yuxarıda 

göstərilənlər bu Əsasnamə və Qanunda öz əksini tapmışdır.  




 

Azərbaycan  Respublikasının  MM-si  sülh  və  müharibə  dövrlərində  respublikanın 



ərazisində  əhali  və  xalq  təsərrüfatını  təbii  fəlakətlərin,  həmçinin  güclü  qəzaların 

nəticələrindən, habelə  müasir qırğın vasitələrinin (bundan sonra “təbii fəlakətlərin, güclü 

qəzaların  nəticələri  və  müasir  qırğın  vasitələrinin  təsiri”  ifadəsi  “fövqəladə  hallar” 

adlandırılacaq)  təsirindən  mühafizə  məqsədilə  dövlət,  təsərrüfat,  hərbi  idarəetmə 

orqanları  tərəfindən  bütün  vətəndaşları n  iştirakı ilə  həyata  keçirilən sosial  və  müdafiə 

tədbirləri sistemidir.  




Yüklə 333,89 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin