Mühazirə -1 FİZİKİ-KİMYƏVİ analiZİn predmet və VƏZİFƏLƏRİ


İnkonqruent əriyən ekzotermik birləşmə



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə32/36
tarix26.03.2022
ölçüsü1,57 Mb.
#54227
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   36
FKA mühazirə

        İnkonqruent əriyən ekzotermik birləşmə. 

 

Əgər  birləşmə  inkonqruent  əriyirsə,  bu  zaman  elə  maye  faza  alınır  ki,  onun  tərkibi  ərinmiş 

halın maddənin tərkibinə uyğun gəlmir. Bu o halda mümkün olur ki, bir maddə əriyəndə maye və 

ikinci  başqa  tərkibli  bərk  fazaəmələ  gəlsin.  Məsələn,  qlauber  duzunu  Na

2

SO

4



  10H

2

O  33,38



0

C-yə 


kimi  qızdırsaq,  əriyərək  eyni  zamanda  susuz  Na

2

SO



4

  (tenardit)  alınır.  İnkonqruent  birləşmə  əmlə 

gəlmə halını təsvir edən hal diaqramı 4.16-cı şəkildə verilmişdir. Bu diaqramın termodinamik yolla 

çıxarılması və termiki analiz nəticələrinə görə qurulması prinsipcə sadə evtektik sistemlərdə olduğu 

kimi şərti qəbul edilir. 

Hal  diaqramında  bütün  stabil  hallar  bütöv  əyrilərlə  təsvir  edilir;  metastabil  sahələr  isı  qırıq 

xətlərlə  göstərilmişdir.  Burada  hər  sahəyə  uyğun  fazaları  və  evtektikanın  tərkibini  tapmaq  üçün 

istifadə  edilən  tamman  Üçbucaqları  verilmişdir.  Bütün  bunlar  əvvəlki  diaqramlarda  olduğu  kini 

izah olunur. Lakin diaqramda qırıq xətlə verilmiş və heç bir zaman təcrübi yol ilə alınmayan hissə, 

sistemdə  S  birləşməsinin  konqruent  əriməsi  mümkün  olsaydı,  onda  maksimum  nöqtədə  S 

birləşməsini  parçalanmadan  əriməyə  məruz  edilsə,  onun  təxmini  olaraq  ərimə  nöqtəsi  S

II

  olardı. 



Belə  maksimum  gizli  maksimum  adlanır.BEP  əyriləri  və  ondan  aşağıda  yerləşən  sahələrdəki 

ərintilərin kristallaşması sadə evtektik sistemdə olduğu kimi eyni yolla baş verəcəkdir. Burada PA

I

-

dən aşağıdakı sahədə ərintilərin kristallaşmasını nəzərdən keçirmək maraqlıdır. 



Əgər  1-ci  ərintini  soyutsaq,  I

1

  nöqtəsinə    çatanda  A



1

P  əyrisiylə  görüşdüyündən  sistemdə  A  

komponenti  kristallaşmağa  başlayacaq.  Soyudulma  əyrisində  I

II

  sınma  nöqtəsi  bu  prosesin 



başlanmasını göstərir. Sonrakı soyutma zamanı fiqurativ nöqtə ikifazalı sahədə hərəkət edəcəkdir. 

Bu zaman  məhluldan A  komponenti çökəcək və doymuş məhlulun tərkibi A

I

PE əyrisi boyunca  E 



nöqtəsinə doğru hərəkət edəcəkdir. Bu hal, A

II

P izotermik xəttə çatana kimi davam edəcəkdir. A



II

xəttinə  çatdıqda  A  həll  olmağa  başlayacaq    və  S  birləşməsi  kristallaşacaqdır,  yəni 



S

A

M



 

tənliyi  üzrə  reaksiya  gedəcəkdir.  Deməli,  inkonqruent  proses  başlayır.  Burada  P  xətti  boyunca  iki 

bərk faza A və S maye ilə tarazlıqda olduğundan və kondenslənmiş sistem olduğundan təzyiq sabit 

saxlandığından sistem şərti olaraq nonvariant olur, yəni fazalar qaydasına əsasən sərbəstlik dərəcəsi 

0





 olur. Deməli, temperaturla yanaşı maye fazanın tərkibi də sabit olub P nöqtəsinə uyğundur. 

Belə  inkonqruent  proses  peritektik  nöqtə  və  ya  sadəcə  olaraq,  peritektika  adlanır.  Şəkil  5-da  I 

tərtiblərinin    sonrakı  soyudulması  solidus  sahəsində  iki  bərk  fazanın  A+S  birgə  kristallaşmasına 

səbəb  olacaqdır,  çünki  birinci  ərinti  S-in  tərkibindən  solda  yerləşdiyi  üçün  birləşmə  əməələ 

gəldikdən sonra A maddəsi artıq qalacaqdır. 

 

 

 

         

Şəkil  5.  İnkonqruent  birləşmə  əmələ 

gətirən kondensləşmiş  sistemin hal diaqramı. 

 

Əgər  üçüncü  ərintinin  soyuma  əyrisini 

nəzərdən  keçirsək  ,  o  PA

II

  izotermik  xəttə 



kimi  birinci  ərinti  kimi  özünü  aparacaq, 

inkonqruent proses başlayacaq. A

II

P izotermik 



xətti  üzərində  isə  bu  ərintilərin  soyudulması 

zamanı  A  həll  olacaq  və  S  kristallaşacaq  və 

fiqurativ  nöqtə  iki  fazalı  –  M+S  sahəsində 

ES

II



  izotermik  xəttə  doğru  hərəkət  edəcəkdir. 

Burada  monovariant  evtektik  dayanma  alınır. 



B

S

M



  tarazlıqda  olur.  Sonrakı  soyudulma  zamanı  maye  faza  bərkə  çevrilərək  qurtaracaq, 

 



32 

 

fiqurativ  nöqtə  iki  fazalı  S+B  sahədə  monovariant  tarazlıq  sahəsində  solidusla  hərəkət  edəcəkdir. 



İkinci  ərintini  soyutduqda  S

I

  nöqtəsinə  kimi  1  və  3-cü  ərintilərlə  olduğu  kimi  M+A  sahəsində 



sistem  yerini  dəyişəcəkdir,  lakin  S

I

  nöqtəsinə  A  və  B  –in  miqdarı  S  birləşməsinin  stexiometrik 



tərkibinə  uyğun  miqdarda  olduğundan  maye  və  A  komponenti  birdən  tamamilə  S-ə  çevrilir  və 

alınmış S birləşməsi təmiz halda kristallaşır. Fiqurativ nöqtə axıra kimi bir fazalı S birləşməsi SS

I

 

perpendikulyarı üzərində hərəkət edir və burada SS



I

 xətti hal məkanıdır. Bu zaman maksimum vaxt 

sərf  olunacaq.  Soyudulma  əyrisi  üzərində  ən  uzun  müddətli  dayanma  alınacaq.  Tamman 

üçbucağının oturacağına endirilmiş ən böyük perpendikulyar əmələ gələcəkdir. Bəzən elə hal olur 

ki,  inkonqruent  birləşmənin  S  tərkibi  peritektik  nöqtənin  üzərinə  düşür.  Bu  halda  ərintidən 

(mayedən)  m-  M  birbaşa S  birləşməsi  kristallaşır.  Bu diaqram  Novikova  görə  distektik  konqruent 

əriyən  birləşmə  əmələ  gətirən  diaqramla  inkonqruent  əriyən  birləşmə  əmələ  gələn  halların 

diaqramlarının aralıq halını təşkil edir. Belə birləşmələr “ ötəri “ birləşmə adlanır. 

Şəkildə  qırıq  xətlərlə  sistemin  metastabil  sahəsi  göstərilmişdir.Əgər  S  birləşməsinin 

parçalanma nöqtəsindən yuxarı temperaturda qızdırmaq  mümkün olsaydı, o zaman onun tərkibinə 

uyğun  S

II

  maksimum  nöqtəsi  alınardı.  Diaqramda  bu  hal  RS



I

  qırıq  xətti  ilə  metastabil  hal  kimi 

təsvir edilmişdir.  Bu təcrübi olaraq alınmır. 

 

                   




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin