Mühazirə -1 FİZİKİ-KİMYƏVİ analiZİn predmet və VƏZİFƏLƏRİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə34/36
tarix26.03.2022
ölçüsü1,57 Mb.
#54227
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   36
FKA mühazirə

                         

 

 

 



 

 

 



 


33 

 

                               Mühazirə 4     



                Monokristalların yetişdirilməsi. 

Bərk maddələr amorf və kristallik halda olurlar. Maddənin kristallik halı da polikristal və monokristal 

olmaqla  fərqlənir.  Yəni  polikristallik  brk  maddə  çox  saylı  kristallardan  ibarətdir  və  bu  kristallar  bir-birinə 

nisbənən  təsadüfi  vəziyyətdə  yerləşmişlər.  Belə  polikristallik  maddələrin  xassələri  kristalliklərin 

ölçülərindən, onların istiqamətli düzülüşündən, sətlərinin sahəsindən və mükəmməliyindən, kristalliklər arası  

boşluqlardan,  defektlərdən  və  bir  sıra  faktorlardan  asılıdır.  Ona  görə  də  eyni  bir  maddənin  eyni  şəraitdə 

kristallaşdırılmasından alınan polikristalların belə xassələri çöx zaman fərqli olur. Bu isə materialşünasllıqda 

müəyyən problemlər yaradır. 

Sünii yolla alınmış monokristallar hələ dünya müharibəsi vaxtında istifadə olunurdu. O zaman kvars 

və turmalin ultrasəs detektorlarında istifadə olunurdu. Bərk cisimlərin həqiqi xassələrini bilmək üçün onun 

monokristallarını tədqiq etmək lazımdır. 

  İstənilən verilmiş maddənin polikristallik formasından monokristalın alınması iki yolla həyata 

keçirilir. 

1.tədricən böyümə və kristalın səthinin yerdəyişməsi. 

2.verilmiş kristallik formanın tamamilə dağılması və arzu olunan monokristala keçməsi. 

Birinci metod əvvəllər ikincili rekristallaşma zamanı alınan çox kiçik metal kristallarına tətbiq 

olunub.İkinci tip qeyri-metal birləşmələri üşün daha böyük əhəmiyyət kəsb edir.Burada hal dəyişikliyi 

aşağıdakı xarakterə malikdir:bərk faza-maye-bərk faza və ya bərk faza-buxar-bərk faza. 

  Kristalların yetişdirilməsinin bütün metodlarını 2 əsas qrupa ayırmaq olar. 

 A.Təmiz ərintidən yetişdirilmə 

 1.tigelin yerdəyişməsi ( Bridcmen-Stokbarqera metodu) 

 2.kristalların yerdəyişməsi(Çoxralski metodu) 

 3.ayrılma səthinin yerdəyişməsi(Verneyl metodu) 

 

Bu metodun üstünlüyü aşağıdakılardır: 



-böyümənin yüksək sürəti 

-aparatın sadəliyi 

-böyük kristalların alınması  

Bu metodun mənfi cəhəti aşağıdakılardır: 

-kristalların keyfiyyəti aşağı ola bilər. 

-böyük temperatur qradienti 

-soyudulma 



B.məhluldan yetişdirilmə 

 1.100 C-dən aşağı temperaturlu maye su(suda həllolan kristallar alınır) 

 2.100 C-dən yuxarı temperaturlu maye su (hidrotermal yetişdirilmə) 

 3.yüksək kritik su (temperatur > Tc)(hidrotermal yetişdirilmə) 

4.Ərimiş oksid və ya duz(məhlulda ərintidən böyümə) 

 5.Buxar-daşıyıcılar(buxar fazadan böyümə) 

 Bu metodun üstünlüyü aşağıdakılardır: 

-yetişdirilmənin izotermik mühiti 




34 

 

-yavaş böyümə,yüksək keyfiyyət 



-kristallarda gərginliyin olmaması 

 

 Bu metodun mənfi cəhəti aşağıdakılardır: 



-daşıyıcı mühit və ya qabların materialından kristalların çirklənmə imkanı 

-sənaye istehsalı üçün böyümə sürətinin aşağı olması 

Beləliklə, A metodunda böyümə fazanın tərkibi dəyişmədən və ya dəyişərək yüksək temperaturda 

gedir.B metodu isə aşağı temperaturlarda istifadə olunur. 

Fazanın təbiətinə görə kristalların yetişdirilməsinin A metodu aşağıdakı kimi klassifikasiya olunur. 

-monokristalların buxar fazadan böyüməsi 

-monokristalların maye fazadan böyüməsi 

-monokristalların bərk fazadan böyüməsi 

 1.monokristalların buxar fazadan böyüməsi. 

Bu metodun prinsipi olduqca sadədir və maddənin qovulmasına və sonradan toplayıcıda 

kondensasiyasına əsaslanır.Böyük buxar sərtliyinə malik birləşmələrə tətbiq olunur məs; CdS,ZnS,MoO3.Bu 

üsulla tinglərin alınması daha məqsədəuyğundur. 

2.monokristalların maye fazadan böyüməsi. 

Monokristalların yetişdirilmə sistemi dörd əsas komponentdən ibarətdir:götürülmüş 

maddə,maye,kristal və bərk cisim-maye ayrılma səthi.Kristalların həcmli böyüməsi ancaq dörd 

komponentdən birinin yerdəyişməsi zamanı mümkündür: a) kristal-maye ayrılma səthinin 

yerdəyişməsi.Metod müxtəlif adlarla məlumdur-Bridcmen metodu,Stoqbarger metodu və ya Kiropulos üsulu.  

Ərinti    temperaturda tigelə yerləşdirilir. Maye səthinə intensiv soyudulan  fitil kristal yaxınlaşdırılır, 

hansı ki, səthin soyumasını həyata keçirir.Kristallaşma fitilin səthində başlayır və ərintinin dərinliyinə doğru 

gedir.Kristalın ölçüsü ilk növbədə peçdə temperaturun paylanmasına əsasən təyin edilir.Bu metod daha çox 

böyük kristalların hazırlanmasında istifadə olunur-qələvi metalların hallogenidləri.Böyümə sürəti ~1sm/saat 

təşkil edir.Alınan kristallar yaxşı optiki keyfiyyətlərə malikdir ancaq mükəmməl kristallar alınmır.  

 

 

 



 

Твердое тело 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin