Mühazirə : 8 İnformasiyanın ötürülmə üsulları. Kompüter şəbəkələri və onların təsnifatı



Yüklə 78,52 Kb.
Pdf görüntüsü
səhifə1/11
tarix21.12.2023
ölçüsü78,52 Kb.
#188972
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   10   11
movzu 8. (1)



Mühazirə : 8 İnformasiyanın ötürülmə üsulları . Kompüter şəbəkələri və onların təsnifatı . 
İnternetin əsasları və xidmətləri.İnternetdə informasiya axtarışı texnologiyası. Elektron 
poçt (e-mail). Domen adlar. 
Plan : 
1.
İnformasiyanın ötürülmə üsulları . 
2.
Kompüter şəbəkələri və onların təsnifatı . 
3.
İnternetin əsasları və xidmətləri.İnternetdə informasiya axtarışı texnologiyası. 
4.
Elektron poçt (e-mail). Domen adlar. 
İnsan cəmiyyətində informasiya mübadiləsi olmasa idi, ümumiyyətlə, cəmiyyət inkişaf 
etməzdi. Toplanmış informasiyaların, əldə olunmuş biliklərin insanlar arasında yayılması, bir 
nəsildən başqa nəslə ötürülməsi bəşəriyyətin inkişafının başlıca amili olmuşdur. 
İnformasiyanın ötürülməsi ilə bağlı istənilən prosesi aşağıdakı çox sadə sxemlə göstərmək 
olar. 
İnformasiya mənbəyindən
çıxan informasiya 
rabitə kanalından
keçərək 
informasiya 
qəbuledicisinə
çatır. Bu sxemdəki üç hissənin hər birinin öz xassələri, başqa sözlə, parametrləri 
var və ötürülmənin keyfiyyəti bu parametrlərdən asılı olur. 
İnformasiya mənbəyi canlı varlıq, yaxud texniki qurğu (məsələn, kompüter) ola bilər. 
İnformasiya oradan 
kodlaşdırıcı qurğuya
(məsələn, modemə) daxil olur. Bu qurğu ona daxil 
olan informasiyanı ötürmək üçün əlverişli formaya çevirir. Rabitə kanalından (məsələn, telefon 
xəttindən) keçən informasiya 
dekodlaşdırıcı qurğuya
(məsələn, modemə) düşür ki, bu qurğu 
kodlaşdırılmış məlumatı qəbuledicinin başa düşdüyü formaya çevirir. 
Verilənləri bir kompüterdən başqasına ötürmək üçün həmin verilənləri daşıyan müəyyən növ 
aralıq bağlayıcıya ehtiyac var. Bu bağlayıcı 
rabitə kanalı
adlanır. Belə kanala nümunə kimi bu 
gün həyatımızda mühüm rol oynayan telefon şəbəkəsini göstərmək olar. Telefon sistemi 
dünyadakı bütün telefon şəbəkələrinin – yerli, uzaqməsafəli, mobil və peyk rabitəsi şəbəkələrinin 
toplusudur. Telefon şəbəkəsi səs rabitəsi üçün nəzərdə tutulsa da, indi ondan verilənlərin (faks, 
e-poçt, canlı audio və video) ötürülməsi məqsədi ilə də istifadə olunur. 
Verilənləri kanal vasitəsilə göndərmək üçün istər fiziki, istərsə də simsiz rabitə vasitələri 
lazım olur. 

Yüklə 78,52 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin