Mühazirə -1 FİZİKİ-KİMYƏVİ analiZİn predmet və VƏZİFƏLƏRİ


İKİLİ SİSTEMLƏRDƏ SULU HƏLLOLMA DİAQRAMLARI



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə11/36
tarix26.03.2022
ölçüsü1,57 Mb.
#54227
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   36
FKA mühazirə

              İKİLİ SİSTEMLƏRDƏ SULU HƏLLOLMA DİAQRAMLARI 

                       1.Su iştirakı ilə ikili həllolma diaqramları 

   İki 


komponentli sistemlərdə komponentlərdən biri adi halda maye olursa 

belə sistemlər  şərti həllolma sistemləri adlanı.Həlledicinin buxar təzyiqi 

arasında asılılığı səthi diaqram şəklində ifadə etmək olar .İki komponentli 

həllolma sistemlərində də ikili kondensə olunmuş sistemlərin bütün 

elementləri mövcuddur.Yəni həllolma əyriləri ,evtetika və s. elementlər eyni 

olaraq müşahidə olunur.Qatılığın ifadəsi adətən kütlə, mol payları və ya 

onların faizlə ifadəsi ilə, həm də 100,1000q və ya mol həllediciyə düşən 

qramların və ya molların sayı ilə ; 1litr məhlulda olan qramların və ya molların 

sayı ilə ifadə olunur.Sulu məhlullarda molyal qatılıqda ,yəni 1000q yaxud 55,5 

mol suda həll olan maddənin ifadəsi işlənilir.Bu diaqramların həndəsi təsviri 

iki oxlu koordinat sistemindən ibarətdir:absis oxunda temperatur,ordinat 

oxunda isə qatılıq ifadə edilir.Bəzən absis oxunda qatılığı və ordinat oxunda 

isə temperatur da götürülür. 

Fərz edək ki,B maddəsi A həlledicidə-suda müəyyən temperaturda həll olaraq 

doymuş məhlul əmələ gətirir.Belə doymuş məhlulu soyutduqda bundan B 

maddəsi kristallaşacaqdır və hər bir aralıq temperatur üçün doymuş məhlul 

alınacaqdır.Əgər daha duru məhlulları soyutsaq , o zaman həlledicinin 

kristalları alınacaqdır.Buradan belə nəticəyə gəlmək olar ki,elə qatılıqda 

məhlul olmalıdır ki, soyuma zamanı oradan həm həlledci (A),həm də həll olan 

maddə (B)kristallaşsınlar,yəni evtetik qatılığa uyğun məhlulda proses sabit 

temperaturda getməlidir.Buzun duzla və ya onun hidratı ilə əmələ gələn 

evtetikaya kriohidrat adı verilmişdir.Burada temperatur sabit qaldığı üçün 

əvvəllər onu birləmə kimi təsəvvür edirdilər.Lakin dəqiq mikroskopik analiz 

onun mexaniki qarışıq olduğunu aşkar edir. 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin