Müəssisə və əhali müayinələrində seçmə məcmunun əlaqələndirilməsinə və rotasiyaya dair


İnformasiya ehtiyatları (resurslarının) və texnologiyaların statistikası



Yüklə 167,4 Kb.
səhifə51/55
tarix31.12.2021
ölçüsü167,4 Kb.
#25315
1   ...   47   48   49   50   51   52   53   54   55
İnformasiya ehtiyatları (resurslarının) və texnologiyaların statistikası. Elmin maddi-texniki bazasının tərkib elementlərindən biri də informasiya ehtiyatları hesab edilir. İnformasiya ehtiyatları elmi biliklərin istehsalında qeyri-maddi aktivlər hesab edilir. Elmi istehsalın maddi və qeyri-maddi aktivləri elmin maddi-texniki və informasiya bazası hesab edilir. Elmin maddi-texniki bazasına nisbətən onun informasiya bazası statistik təhlil obyekti olmamışdır.

Elmin informasiya bazasının statistik göstəricilər sistemi yaradılarkən informasiya nöqteyi-nəzərindən yanaşılması lazımdır. Hazırda informasiya fəaliyyəti yüksək əmək və fondtutumu ilə, informasiya və telekommunikasiya texnologiyalarının tətbiqi ilə xarakterizə olunur. İnformasiya işçilərinin ixtisas səviyyəsi, informasiyanın saxlanması, işlənməsi və ötürülməsi, informasiyanın tərkibi və təqdiminin avtomatlaşdırılması istifadəçilərin tələblərinin operativ və keyfiyyətli ödənilməsini təmin edir.

İnformasiya ehtiyatlarının statistik tədqiqi dedikdə, onun təsnifatı, qabaqcıl informasiya texnologiyalarının mövcudluğu və istifadəsi, onların nəticələrinin öyrənilməsi başa düşülür. Elmi-texniki informasiya onların daşıyıcının növündən (kağız, elektron), əldə edilmə imkanından (nəşr edilən, nəşr edilməyən), ödənişli olmasından, yayılma kanalından (kitab ticarəti, kitabxana, informasiya mərkəzləri, elektron şəbəkə) asılı olaraq hissələrə bölünə bilər. Bundan başqa, onun istehlakı nöqteyi-nəzərindən elmi-texniki informasiya iki yerə bölünür: elmi cəmiyyət üçün yeni biliklərin generasiyasında istifadəsinə (elmi ideyalar, hipotezalar, kəşflər və s.) və innovasiya üçün informasiya mənbəyinə, yəni elmi nailiyyətlərin istehsal sferasına ötürülməsi zərurətinə.

İnnovasiya statistikası üçün informasiya mənbəyi aşağıdakılardır:



  • təşkilatın daxili mənbələri: elmi-tədqiqat, istehsal, marketinq və digər bölmələr;

  • xarici kommersiya mənbələri; material, avadanlıq, komplekt hissə tədarükçüləri; məhsulun istehlakçıları; sahənin rəqibləri; məsləhətçi və informasiya firmaları;

  • akademik və sahə profilli elmi təşkilatlar, ali təhsil müəssisələri;

  • hamı üçün əldə edilə bilən informasiya, xüsusən müasir qaydalar, standartlar, kəşflərin təsvirləri, patent təşkilatlarının rəsmi nəşrləri, konfranslar, seminarlar, simpoziumlar, elmi-texniki ədəbiyyatlar, sərgilər, yarmarkalar, digər reklam tədbirləri.

Elmin informasiya bazasının statistikası iki istiqamətdə aparılır. Onlardan birincisi elmi texniki informasiya təşkilatlarının fəaliyyətinin (elmi və elmi-texniki kitabxanalar daxil olmaqla) təhlilidir. Belə təhlil üçün təşkilatların (növü üzrə) sayı, informasiya fondunun həcmi (saxlanılan vahidlər və növlər üzrə), elmi-texniki informasiya işçilərinin sayı və ixtisas strukturu (informatika üzrə ixtisas təhsilinin mövcudluğu və səviyyəsi), əsas fondların tərkibi və orta illik dəyəri, hesablama və surətçıxarma texnikasının sayı və məhsuldarlığı, elmi-texniki informasiya xərcləri, yerinə yetirilən işlərin (xidmətin) həcmi, nomenklaturası, keyfiyyəti internet vasitəsi ilə əldə edilməsi mümkün olan nəşrlərin sayı və yayılma səviyyəsinə dair məlumatlardan istifadə edilir. Eyni zamanda xidmətləri növünə görə təsnifləşdirmək (məlumat, məsləhət, təminedici, tərcümə, çap, marketinq, təhsil və s.) lazımdır. Birdəfəlik müşahidələrdə bu göstəricilərin tətbiqi elmi tədqiqatlarda istifadə olunan informasiyanın ehtiyatlarının qiymətləndirilməsi üçün, həmçinin elmin informasiya bazasının inkişafı üçün əmək, material, maliyyə ehtiyatlarının məsrəfini müəyyən etməyə imkan verir.

İkinci istiqamət informasiya texnologiyalarının tədqiqatlarda tətbiqi statistikasını nəzərdə tutur. İnformasiya və rabitə statistikası iqtisadi statistikanın yeni və intensiv inkişaf edən sahəsidir. Onun konsepsiyası, kateqoriyaları, anlayışları beynəlxalq standartlara uyğunlaşdırılır. İnformasiya və rabitə statistikasında spesifik göstəricilərdən istifadə edilir. İnformasiya texnologiyasının təhlili aşağıdakı istiqamətlərdə yerinə yetirilir:

- fərdi kompüterlər;

- digər növ hesablama maşınları (super, böyük, kiçik EHM);

- lokal hesablama şəbəkəsi;

- elektron poçt;

- internet şəbəkəsi;

- digər qlobal şəbəkələr;

- ayrılmış rabitə kanalları.

Statistikada, eyni zamanda kompüter istifadə edən işçilərin tərkibi, sayı, EHM parkı, alınmış hesablama texnikası, lokal və qlobal şəbəkəyə qoşulmuş kompüterlərin sayı, bu və ya digər məsələlərin həllində tətbiq olunan xüsusi proqram vəsaitlərinin mövcudluğu öyrənilir. İnformasiya texnologiyasının tətbiqini xarakterizə etmək üçün ümumiləşdirici göstəricilərdən, yəni müəssisənin informasiya texnologiyasının əldə edilməsinə, tətbiqinə və istifadə edilməsinə xərclər göstəricisindən istifadə edilir və xərclər aşağıdakı kimi qruplaşdırılır:



  • hesablama texnikasının əldə edilməsi;

  • hazır proqram vəsaitinin əldə edilməsi;

  • rabitə xidməti haqqı;

  • informasiya texnologiyasının tətbiqi və inkişafı ilə əlaqədar işçilərin öyrədilməsi;

  • informasiya texnologiyasına görə digər müəssisələrə və mütəxəssislərə ödəmələr (texniki və proqram vəsaitləri üzrə məsləhətlər, informasiya təminatı, məlumatların işlənməsi, avtomatlaşdırılmış sistemlərin, sistem və proqram vəsaitlərinin hazırlanması, texniki xidmət və təmir, elektron-məlumat xidməti və s.);

  • sair (öz gücünə proqram vəsaitinin hazırlanması xərcləri).

Hesablama texnikasından istifadə iki göstərici ilə: bir fərdi kompüterə düşən işçilərin sayı və bir işçiyə düşən EHM-nin dəyəri ilə müəyyən edilir. İnformasiya texnologiyasından istifadəni xarakterizə etmək üçün aşağıdakı amillərin statistik qiymətləndirilməsi lazımdır:

  • texnoloji (texniki mürəkkəbliyə malik olması, mövcud texniki və proqram vasitələrinin müəssisənin tələbatına müvafiq olmaması, informasiyaya və kompüter viruslarına müdaxilənin kafi olmaması, şəbəkəyə qoşulmaq üçün texniki imkanların mövcud olmaması, şəbəkədən əldə edilən məlumatlar və rabitənin keyfiyyətinin kafi olmaması);

  • iqtisadi (pul vəsaitinin çatışmaması, iqtisadi faydanın qeyri-müəyyənliyi, partnyorlar, tədarükçülər və istehlakçılar tərəfindən informasiya texnologiyasının kifayət dərəcədə istifadə edilməməsi, elektron ödəmələri yerinə yetirərkən risklər);

  • istehsal (müəssisənin fəaliyyəti və buraxılan məhsulun (xidmətin) xarakterindən asılı olaraq informasiya texnologiyasına tələbatın olmaması, işçilərdə bilik və vərdişlərin olmaması, yeniliyə qarşı işçilərin müqaviməti, ixtisaslı mütəxəssislərin çatışmaması və s.);

  • hüquqi (qlobal şəbəkədən istifadəni müəyyən edən nörmativ-hüquqi bazanın təkmil olmaması).



Yüklə 167,4 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin