Müəllim: dos. N. Z.Çələbiyev Fənn: Klinik psixologiya Mövzu Hafizə təfəkkürünün pozuntuları



Yüklə 188,42 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix07.03.2017
ölçüsü188,42 Kb.
#10599
1   2   3

Təfəkkür pozuntuları 

 

   Təfəkkür  ali  psixi  fəaliyyətin  insana  məxsus  bir  forması  olub,  cisim  və 



hadisələrdən, onlar arasındakı əlaqə və qanunauyğunluqlardan əqli nəticə çıxarmaq 

qabiliyyətinə  deyilir.  Təfəkkür  prosesinin  əsasını  əqli  qabiliyyət  (insana  məxsus 

olan həyat təcrübəsi, bilik ehtiyatları) təşkil edir. Başqa sözlə, təfəkkürə intellektin 

aktiv fəaliyyət forması da demək olar. 

    Duyğu,  qavrama,  təsəvvür  proseslərindən  fərqli  olaraq  təfəkkür  zamanı  insan 

faktları müqayisə və təhlil edir, onların arasındakı əlaqələri, qanunauyğunluqları və 

digər  münasibətləri  nəzərdən  keçirir,  bunların  əsasında  mühakimə  yürüdür. 

Təfəkkür  prosesi  zamanı  biz,  subyektiv  hissiyyata  əsaslanan  faktlara  deyil, 

hadisələrin  daxili  varlığndan,  mücərrəd  keyfiyyətlərindən  yaranan  və  onların  əsil 

mahiyyətini  aşkar  edən,  başqa  sözlə,  real  varlıqdan  yaranan  faktlara  əsaslanırıq. 

Məsələn,  qanaxma  ilə  xəstəxanaya  daxil  olan  xəstəni  müayinə  edərkən  həkim 

nəinki  qanaxmanın  nəyin  təsirindən  baş  verməsini,  itirilən  qanın  miqdarını, 

gələcəkdə  nə  kimi  ağırlaşmaların  ola  biləcəyini  təsəvvür  edir  və  bunlara  əsasən 

tədbir görür. 

    Təfəkkür  assosiativ  təsəvvürlərin  oxşarlığı,  uyğunluğu,  ahəngdarlığı  və  eyni 

zamanda  meydana  çıxması  kimi  proseslərə  əsaslanır.  Lakin,  təfəkkür 



10 

 

assosiasiyalardan keyfiyyətcə fərqlənən daha mürəkkəb prosesdir. Belə ki, təfəkkür 



məlum faktlar əsasında yeni fikir, yeni məzmun yaradır. 

    Təfəkkür  prosesinə  təsəvvür  və  anlayışların  inteqrasiyası  və  təhlili  əsasında 

müvəqqəti  əlaqələrin  yaranması  kimi  də  baxmaq  olar.(İ.P.Pavlov).  Təfəkkürün 

mərkəzi  sinir  sistemində  optimal  oynamanın  yaranması  və  induksiya  qanununa 

əsasən lazımsız fikirlərin və assosiyaların ləngiməsinə (tormozlanmasına)əsaslanır. 

Başqa  sözlə,  təfəkkür  məqsədəuyğun  şəkildə  müəyyən  istiqamətə  yönəlmiş 

proseslərin ardıcıl, müntəzəm fəaliyyəti və bu prosesə mane olan digər proseslərin 

ləngiməsi fonunda meydana çıxır. 

     Təfəkkür  normal  fəaliyyəti  yalnız  düşüncə  aydın  olduğu  halda  mümkündür. 

Düşüncənin  bu  və  ya  başqa  dərəcədə  pozulması  təfəkkürün  yeknəsəkliyinə, 

əlaqəsizliyinə, bəzən isə avtomatik  fəaliyyət göstərməsinə səbəb olur. 

     Təfəkkür  insanın  yaradıcı  fəaliyyətinin  əsasını  təşkil  edir.  Ona  əsaslanaraq  biz 

maddi  nemətlər  istehsal  edir,  sənət  əsərləri  yaradır  və  fəaliyyətimizi  idarə  edirik. 

Təfəkkür  prosesi  zamanı  biz  faktları  təhlil  edir,  umumiləşdirir  və  yeni  nəticələrə 

gəlirik. Məsələn, həkimin xəstəni müayinə etməsi, diaqnoz və müalicə təyin etməsi. 

    Təfəkkür  idrak  prosesinin  yüksək  bir  forması  olmaqla  özü  də  bir  neçə 

mərhələdən ibarətdir: 

   1.Təsəvvürlər – keçmişdə qavranılmış və yaddaşımızda iz buraxmış hadisələrdir. 

Bunlar real varlığı əks etdirən faktlar olub konkret təfəkkürün əsasını təşkil edir. 

   2.Anlayış–təsəvvürlərin ümumiləşdirilməsi, onların əlaqələndirilməsi, abstraksiya 

formasıdır. Bunun vasitəsilə abstrakt təfəkkür meydana çıxır. 

   Təfəkkürün  ifadə  forması  nitqdir  və  yazıdır.  Nitq  insan  cəmiyyətinin  inkişafının 

müəyyən  mərhələsində meydana çıxmış və onun tarixi inkişafının başlıca cəhətini 

təşkil edən bir vasitə olmaqla, insanlar arasında ünsiyyətin əsasını təşkil edir. 

     Görkəmli  fizioloq  İ.P.Pavlov  ikinci  siqnal  sisteminə  aid  olan  tədqiqatları  ilə 

təfəkkürün  əsasında  duran  bioloji  proseslərin  mahiyyətini  aydınlaşdırdı.  Məlum 

oldu ki, ikinci siqnal sistemi təfəkkürün fizioloji əsası olub, düşüncəli fəaliyyətin ən 

ali prosesidir. 

     Təfəkkürün pozulması özünü iki formada göstərir: 

     I.Təfəkkürün kəmiyyətcə (formaca) pozulması; 

    II.Təfəkkürün keyfiyyətcə (məzmunca) pozulması. 

   Təfəkkürün kəmiyyət pozuntularına aşağıdakıları aid etmək olar: 



   1)Təfəkkürün sürətlənməsi fikirlərin axını, sürətlə bir-birini əvəz etməsi şəklində 

təzahür  edir.  Xəstələr  bəzən  sözləri  ardıcıl  ifadə  etməkdə  çətinlik  çəkirlər.  Nitq 



11 

 

itiləşmiş və anlaşılmaz olur. Zahirən belə nitq bir çox hallarda şizofaziyanı (nitqin 



qırıqlığı)  xatırlada  bilər,  lakin  diqqətlə  təhlil  etdikdə,  məlum  olur  ki,  burada 

təfəkkürün qırıqlığından fərqli olaraq müəyyən fikir ardıcıllığı və məzmun vardır. 

Belə hal MDP-nin maniakal fazası üçün xarakterikdir. 

    2)Təfəkkürün  ləngiməsi.  Təfəkkürün  sürətlənməsinin  əksinə  olaraq  bu  zaman 

xəstələr  çətinliklə  danışır,  fikirlər  sanki  tormozlanmış  olur.  Xəstələr  bəzən  qeyd 

edirlər  ki,  fikirlərinə  heç  nə  gətirə  bilmirlər,”deməyə  sözləri  yoxdur”.  Bir  qayda 

olaraq, həkimin suallarına “hə” və ya “yox” deyə cavab verirlər, həm də bu sözləri 

demək  üçün  xeyli  fikirləşirlər.  Belə  xəstələr  bütün  günü  danışmaya  bilər,  sanki 

onların  danışmağa  marağı  yoxdur.  Təfəkkürün  ləngiməsi  MDP-nin  depressiv 

fazasında digər depressiyalarda, şizofreniya xəstəliyində rast gəlir. 

    3)Təfəkkürün  patoloji  müfəssəlliyi.  Nitqin  (fikirlərin)  ləngiməsi,  eyni  zamanda 

uzunçuluğu  ilə  diqqəti  cəlb  edir.  Belə  pozuntusu  olan  şəxslər  bir  söhbətdən 

digərinə keçə bilmir, üçüncü dərəcəli (lazımsız) fikirlərlə doldurur, belə adamları 

dinləmək yorucu olur. 

    Bir nəfər epilepsiya xəstəliyinə tutulmuş qadın şahid sifərilə məhkəmə prosesinə 

dəvət  olunur.  Hakimin:  “Qonşuluğunuzda  məktəb  binasının  yanması  təvsilatı 

haqqında  nə  deyə  bilərsiniz?  Sualına  belə  cavab  vermişdir:  “Həmin  gün  adətim 

üzrə səhər saat 7-də yuxudan oyandım, gedib qazı yandırdım, çay qoydum, sonra 

əl-üzümü yuyub səhər  yeməyi yedim, saat 8-ə 15 dəqiqə qalmış nəvəmi məktəbə 

yola  saldım,  mətbəxə  gedib  günorta  yeməyi  hazırlamaq  üçün  soyuducunu  açıb 

oradan  ət  və  digər  lazım  olan  ərzağı  çıxartdım...Hadisə  gecə  saat  12-də  baş 

vermişdir,  şəxs  o  ərəfədə  görüb-bildiklərini  danışmaq  əvəzinə,  gündüz  olan 

hadisələr haqqında saatlarla danışmış və nəhayət demişdir: “Həmin gün saat 11-də 

yuxuya  getmişəm,  yanğının  nə  vaxt  və  necə  baş  verdiyini  görməmişəm.  Səhər 

qonşulardan  eşitmişəm  kməktəb  binası  yanıb...”  Bir  çox  hallarda  təfəkkürün 

patoloji  müfəssəlliyi  olan  xəstələrin  nə  demək,  hansı  fikri  anlatmaq  istədiklərini 

başa düşmək olmur. Belə pozuntu epilepsiya xəstəliyinə tutulmuş şəxslərdə tez-tez 

rast gəlinir. 

    4)Təfəkkürün perseverasiyası. Təfəkkürün müfəssəlliyindən fərqli olaraq burada 

xəstənin öz cavablarını təkrar etməsi nəzəri cəlb edir. Bəzən xəstə eyni söhbətləri 

bir  neçə  dəfə  təkrar  edir,  müxtəlif  suallara  eyni  məzmunlu  cavablar  verir. 

Epilepsiyada,  beyinin  orqanik  pozuntularla  əlaqədar  baş  verən  psixozlarında  rast 

gəlinir. 



12 

 

    5)Təfəkkürün  steriotipiyası.  Eyni  sözlərin  və  fikirlərin  məcburi  təkrar  olunması 

kimi  özünü  göstərir.  Bəzən  eyni  hərəkətlərin  təkrarı  ilə  birlikdə  təzahür  edir.  Bir 

xəstə  əllərini  bir-birinə  vuraraq,  başını  yana  hərəkət  etdirməklə  dəfələrlə  “mən 

bilirəm,  mən  bilirəm...”  sözlərini  təkrar  edirdi.  Tibb  işçiləri  isə  əbəs  yerə  xəstəni 

sakitləşdirməyə çalışırdı. Belə vəziyyət şizofreniya xəstəliyində tez-tez rast gəlinir. 

    6)Rezonyorluq  boş  mühakimələr,  mənasız  sözlərdən  nitq  formasında  özünü 

göstərir.  Xəstələrdən  biri  yoldaşı  ilə  söhbət  edərkən  müxtəlif  formada,  dəfələrlə 

aşağıdakı  sözləri  təkrar  etmişdir:  “...mənim  kim  olduğumu  hamı  çox  gözəl  bilir. 

Kimliyimi  heç  kəsə  sübut  etmək  fikrində  deyiləm,  onsuz  da  hamı  bilir  mən 

kiməm...” 

     7)Məntiqsiz təfəkkür. Fikirlərin məntiqsizliyi. Bəzən əlaqəsizliyi ilə xarakterizə 

olunur. Hadisələri izah edərkən belə şəxslər nəinki səhv edir, mənasız, ziddiyyətli 

mülahizələr yürüdür, eyni zamanda ağıla sığmayan söhbətlər danışırlar. Məsələn, 

bir xəstə demişdir: “Mən gənc yaşlarımda at belində çox gəzmişəm, ona görə də E 

vitamininə ehtiyacım olmayıb”. Başqa birisi isə demişdir: “Mən heç vaxt dəvə əti 

yeməmişəm, ona görə də dişlərim tüz tökülüb və riyaziyyatı çətin qavramışam”.  



     8)Təfəkkürün  (nitqin)  qırıqlığı.  Fikirlərin  dolaşıqlığı,  əlaqəsizliyi,  “söz  yığımı” 

şəklində təzahür edir. Bu pozuntu dərəcəsinə görə 3 formada rast gəlinir: a)nitqin 

assosiasiyası; b)qrıqlığı; v)şizofaziya (söz yığımı). Assosiativ pozuntu zamanı fikir 

tamlığı,  məzmunun  bütövlüyü  olmur.  Qırıqlıqda  cümlələr  arasında,  şizefaziya 

zamanı isə hətta sözlər arasında əlaqə olmur. Bir xəstədən soruşduqda şikayətiniz 

nədir,  o  belə  cavab  vermişdir:  “Başım  ağramır,  şor  qabından,  nahaq  danışma,  nə 

danışırsan,  həkimkimdi,  poçtalyon  gəlmədi,  Ərəbzəngi  mənəm,  çıx  get”. 

Təfəkkürün qırığlığının bütün formaları, o cümlədən şizofaziya şizifreniya zamanı, 

ağır infeksion, intoksikasion psixozlarda rast gəlinir. 

      9)Aytistik  təfəkkür  real  həyatdan  uzaqlaşmaq,  xəstənin  daxili  aləmi  ilə  (səhv 

təsəvvürləri  ilə)  bağlı,  obyektiv  təcrübəyə  əsaslanmayan,  dialektik  izaha  tabe 

olmayan  təfəkkür  formasıdır.  Bu  vəziyyət  şizofreniya  xəstəliyinin  xarakter 

əlamətlərindən  biri  olan  autizm  (özünə  qapanma)  sindromu  çərçivəsində  rast 

gəlinir. 

     10)Təfəkkürün ambivalentliyi (qoşalaşması) xəstədə eyni vaxtda bir-birinə ziddi 

fikirlərin  meydana  çıxmasıdır.  Məsələn,  xəstə  ona  vurulan  iynəni  ən  güclü 

müalicəvi  təsirə  malik  dərman,  həm  də  xərçəng  xəstəliyinə  səbəb  olan  maddə 

hesab edir. 



13 

 

    11)  Simvolik  təfəkkür.  Normal  mühakimələrin  məntiqsiz,  mənasız  müəyyən 



simvollarla bağlı olan mühakimələrlə əlaqələndirilməsidir. Məsələn, xəstə həkimlə 

salamlaşarkən onun başını aşağı əyməsini yaxın vaxtlarda yas düşəcəyinə, kiminsə 

öləcəyinə işarə kimi qiymətləndirir. 

     12)Neologizm psixi pozuntu ilə əlaqədar meydana çıxan yeni sözlərə, ifadələrə 

deyilir. Xəstələr bu sözlərə özlərinə məxsus mənalar verir, sonralar isə (sağalarkən) 

onu  unudurlar.  Məsələn,  söhbət  zamanı  xəstənin  işlətdiyi  “söndüm”  sözünün 

mənasını soruşduqda o, demişdi: bu söz söyüd ağacının dibində olmaq deməkdir. 

     İ.P.Pavlovun  fikrincə  təfəkkürün  sürətlənməsinin  beyin  qabığında  oynamanın 

güclənməsi  və  daxili  şərti  ləngimənin  zəifləməsi  ilə,  təfəkkürün  tormozlanmasını 

isə beyin qabığında daxili ləngimənin oynamaya üstün gəlməsi ilə izah etmək olar. 

Təfəkkürün  müfəssəlliyi  əsas  sinir  proseslərinin  patoloji  durğunluğu  ilə 

əlaqədardır. Perseverasiya isə beyninin müəyyən sahələrində əmələ gələn patoloji 

durğunluğun  oyanması  ilə  izah  edilir.  Təfəkkürün  qırıqlığı  zamanı  ikinci  siqnal 

sisteminin əhatə edən sahələrin tormozlanması müşahidə olunur. 

 

Təfəkkürün məzmunca (keyfiyyətcə) pozuntuları 

 

   Bu növ pozuntuları təfəkkürün patologiyası ilə əlaqədar meydana çıxan patoloji 

məhsulat  da  adlandırılır.  Bunlara  sayıqlama  ideyaları,  sarışın  hallar  (ideyalar)  və 

yüksək qiymətli ideyalar aiddir. 



    Sayıqlama ideyaları. Psixi xəstəliklərlə əlaqədar əsassız yaranan və həmin şəxs 

tərəfindən  tənqidi  münasibət  bəslənilməyən  əqli  nəticələrə  (ideyalara,  fikirlərə  və 

münasibətlərə) deyilir. 

    Sayıqlamalar  psixi  xəstəliklər  zamanı  tez-tez  rast  gəlinən  əlamətlərdəndir. 

Təfəkkürün  forma  pozuntularından  fərqli  olaraq  burada  xəstənin  söylədiyi 

fikirlərin  məzmununun  düzgün  olmaması  nəzəri  cəlb  edir.  Bəzi  psixi  sağlam 

şəxslərdə  rast  gəlinən  səhv  fikirlər,  mülahizə  və  ümumiləşdirmələri  sayıqlama 

adlandırmaq  olmaz.  Bir  sıra  hallarda  (məsələn,  istintaq  prosesində)  yalan 

mülahizələrin söylənilməsini də sayıqlamalardan təcrid etmək lazımdır. Sayıqlama 

fikirlərinin  məzmununa    xəstələr  nəinki  inanır,  eyni  zamanda  onu  inadkarcasına 

sübuta yetirməyə çalışırlar. Bir qayda olaraq, sayıqlama fikirləri olan xəstələrdə bir 

sıra  başqa  psixi  əlamətlərində  olması  diqqəti  cəlb  edir.  Belə  adamlar  heç  bir 

məqsəd  güdmədən  “fikirlərini”  sübuta  yetirməyə  can  atırlar.  Bu  məqsədlə  maddi 


14 

 

və  mənəvi  ziyan  çəkməsinə  baxmayaraq  öz  məqsədindən  çəkinmir.  Məsələn,  bir 



nəfər orta savadı olan, mühasib köməkçisi işləyən şəxs “Yeni ulduz” kəşf etdiyini 

sübut  etmək  üçün  müxtəlif  elmi  idarələrə,  nazirliklərə,  mətbuat  orqanlarına 

müraciət edir, həftələrlə işə çıxmır və s. 

    Xəstədə sayıqlama fikirlərinin olmasını təsdiq etmək üçün təkcə onun söylədiyi 

ideyalarla deyil, eyni zamanda onun digər hərəkətləri ilə də maraqlanmaq lazımdır. 

Məsələn,  ailə  üzvlərinə  münasibəti,  iş  yerində  özünü  necə  aparmalı,  əmək 

fəaliyyətini dəyişməsi, xəstənin xarici gərgin, davranışı və s. təhlil edilməlidir. 

     Bəzi  müəlliflər  sayıqlamaları  birincili  və  ikincili  olmaqla  iki  qrupa  bölürlər. 

Qavrama  pozuntuları  ilə  (illüziyalar,  hallüsinasiyalar)  əlaqədar  olaraq  meydana 

çıxan  sayıqlama  ideyaları  isə  ikincili  adlanır.  Belə  bölgü  təcrübü  cəhətdən  az 

əhəmiyyətlidir.  Sayıqlama  ideyalarını  məzmununa  görə  fərqləndirmək  daha 

məqsədəuyğundur. 

    Sayıqlama ideyalarını 3 böyük qrupa bölmək mümkündür: 

    1.Münasibət sayıqlamaları; 

    2.özünü böyütmə sayıqlamaları; 

    3.özünü kiçiltmə sayıqlamaları. 

   Münasibət  sayıqlamaları  müşahidə  edilən  xəstələr  belə  hesab  edirlər  ki,  ətraf 

mühitdə olan hər şey onlarla müəyyən dərəcədə əlaqədardır. Xəstəyə elə gəlir ki, 

bütün tanışlar və yadlar ona mənalı surətdə baxır, pıçıldaşır, onu lağa qoyurlar və s. 

Belə  hallarda  normal  davranış,  xəstəni  əhatə  edən  adamlarla  qarşılıqlı  münasibət 

xeyli  çətinləşir.  Bunun nəticəsində  xəstədə “mənə    niyə  belə  baxırsınız”,  “hamı 

mənə  nifrət  edir”,  “məni  həbs  etmək  üçün  faktlar  toplayırlar”  və  s.  sayıqlama 

mülahizələri meydana çıxır. 

   Münasibət sayıqlamalarının aşağıdakı kliniki formalarına rast gəlinir. 

  1)Təqib  sayıqlamaları  zamanı  xəstələrə  elə  gəlir  ki,  bir  qrup  adamlar,  bəzən  isə 

bir  nəfər  naməlum  şəxs  “xüsusi  tapşırığa”  əsasən  onu  izləyir,  onun  bütün 

hərəkətlərini, kimlərlə görüşməsini qeydə alır. 

    2)Təsir sayıqlamalarında xəstə güman edir ki, ona müxtəlif vasitələrlə, məsələn, 

hupnoz,  rentgen  və  lazer  şüaları  ilə  təsir  göstərirlər.  Beləliklə,  onun  fikirlərini 

çaşdırır, hərəkətlərinə mane olur və ya onu xəstələnməyə vadar edirlər. Bir nəfər 

xəstə  ona  göstərilən  “təsiri”  belə  izah  edirdi:  “Mənim  qeyri-adi  ixtiyarlarımı, 

allahla  olan  əlaqəmi  bir  qrup  adamlar  öyrənmək  üçün  xüsusi  aparatdan  istifadə 

edir,  həmin  aparat  onların  süni  gözlərinin  içərisində  yerləşmişdir.  O  aparatlar 


15 

 

mənim  fikirlərimi  yazır,  sonra  isə  beynimi  kütləşdirir.  Məqsədləri  ixtiramı 



mənimsəmək, məni isə dəli etməkdir”. 

      3)  Zəhərləmə  sayıqlamalarında  xəstə  söyləyir  ki,  onu  zəhərləmək,  xəstəliyə  

düçar  etmək  və  ya  öldürmək  istəyirlər.  Bu  məqsədlə  yeməyinə  dərman  tökür, 

yaxud  da  müalicə  dərmanı  əvəzinə  güclü  təsirə  malik  kimyəvi  maddələr  verirlər. 

Belə  sayıqlamaları  olan  xəstələr  çox  vaxt  yeməkdən  və  dərman  qəbul  etməkdən 

imtina edirlər. 

       4) Cadu sayıqlamalarında xəstələr inanır ki, onları cadu ediblər. Ona görə də 

bədənləri zəifləyib, gücdən düşübdür. 

       5)  Taqsırlandırma  sayıqlamaları  zamanı  xəstələr  təkidlə  sübut  etməyə 

çalışırlar ki, ətrafdakı adamlar:  iş yoldaşları və ya qohumları onu hər hansı bir pis 

hərəkətdə (məsələn, ərizəbazlıqda, demaqoqluqda, nəlayiq hərəkətlərdə, oğurluqda 

və s.) təqsirləndirirlər. Ona görə də onunla hanı küsülü kimi rəftar edir, ondan üz 

döndəriblər.  Belə  xəstələr bəzən günlərlə evdən  bayıra  çıxmır,  aramsız  olaraq bu 

sözləri təkrar edirlər: “Mən heç vaxt oğru və ləyaqətsiz adam olmamışam. Nə üçün 

mənə  inanmırsınız?”.  Bu  növ  sayıqlamalar  qocalıq  önü  psixozlarda  tez-tez  rast 

gəlinir. 

       6)  Qısqanclıq  sayıqlamalarında  xəstə  öz  həyat  yoldaşını  əsassız  olaraq 

qısqanır, kiminləsə görüşməkdə günahlandırır. Bir xəstə söyləyirdi ki, əri hər gün 

işdən evə bir saat gec gəlir. Bu müddətdə o, sevimlisinin yanına gedir. Əri bazara 

getdiyini söylədikdə xəstə inanmır və deyirdi ki, yox o, bazara günorta fasiləsində 

gedib.  Başqa  bir  xəstə  60  yaşlı  həyat  yoldaşını  hər  gecə  saat  1-də,  əri  yuxuya 

getdikdən  sonra  yataqdan  durub  harayasa  getdiyini  söyləyirdi.  Sübut  üçün  yataq 

otağının  qapısına  tüpürcəklə  yapıdırdığı  qəzet  parçasının  yerə  düşdüyünü 

göstərirdi. 

       7) Məhəbbət sayıqlamalarında xəstə kiminsə onu alovlu sevdiyini söyləyir. 35 

yaşı olmasına baxmayaraq, ərə getməmiş qadın, bir nəfərin onu sevdiyini  söyləyir  

və  deyirdi:  nə  olsun  ki,  o,  evlidir  və  iki  uşağı  var,  o,  yalnız  məni  sevir,  bu 

yaxınlarda  həyat  yoldaşını  atıb  mənimlə  evlənəcək.  Nəyə  əsasən  belə 

fikirləşirsiniz?  Deyə  soruşduqda  xəstə  cavab  vermişdir:  hər  dəfə  məni  görərkən 

mənimlə salamlaşır və mənalı nəzərlərlə mənə baxır. 

      8) Özünüböyütmə sayıqlamaları zamanı xəstələr özlərini həddindən artıq gözəl 

qeyri-adi istedada malik şəxs hesab edir, olduqca dövlətli, güclü, bilikli olduqlarını 

söyləyirlər.  Bəzən  özlərini  hökmdar,  sərkərdə,  alim,  yaxud  da  allah  kimi  qələmə 

verirlər. 



16 

 

    9)  Özünü  kiçikltmə  ideyaları  sayıqlama  ideyalarının  böyük  bir  qrupunu  təşkil 



edir.  Bu  sayıqlamaların  ümuni  cəhəti  odur  ki,  xəstələrdə  bədəninin  müəyyən 

hissələrinin və ya orqanlarının tam sağlam olmaması və ya bacarıqsız, qabiliyyətsiz 

olmaları  haqqında  inam  yaranır.  Bəzən  xəstələrə  elə  gəlir  ki,  onların  həyatı  səhv 

hərəkətlərlə doludur. Belə sayıqlamalar özünü təqsirləndirmə adlanır. 

     Şəxsiyyətin  kiçildilməsi  bəzən  fiziki  çatışmazlıq  şəklində  özünü  büruzə  verə 

bilər.  Belə  xəstələrə  elə  gəlir  ki,  onlar  ağır  xəstədirlər,  bədənləri,  orqanları 

parçalanır, çürüyür. Bəzi xəstələr heç bir  əsas olmadan deyirlər ki, vərəm, sifilis, 

xərçəng,  spid  xəstəliyinə  tutulmuşlar.  Belə  ideyalar  ipoxondrik  sayıqlamalar 

adlanır. Bir sıra hallarda bu ideyalar daha kobud, mənasız olur və xəstələr ayrı-ayrı 

orqanlarının  varlığını  inkar  edirlər.  Belə  fikirlər  nigilistik,  inkar  sayıqlamaları  və 

ya Kotar sindromu adlanır. 

     Qeyd  etmək  lazımdır  ki,  sayıqlama  ideyaları  bəzən  sistemli  xarakter  daşıyır. 

Onlar yanlış ideyalara, lakin doğru sübutlara əsaslanır. Bu paranoyal sayıqlamadır

Bir xəstə tələbəlik illərində miroskop altında erntrositlərdə “sirrli” yağıntı –toplantı 

görür. Belə hesab edir ki, o, eritrositlərin faqositar qabiliyyətini kəşf etmişdir. Bu 

kəşfi  sübut  etmək  üçün  o  bir  sıra  eksperimantal  müayinələr  aparır.  Texniki 

cəhətdən dəqiq aparılmayan təcrübələrində o, yalnız kəşfini təsdiq edən əlamətləri 

görür,  qalan  proseslərə  isə  əhəmiyyət  vermirdi.  Birinci  elmi  cəmiyyətdən  mənfi 

cavab  alan  xəstə  digər  elmi  cəmiyyətə  müraciət  edir,  mümkün  olan  yerlərə  ərizə 

yazır, şikayət edir. Onun mübarizəsi uzun illər davam edir. 

    Paronoyal  sayıqlamalardan  fərqli  olaraq  paranoid  sayıqlama  sistemsiz,  ardıcıl 

olmur,  yalançı ideyalara  əsaslanır və  mənasız  sübutlarla  “təsdiq”  edilir.  Parafren 



sayıqlamalar  sistemləşmiş,  fantastik  məzmunu  ilə  xarakterizə  olunur.  Belə 

sayıqlamalar üçün fantaziya və konfabulyasiya xarakterikdir. 

      Sayıqlamaların  patofizioloji  əsasını  İ.P.Pavlova görə, beyin  qabığında patoloji 

oyanma  ocağının  meydana  gəlməsi təşkil edir.  Həmin  nahiyə  ətrafında induksiya 

qanunu əsasında ləngimə sahəsi əmələ gəlir ki, bu da durğun oyanmasının intensiv 

surətdə ətrafa yayılmasının qarşısını alır. 



      Sarışın  ideyalar.  Şəxsin  iradəsindən  asılı  olmayaraq  meydana  çıxan,  lakin 

xəstə  tərəfindən  tənqidi  münasibət  bəslənilən  yersiz,  arzuolunmaz  fikirlərə, 

xatırlamalara,  qorxulara,  hərəkətlərə  və  meyllərə  sarışan  hallar  (ideyalar)deyilir. 

Bir qayda olaraq, xəstələr sarışan  ideyalar  üzərində öz  hakimiyyətlərini  itirmirlər. 

İradənin  köməkliyi    ilə  onlar  bu  fikirləri  özlərindən  uzaqlaşdırmağa  cəhd 

göstərirlər. Lakin bu halda xəstələrdə yenə də narazılıq, qəmginlik, həyəcan hissi 



17 

 

qalır. Sarışan halların geduşi dəyişkən, bəzən də dərinləşərək ağır şəkil alır. Bəzən 



tamamilə  keçib  keçmiş  sarışan  hallar  müəyyən  müddətdən  sonra  daha  kəskin 

formada təzahür etməyə başlayır. Sarışan ideyaların aşağıdakı formaları vardır: 

       a) Sarışan fikirlər – istənilmədən yaranan yersiz fikirlərdir. 

       b)  Sarışan  şübhələr  –  şəxs  daima  öz  hərəkətlərinin,  nitqinin  düzgün 

olmamasından şübhələnir. 

       v)  Sarışan  meyllər  –  mənasız,  təhlükəli,  ləyaqətsiz  bir  iş  görməyə  şiddətli 

meylin əmələ gəlməsidir. 

       q) Sarışan hərəkətlər qorxu və şübhələrdən azad olmaq məqsədi güdən və bir 

növ  müdafiə  xarakteri  daşıyan  hərəkətlərdir.  Bəzən  xəstənin  qorxu  və 

şübhələrindən azad olmasına, nisbətən sakitləşməsinə sarışan halların məzmunu ilə 

heç bir əlaqəsi olmayan müəyyən hərəkətlərin həyata  keçirilməsi kömək edir. Belə 

hərəkətlər sarışan rutuallar adlanır. 

      d)  Sarışan  xatırlamalar  zamanı  xəstə  qorxulu,  bəzən  də  mənasız  hadisələri 

yadına salır. 

       e)Sarışan qorxular və ya fobiyalar bir neçə formada təzahür edir: aqarofobiya 

–  açıq  sahədən,  geniş  küçədən  qorxmaq,;  oksifobiya  –  iti  əşyadan  qorxmaq; 

akrofobiya  –  hündürlükdən  qorxmaq;  antropofobiya  –  izdihamdan  qorxmaq; 

klaustrofobiya  –  bağlı  qapıdan  qorxmaq;  dismorfobiya  –  eybəcərlikdən  qorxmaq; 

nozofobiya  –  ağır  xəstəliyə  tutulmadan qorxmaq; tonofobiya  –  ölümdən qorxmaq 

və s. 


    İ.P.Pavlov  hesab  edirdi  ki,  sarışan  halların  və  sayıqlamaların  fizioloji 

mexanizmini biri-birindən ayıran əlamət oynama ocağının patoloji durğunluğa olan 

münasibətidir.  Yəni  patoloji  durğunluq  zəif  olarsa  sarışan  hallar,  güclü  olarsa 

sayıqlama əlamətləri meydana çıxır. 

     Yüksək  qiymətli ideyalar. Real varlığa  əsasən  əmələ  gələn, böyük emosional 

gərginliklə  müşayiət  olunan  və  düşüncədə  üstün  yer  tutan  səhv  mühakimələrə 



yüksək  qiymətli  ideyalar  deyilir.  Müəyyən  haqsızlıqdan  incimiş  şəxs  onu  unuda 

bilmir,  hadisəni  aramsız  təhlil  edir.  Bu  hissiyyat  onun  düşüncəsində  domunatlıq 

təşkil edir və intiqam əhvali-ruhiyyəsi yaradır. 

      Yüksək qiymətli ideyalar sayıqlama ilə səhv fikirlər arasında olan vəziyyətdir. 

Yüksək qiymətli ideyalar psixi xəstəliyə dəlalət etməsə də, patoloji hal sayılır. Belə 

ideyalar  psixopatlarda,  emosiyaları  müvazinətsiz,  ahəngsiz  olan  şəxslərdə  rast 

gəlinir. Onları sayıqlama ideyalarından ayıran  əsas cəhət real hadisələrlə əlaqədar 

olmasıdır. 



18 

 


Yüklə 188,42 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin