Mühazirə -1 FİZİKİ-KİMYƏVİ analiZİn predmet və VƏZİFƏLƏRİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə9/36
tarix26.03.2022
ölçüsü1,57 Mb.
#54227
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   36
FKA mühazirə

Sərbəstlik  dərəcəsi.  Sistemin  halını  xarakterizə  edən  parametrlər  (P,T 

xüsusi  həcm,  qatılıq  və  s.)  verilən  hər  hansı  bir  sistem  üçün  istənilən  kimi 

dəyişə  bilməz.  Məsələn,  su  üzərində  su  buxarı  olan  sistemi  götürsək,  bu 

zaman əgər hər  hansı təzyiq götürsək, ixtiyari tempraturu götürə bilərik, yəni 

hər  bir  təzyiqə  müvafiq  temperatur  və  ya  əksinə  hər  bir  temperatura  uyğun 

təzyiq  götürə  bilərik.  Deməli,  su  su  buxarından  ibarət  sistemin  tarazlıqda 

saxlamaq  üçün  ancaq  bir  parametri  istənilən  kimi  dəyişə  bilərik.  Ancaq  tək 

sudan  ibarət  sistemdə  isə  hər  temperatur  üçün  müəyyən  intervalda  təzyiqi 

dəyişə bilər, yəni iki parametr dəyişilsə maye su sistemi tarazlıqda olacaqdır.  

Beləliklə,  bu  və  ya  digər  sistemi  səciyyələndirən  müəyyən  parametrləri 

müəyyən intervalda dəyişmək olar. 

Termodinamiki  sərbəstlik  dərəcəsi  və  ya  sadəcə  olaraq  sərbəstlik 

dərəcəsi  termodinamiki  tarazlıqda  olan  sistemin  elə  asılı  olmayan 

parametrlərinin  sayıdır  ki,  onların  sərbəst  dəyişməklə  müəyyən  intervalda 

istənilən  qiymət  ala  bilər  və  bu  zaman  fazaların  sayı,  sistemin  halı  yəni 

tarazlığı  dəyişmir.  Başqa  sözlə  sərbəstlik  dərəcəsi  sistemin  asılı  olmayan 

sərbəst dəyişən parametrlərinin sayıdır. Başqa parametrlər onun funksiyasıdır.  


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin