Mühazirə -1 FİZİKİ-KİMYƏVİ analiZİn predmet və VƏZİFƏLƏRİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə20/36
tarix26.03.2022
ölçüsü1,57 Mb.
#54227
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   36
FKA mühazirə

Sublimə  əyrisi.  Şəkil  2.1-də  AB  əyrisi  üzrə  iki  faza-bərk  və  buxar  fazaları  olduğu  üçün  ona 

bərk maddənin buxar təzyiqi əyrisi  və ya sublimə əyrisi deyilir.Sublimə və ya bərk maddənin buxar 

təzyiqi əyrisinin aşağı hüdudu mütləq sıfır, yuxarı hüdudu isə ərimə nöqtəsində qurtarır.Çünki, bərk 

maddəni ərimə nöqtəsindən yuxarı qızdırmaq olmaz. 

Əgər biz 

dT

dp

 qiymətini Klauzius-Klapeyron tənliyindən 







dT

dp

T

q

 müəyyən etsək və q ( 

bir fazadan başqa fazaya gizli keçidin istiliyini ) sublimə prosesi üçün 

 ilə əvəz etsək: 



                          

 


subl

subl

T

dT

dp







    ( 2.3 ) 



Burada 

-gizli sublimə istiliyidir. 



Məlumdur ki, gizli sublimə istiliyi, iki prosesin, yəni xüsusi ərimə (

) və gizli buxarlanma (



) istiliklərinin cəminə bərabərdir: 





                 ( 2.4 ) 



Beləliklə, 



 olduğundan  

                           

buxar

subl

dT

dp

dT

dp









    ( 2.5 ) 



 


22 

 

buxar



buxarlanma

dp

dT

dp











  tənliyindən  və  cəm  dəyişikliyi 

 





  sublimə  və  buxarlanma 

zamanı  hər iki halda təxminən qaz fazasının həcminə  bərabər olduğundan ( 2.5 ) tənliyinə əsasən 

deyə bilərik ki, sublimə təzyiqinin temperaturdan asılılığı  əmsalından böyükdür.Buradan təyin  edə 

bilərik    ki,  sublimə  əyrisinin  əyilmə  bucağı  daha  kəskin  olacaq.Doğrudan  da  hal  diaqramından  ( 

şəkil 2.1-dən ) göründüyü kimi buxarlanma əyrisinə nisbətən sublimə əyrisi kəskin dəyişir. 

Buxarlanma prosesinin və ya doymuş buxar təzyiqinin temperaturdan asılılığı maye ilə buxarın 

tarazlıq  halını  əks  etdirir  və  şəkil  2.1-də  BC  əyrisinə  müvafiqdir.Doymuş  buxar  təzyiqi 

temperaturun artması ilə artır.Doymuş buxar təzyiqinin sonu böhran nöqtəsidir.Böhran nöqtəsində 

maye  ilə  buxar  arasında  fərq  yox  olur.Doymuş  buxar  təzyiqi  əyrisini  aşağıdan  məhdudlandıran 

nöqtə yoxdur ( ola bilsin ki, mütləq sıfır belə nöqtədir ). Maye donma nöqtəsindən aşağıda mövcud 

ola  bilir,  ifrat  doymuş  mayenin  buxarlanma  əyrisi  ümumi  buxarlanma  əyrisinin  bir  hissəsidir  və 

şəkil 2.1-də qırıq xətlə BC’ ilə işarə edilmişdir.Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olur 

ki,buxarlanma əyrisi sublimə əyrisinə nisbətən absis oxundan kiçik bucaq altında aralanır. 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin