Mühazirə -1 FİZİKİ-KİMYƏVİ analiZİn predmet və VƏZİFƏLƏRİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə23/36
tarix26.03.2022
ölçüsü1,57 Mb.
#54227
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   36
FKA mühazirə

Üçlü  nöqtə.

  Buxarlanma,  sublimə  və  ərimə  əyriləri  B  nöqtəsində  (şəkil  2.1)  kəsişirlər.  Bu 

nöqtə  üç  fazalı  (  bərk,  maye,  buxar  )  sistemdə  qrafiki  olaraq  nonvariant  tarazlığı  əks  etdirir. 

Beləliklə,  bir  komponentli  üç  fazalı  sistemdə  təzyiq  və  temperaturun  ancaq  müəyyən  qiymətində 

tarazlıqda ola bilərlər. Məsələn, su üçün belə nöqtənin koordinatları +0,0098 dərəcə və 4,570 mm. 

civə  sütununa  bərabərdir.  Buxarlanma,  sublimə  və  ərimə  əyriləri  müvafiq  monovariant  tarazlığı 

ifadə  edirlər.  Bu  əyrilər  elə  həndəsi  yerləşdirilmişlər  ki,hər  birinin  davamı  iki  əyrinin  aralıq 

sahəsindən  keçsin.  Şəkil  2.2-də  kükürd  tipli  maddələr  üçün  monovariant  əyrilərin  ümumi  həndəsi 

mövqeyi  verilmişdir.Monovariant  əyrilərin  su  tipli  maddələr  üçün  belə  vəziyyətdə  olmamasını 

sübut  etmək  olar.Üçlü  nöqtə  ətrafında  olduğundan  görüşmə  nöqtəsi  yaxınlığında    sublimə  əyrisi 

buxarlanma əyrisinə nisbətən daha böyük bucaq altında dəyişəcəkdir. Əgər B nöqtəsindən absis və 

ordinat oxuna paralel keçən xətlər çəksək, diaqramı 4 kvadrata bölmüş olarıq .I, II, III, IV.Burada I, 

III müsbət, II, IV mənfi işarəli kvadratlardır. 

buxarlanma

subl

dT

dp

dT

dp









 



 

 

 

Şəkil  2.  Kükürd  tipli  maddələrin  hal  diaqramında 

monovariant əyrilər. 

 

Klauzius-Klapeyron  tənliyindən  məlumdur  ki,  sublimə  və 

buxarlanma  zamanı  tənliyin  sağ  tərəfindəki  kəmiyyətlər  müsbət 

olduğundan,  bu  əyrilər  müsbət,  yəni  I  və  III  kvadratlarında 

yerləşməlidirlər.Ərimə  əyrisi  isə  BD  su  tipli  maddələr  üçün  II 

kvadratda  yerləşəcək  və  onun  davamı  isə  IV  kvadrata  keçəcək, 

çünki təzyiq artdıqca buzun ərimə nöqtəsi aşağı düşür. 

Kükürd tipli maddələr üçün isə təzyiq artdıqda ərimə nöqtəsi artdığı üçün ərimə əyrisi müsbət 

kvadratdan I-də yerləşir, davamı isə III kvadratdan keçəcəkdir. 

Kükürd  tipli  maddələr  üçün  Klauzius-Klapeyron  tənliyindən  hesablanmış  gizli  buxarlanma, 

sublimə  və  ərimə  istiliklərindən,  xüsusi  həcmlərin  dəyişməsindən  istifadə  edərək, 







dT

dp

ərimə 








dT

dp

sublimə 








dT

dp

buxarlanma

    ifadəsindən  deyə  bilərik  ki,  bunların  hamısı  müsbət  kəmiyyət 

olduğundan  üçlü  nöqtəyə  yaxınlıqda  ən  böyük  bucaq  altında  ərimə  temperaturunun  təzyiqdən 

asılılığı,ən  kiçik  bucaq  altında  isə  buxarlanma  temperaturunun  təzyiqdən  asılılıq  əyrisi 

dəyişəcəkdir.  Monovariant  əyrilərin  hamısı  müsbət  kvadratlarda  yerləşəcəkdirlər  (şəkil  2.2). 

Buxarlanma və sublimə əyriləri arasında ərimə bucağı fərqi şəkildə göstərildiyi kimi çox da böyük 

deyildir. 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin