MÜƏLLİF: ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM



Yüklə 0,56 Mb.
səhifə6/7
tarix31.01.2017
ölçüsü0,56 Mb.
#7130
1   2   3   4   5   6   7
ŞƏFAƏT

Şəfaət dini termində bir hacətin (istəyin) və ya duanın qəbul olunması, xəstənin şəfa tapması və ümumiyyətlə, dünya və ya axirətə aid olan hər hansı bir hacətin qəbul olunması üçün adamın özü ilə Allah arasında bir kəsin vasitəçi olması deməkdir.

Başqa sözlə, şəfaət peyğəmbərlər, imamlar və övliyaların vasitəsi ilə Allahla əlaqə yaramaqdır. Bu şəfaət ənbiya və övliya üçün (həm dünya, həm də axirətdə) isbat olunmuş bir məsələdir. Bunun dəlili də Quran ayələri və bu barədə çatan yüzlərlə rəvayətdir. Səhabə dövründən indiyə qədər müsəlmanların siyrəsi (yolu) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-i və məsum imamları (əleyhimussalam) öz hacətlərinin rəva olması üçün şəfaətçi gətirmələri olubdur. Rəvayətdə var ki, Bəni Abbas xəlifələrindən biri olan Mənsur Dəvaniqi malikilərin imamı Malik ibni Ənəsi Peyğəmbər məscidində görüb soruşur: “Üzümü qibləyə tutub dua edim, yoxsa Peyğəmbərə tərəf?” Malik ibni Ənəs cavab verir: “Üzünü niyə Peyğəmbərdən döndərəsən? Halbuki, o sənin, hətta həzrət Adəmin Allahla əlaqə yaratma vasitəsidir. Elə isə üzünü ona tərəf döndər və duan qəbul olsun deyə, onu vasitəçi və şəfaətçi qərar ver.”

Allah-Taala buyurur:

Əgər münafiqlər özlərinə sitəm (zülm) etdikləri vaxt sənin yanına gəlib (öz əməllərindən) Allahdan bağışlanmaq diləsəydilər Peyğəmbər onlar üçün əfv diləsəydi, əlbəttə, Allahın, tövbələri qəbul edən mərhəmətli olduğunu bilərdilər.”1

Bu, müsəlmanların siyrəsi və ən”ənəsi idi. Amma vəhhabilərin bu barədə müsəlmanlarla ixtilafları vardır. Allahın halal buyurduqlarını haram, haram buyurduqlarını isə halal bilirlər. Quranın xilafına olaraq şəfaəti qəbul etmirlər, üstəlik hər kəs Peyğəmbəri, yaxud imamları şəfaətçi tutsa, onu müşrik, kafir və zındıq adlandırırlar. Onlar şəfaətin guya haram olması haqda dəlil kətirib deyirlər ki, şəfaət bir insanın başqası qarşısında bir növ bəndəçiliyidir. Onlar bilmirlər ki, (və ya özlərini bilməməzliyə vururlar) şəfaət heç də Peyğəmbər (s)-ə və imamlara (əleyhimussalam) sitayiş etmək mənasına deyil. Müsəlmanlar tək və misilsiz olan Allaha inanırlar. Onların etiqadları budur ki, Peyğəmbər, Əhli-Beyt və övliyaların Allah yanında böyük, uca məqamları, dərəcələri var. Ona görə də onları Allah ilə özləri arasında şəfaətçi, vasitəçi qərar verirlər. Görəsən, bu iş Peyğəmbərə və ya məsum imamlara sitayiş mənasınadırmı?! Bunun harası bu şəfaətçiləri Allah fərz etməkdir? Əgər bir nəfər “nə üçün insan vasitəçi olmadan Allah dərgahına üz gətirməsin?”-deyə soruşsa, cavabda deyilməlidir ki, vasitəçi olmadan əlaqə yaratmağın heç bir maneəsi yoxdur. Amma əgər şərafətli bir adamı şəfaətçi etsək, bu iş duanın qəbul olunmasına bir zəmanət olar. Çünki, insanın etdiyi günah və xətalar bais olubdur ki, Allah yanında olan məqam və dərəcəsi aradan getsin, ilahi əzaba, qəzəbə layiq olsun. Bu günahlar insanı Allahdan uzaqlaşdırır, bir pərdə kimi insanla Allah arasındakı rabitəni kəsir və duanın qəbul olunmamasına səbəb olur. Amma Peyğəmbər və məsum imamlar (əleyhimussalam) ismətli olduqlarınadan, günaha mürtəkib olmurlar. Buna əsasən, Allah yanında böyük məqama malikdirlər və əgər vasitə olsalar, onların şəfaətləri hökmən qəbul olunacaqdır.

İnsan onları özü ilə Allah arasında şəfaətçi qərar verdikdə, həqiqətdə Allahdan istəyir ki, onların Allah yanında olan hörmətlərinə xatir ona rəhm edib, ondan razı olsun. Elə buna görə də Allah-Taala insanları Peyğəmbəri şəfaətçi gətirməyə, ona təvəssül etməyə çağırır. Bu mətləb həm Peyğəmbərin həyatı dövründə, həm də o mübarək vücudun vəfatından sonrakı dövrlərdə doğrudur. Yuxarıda qeyd olunan ayədə (“Nisa” surəsi, 64) əgər Peyğəmbərin şəfaəti olmadan Allaha üz gətirmək kafi olsaydı, onda nə üçün Allah-Taala:

Peyğəmbər onlar üçün bağışlanmaq istəsin”-deyə buyurur?

Bu qeyd göstərir ki, Allaha üz gətirmək və Onunla əlaqə yaratmaq Allah yanında şərafətli, yüksək məqam sahibi olan bir şəxsin vasitəçiliyi ilə olarsa, daha layiqlidir. İstər bu vasitəçilər məsum imamlar olsun, istərsə də Peyğəmbər və ya Allahın sair saleh bəndələrindən biri.

Qeyd etmək istəyirəm ki, bir müddət bundan əvvəl bir kitabda gördüm ki, vəhhabi muzdurlarından biri öz batil etiqadalarını müdafiə edərək belə yazıb: “təvəssül, şəfaət və qəbir üzərində məqbərə, bina düzəltmək nəhayətdə bəndəçiliyə və şirkə aparıb çıxarır və bu, zatən Allahdan qeyrisinə ibadət etmək sayılır.”

Həqiqətdə bu muzdur yazıçı özü də bilmədən vəhhabilərin etiqadlarının düzgün olmadığını etiraf etmiş və onu islah etməyə çalışmışdır. Ona görə də deyir ki, təvəssül, şəfaət və qəbir üzərində məqbərə tikmək əslində başqa insanlara ibadət etmək deyil; amma axırda ibadət və pərəstişə gətirib çıxarır.

Maraqlıdır ki, o, vəhhabilərin “bu iş öz-özlüyündə başqa insanlara ibadət etmək sayılır və şirkdir” deməklə buraxdıqları səhvi düzəltmək istəmiş, lakin başqa bir səhvə yol vermişdir. Başqa sözlə desək, bir batil işi ört-basdır etmək üçün başqa bir batil işə əl atmışdır.

Bildiyimiz kimi, müsəlmanlar əziz Peyğəmbərə, Əhli-Beytə və ilahi, saleh övliyalara təvəssül etmiş, onları şəfaətçi və vasitəçi gətirmişlər. Və bu əməl də heç vaxt şirkə, Allahdan qeyrisinə sitayiş olunmasına gətirib çıxarmamışdır.

Qurani Kərim insanları Peyğəmbəri həm onun həyatı dövründə, həm də vəfatından sonrakı dövrdə şəfaətçi gətirməyə dəvət edir. Bunun dəlili olan ayəni yuxarıda qeyd etdik. Üstəlik, tarixçilər yazırlar ki, səhabələr Peyğəmbəri həm həyatında, həm də vəfatından sonra şəfaətçi gətirərdilər. Quran hətta bir möminin başqa bir möminə şəfaət etməsini aşkar şəkildə bəyan etmişdir. Allah-Taala buyurur:

Hər kəs yaxşı bir işə vasitə olsa (şəfaət etsə), özü ondan bəhrələnəcəkdir.”1

Bu ayədən aydın olur ki, nəinki peyğəmbərlərin və məsum imamların, hətta bir möminin öz din qardaşına şəfaət etməsi caizdir.

Bu qədər dəlildən sonra, görəsən niyə vəhhabilər şəfaəti haram hesab edirlər?

Cavabda deyilməlidir ki, vəhhabilər tərəfindən şəfaətin haram hesab edilməsinin dəlilləri, kitabın əvvəlində qeyd etdiyimiz kimi, Məhəmməd ibni Əbdül Vəhhabın nəzəriyyəsidir. O, ingilis casusu Mister Hemferlə olan görüşlərində bir sıra razılaşmalar əldə etmişdir. O cümlədən Peyğəmbərin əzəmətli şəxsiyyətini zəiflətmək, onun simasını çirkin cilvələndirmək, camaatı o həzrətdən uzaqlaşdırmaq və s. məqsədlərlə bu işə əl atmışlar. Bu çirkin planlar ingilis casusunun köməyi və Məhəmməd ibni Əbdül Vəhhabın vasitəsi ilə yerinə yetirilməli idi.

Bəli, vəhhabilər tərəfindən şəfaətin haram olmasının dəlili, yalnız Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in hörmətini sındırmaqdır!

Bu deyilənlər Peyğəmbər məscidində müşahidə etdiyim macəralar üçün bir müqəddimə idi. O məsciddə başçıları bir alim olan Misir hacıları və ziyarətçilərindən bir qrupu zərihin ətrafında dövrə vurmuş və ağlar halda deyirdilər: “Ya Rəsuləllah, şəfaət! Ya Rəsuləllah şəfaət!”

Bu halda vəhhabi alimlərindən biri onları gördü. Rəsulullahı şəfaətçi gətirdiklərinə görə, qəzəbli halda onları dağıtdı və dedi:–Peyğəmbərlər və övliya şəfaət edə bilməzlər! Onları şəfaətçi gətirmək şirk və küfrdür!

Misirli alim cavab verdi:–Quranda oxumamısan ki: “Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də (Allah yanında şəfaətçi olub) onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər.”

Vəhhabi kişi dedi:–Peyğəmbərlərin şəfaət etməyə haqları yoxdur!

Misirli alim cavabında dedi:–Quranda həzrət Yəqubun övladlarının dastanını oxumamısan? Onlar atalarına dedilər:

Ey ata, bizim günahlarımız üçün bağışlanmaq (əfv) dilə; biz xəta etmişik.” (Həzrət Yəqub cavablarında) dedi: “Rəbbimdən tezliklə sizin üçün bağışlanmaq diləyəcəyəm. Həqiqətən O, bağışlayan mehribandır.”1

Bu ayə, peyğəmbərlər tərəfindən şəfaətin bu dünyada caiz olmasına dəlalət etmirmi?

Vəhhabi kişi qəzəblə qışqırdı:–Dedim ki, peyğəmbərlərin şəfaət haqqı yoxdur, bəsdir!

Misirli kişi dedi:–Sənin hökm etdiyin şey Allahın nazil etdiyi hökm deyildir. Allah heç vaxt belə bir şey buyurmayıb...

Nəhayət, bu məsələ misirli hacılarla o vəhhabi kişinin tutaqlaşmasına gətirib çıxartdı. Nəticdə hər iki tərəfdən çoxlu adam yaralandı.
FATMEYİ-ZƏHRA ŞƏHİD OLUBDURMU?

“Bəqi” qəbiristanlığına daxil oludum, Fatimeyi Zəhra (əleyha salam)-ın qəbri olmasına ehtimal verdiyim bir qəbrin yanında durub, səmimi qəlb və ürək yanğısı ilə məsum imamlardan gəlib çatan ziyarətnamələrdən birini oxumağa başladım. Deyilməlidir ki, Fatimə (əleyha salam)-ın qəbri bu günə kimi naməlum qalıb və onun barəsində bir neçə ehtimal vardır:

1-Ola bilsin ki, “Bəqi”dədir;

2-Ola bilsin ki, Peyğəmbərin qəbri ilə minbəri arasındadır;

3-Ola bilsin ki, “Beytül-Əhzan”dadır.

4-Mümkündür ki, başqa yerdə olsun.

Bilmək lazımdır ki, həzrət Zəhra (əleyha salam)-ın qəbrinin yerinin dəqiq surətdə məlum olmamasının səbəbləri barəsində çoxlu sual meydana çıxır. O cümlədən, görəsən bu məsələ təsadüfi bir məsələdir, yoxsa bir hədəfi və hikməti vardır?

Şübhəsiz, o xanımın qəbrinin yerinin naməlum qalması heç cür təsadüfi ola bilməz; əksinə, müəyyən bir hədəf üçün gizli qalmışdır. Səbəbi də budur: Həzrət Fatimə (əleyha salam) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra (hakimiyyət məsələsində) yaranmış vəziyyətdən narahat olmuşdu. O, Peyğəmbərdən nəql olunan onlarla rəvayət əsasında xilafətin Əli (əleyhissalam)-a məxsus olduğunu bilirdi. Buna görə də atasının vəfatından sonra onun başına çox müsibətlər gətirdilər. Buna görə də o xanım vəsiyyət etdi ki, onu gecə dəfn etsinlər və dəfn mərasimində iştirak etmək üçün müxaliflərə xəbər verməsinlər, qəbrin yerini də məxfi saxlasınlar.

Həqiqətdə həzrət Fatimə istəmirdi ki, müxaliflər dəfn mərasimindən sui-istifadə edib, öz hakimiyyətlərinə bir bəhanə gətirsinlər. Başqa sözlə, Fatimeyi Zəhra (əleyha salam) həyatı boyu mübarizə və qiyam mənşəyi olduğu kimi, istəyirdi ki, ölümü də hakimlərə qarşı bir növ etiraz əlaməti kimi cilvələnsin. Elə həmin səbəbə görə Əli (əleyhissalam)-a vəsiyyət etmişdi ki, onu gecə dəfn etsin və başqalarını dəfn mərasiminə dəvət etməsin. İmam da onun vəsiyyətinə əməl edib, qəbrini gizli saxladı. Buna görə də bu qəbrin yeri indiyə kimi naməlum qalmışdır. Əlbəttə, vəhhabilər iddia edirlər ki, o həzrətin qəbri “Bəqi”dədir. Bu barədə əlavə məlumat almaq üçün Fatimə (əleyhissalam)-ın həyatı ilə əlaqədar kitablara, o cümlədən İbahim Əmininin “Fatmeyi-Zəhra” kitabına müraciət edə bilərsiniz.

Nə isə, Fatimə (əleyhissalam)-ın qəbrini ziyarət etməklə məşğul idim ki, üzündə əzəmət və vüqar əlaməti olan yaşlı bir kişi (sonradan məlum oldu ki, Sudan alimlərindəndir və vəhhabilərin zəhərli təbliğatları ona təsir etmişdir) mənə yaxınlaşıb kobud səslə dedi:–Fatimeyi Zəhra haradadır? Daha bu xurafat nəyə lazımdır?! O, min ildən çoxdur ki, ölmüşdür, sən isə indi onu çağırırsan?! Dəli olmusanmı?!

Belə bir kobud rəftardan çox narahat oldum, amma bilirdim ki, o şeyxin günahı yoxdur, həqiqətdə vəhhabilərin zəhərli təbliğatları onu da aldatmışdır.

Cavabında ona salam verib, Allahın buyurduğu

Yaxşı sözlərə üz gətirin1 kəlamını zikr elədim. O kişi sakitləşdi, xəcalətli halda salamın cavabını alıb dedi:–Bağışlayın, mənim bəyan tərzim səhv oldu. Mən gördüm ki, elə bir şey deyirsiniz ki, caiz deyil, buna görə kobud cavab verdim.

Dedim:–Mühüm deyil... İndiyə kimi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in həyat tarixini oxumusanmı?

Dedi:–Bəli, belə bir iftixara nail olmuşam.

Dedim:–Afərin! Bilirsənmi ki, Peyğəmbər (səlləllahu əleyhi alihi səlləm) “Bədrdöyüşündə öldürülən kafirlərin cəsədlərini bir quyuya tökməyi əmr etmişdi?

Dedi:–Bəli, məlum olur ki, siz təhsilli və fazil bir şəxssiniz.

Dedim:–Bilirsənmi ki, həzrət o quyunun kənarında durub ölülərə xitabən nə demişdi?

Şeyx əlini ağarmış saqqalına çəkib fikrə daldı. Elə bil ki, zehnində olanları yadına salmaq istəyirdi. Bir qədər sükutdan sonra dedi:–Bəli, həzrət bu barədə bir şey deyib, amma nə dediyi dəqiq yadımda deyil.

Dedim:-Mən bilirəm... Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) kafirlərin cəsədləri quyuya atıldıqdan sonra onlara xitabən dedi:

Rəsulullah üçün necə pis qonşular idiniz! Onu öz ev-eşiyindən didərgin salıb, əleyhinə qalxdınız, onunla döyüşə çıxdınız, həqiqətən Rəbbimin mənə verdiyi vədənin haqq olduğuna yəqin etdim.” Ömər dedi: “Bir söz eşitməyən cəsədlərlə necə danışırsan?” Peyğəmbər buyurdu: “Ey Xəttabın oğlu, Allaha and olsun, sən heç də onlardan yaxşı eştmirsən!” Ey şeyx, diqqət elədinmi?

Dedi:–Bəli. Sizin gözəl hafizəniz var. Çünki Peyğəmbərin sözlərini eynilə, olduğu kimi nəql edirsiniz.

Dedim:–Bu, ölülərin bizim sözlərimizi eşitmələrinə bir dəlil deyilmi?

Dedi:–Bəli.

Dedim:–Kafir ölüləri belə olanda, onda Peyğəmbərin gözünün işığı olan Fatimeyi-Zəhra barəsində nə deyirsən? Mümkün deyilmi ki, ona salam verən, yaxud ziyarət edən bir şəxsin səsini eşitsin?

Dedi:–İnan ki, indiyə qədər belə sözlər eşitməmişdim.

Sonra məni bağrına basıb üzümdən öpdü və dedi:–Qardaşım, bilmədiyim bir məsələni çox asanlıqla mənə başa saldın.

Dedim:–Həzrət Fatimə (əleyha salam)-ın qəbrini ziyarət etməyin düzgün bir məsələ olmasına başqa bir dəlil də vardır.

Həyəcanla soruşdu:–Hansı dəlil?

Dedim:–Allah-Taala buyurur:

Allah yolunda öldürülənlərəölüdeməyin. Onlar diridirlər, lakin siz dərk etmirsiniz.”1

(“Ali-İmran” surəsinin 169-cu ayəsi də həmin mənanı təkidləndirir. Bundan əlavə, onda həqiqi həyatın xüsusiyyətləri bəyan olunmuşdur.)

Heyrətlə dedi:–Bu ayənin Fatimeyi-Zəhraya nə dəxli var? Ayə şəhidlər barəsindədir!

Dedim:–Bəli, Fatimeyi-Zəhra (əleyha salam) vilayət və imamət yolunun ilk şəhididir.

Əlimdən tutub son dərəcə təəccüblə dedi:–Məgər Fatimeyi-Zəhra şəhid olubdurmu? Mən bunu ömrüm boyu eşitməmişəm!

Dedim:–Bəli... indiyə kimi eşitmədiklərin eşitdiklərindən qat-qat çoxdur. Çünki qəsbkar dövlətlər və onların hiyləgərlik siyasətləri bu həqiqətin yayılmasına mane olmuşdur. Sizin əlinizdə olan tarix naqis və təhrif olunmuş bir tarixdir. İslamın bir çox hadisə və məsələləri sizin üçün tanınmaz və naməlum qalmışdır.

Dedi:–Nə danışırsan?!

Dedim:–Əgər bu həqiqətlərdən agah olmaq istəyirsənsə, tələsmə, sənin üçün aydınlaşdıraram.

Dedi:–Allaha and olsun, mən həqiqəti axtarıram!

Dedim:–Onda bil ki, Fatimeyi-Zəhra (əleyha salam) şəhid olmuşdur.

Dedi:–Kim cür”ət edib onu öldürmüşdür? Məgər o, Peyğəmbərin qızı deyildirmi?!

Dedim:–Bəli, o, Allah Rəsulunun qızı idi və Peyğəmbərin yanında böyük və ali məqam sahibi idi. Buna baxmayaraq, onu öldürdülər.

Söz bura çatanda gözləri yaşla doldu, ağlaya-ağlaya dedi:–Onu nə üçün öldürdülər? Sən Allah, mənə de, axı niyə?

Dedim:–Fatimeyi-Zəhra (əleyha salam) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra Həzrət Əli (əleyhissalam)-ın canişin və xilafətinə təkid edir və onun vilayətini müdafiə edirdi. O, bu barədə camaatı ayıltmağı özünə bir vəzifə hesab edirdi. O, Həzrət Əli (əleyhissalam) ilə birlikdə ənsarın evlərinə gedib “Qədir-Xum” hadisəsini və Əli (əleyhissalam)-ın Peyğəmbərin canişini kimi təqdim olunduğu digər əhvalatları onlara xatırladırdı. Bu səbəbə görə onun qarşısında çoxlu çətinliklər və təzyiqlər yaratdılar, “Fədək”-i ondan aldılar. Həzrət Zəhra (əleyha salam)-ın (Peyğəmbərin vəfatından sonra) gördüyü ən böyük müsibət, İslam ümmətində icad olunan bu böyük əyinti (əyrilik) idi.

O, Peyğəmbərin sadə yaşayış tərzinin necə yaddan çıxarıldığını yaxşıca görürdü. Elə bil görmüşdü ki, əgər bu işlər belə davam edərsə, gələcəkdə İslamı müdafiə etmək bir günah sayılacaq, əbuzərlər sürgün olunacaq, dünya malına hərislik, ayrı-seçkilik, cahiliyyət adət-ən”ənələri yenidən canlanacaq, əbu süfyanlar yenidən diriləcək, müaviyələr hakim olacaq. Əli (əleyhissalam), Əbuzər, Əmmar, Salman, Bilal və s. hakimiyyətdən uzaqlaşdırılıb yezidlər və müaviyələr hakim olacaq.

Onun məqsədi bu əyriliklərin kökünü kəsmək idi. Elə onun Əli (əleyhissalam)-ı müdafiə etməsi də bu niyyətlə idi. Buna görə də İslamı müdafiə etmək üçün yorulmaz mübarizələrini başlamışdı.

Mübarizə əzab-əziyyətsiz mümkün deyil, buna görə də bu yolda o həzrət üçün çoxlu müsibətlər və giriftarçılıqlar icad etdilər. Bu müsibətlər də axırda onun şəhid olmasına gətirib çıxartdı...

Beləliklə, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra Fatimə (əleyha salam)-ın başına gətirilən müsibətlərin bir qismini o şeyx üçün aydınlaşdırdım. O, bu sözlərdən çox kədərləndi və yanaqlarından göz yaşı axmağa başladı. Sonra dedi:–And olsun Allaha, səndən eşitdiklərim mənim üçün çox gözlənilməz idi.

Dedim:–Bəli, sən və bu həqiqəti eşidən hər kəs üçün gözlənilməzdir.

Dedi:–And olsun Allaha, inan ki, söhbətimiz əsnasında sənin tarixi hadisələrə agah olduğuna yəqin etməsəydim, şəksiz sözlərini rədd edəcəkdim.

Gülümsəyib dedim:–Aram ol, həqiqəti bilmək istəyirsən?

Dedi:–Bəli, istəyirəm!

Dedim:–Onda kor-koranə, yersiz təəssübdən əl çək və həvayi-nəfsə tabe olma!

Dedi:–Söylədiklərinin düz olmasını haradan bilim?

Dedim:–Dediklərimin hamısı müxtəlif mənbələrdə və kitablarda mövcuddur.

Dedi:–Bunları hansı kitabdan nəql edirsən?

Dedim:–Kitab çoxdur... Amma indi onlara əlim çatmaz.

Dedi:–Mədineyi-münəvvərədə çoxlu kitabxana və kitab dükanları var. Lazım olan kitabları tapa bilərik.

Dedim:–Əlbəttə, bir şərtlə!

Dedi:–Hansı şərt?

Dedim:–Həqiqət sənin üçün aydınlaşandan sonra onu qəbul edib müxalifət də etməyəsən.

Dedi:–Eybi yoxdur, söz verirəm ki, bu şərtə əməl edəm.

Dedim:–Allahı bu dediklərinə şahid tutursanmı?

Dedi:–Bəli.

Bu vaxt “Bəqi”dən xaric olduq. Allahdan istəyirdim ki, lazım olan kitabı tapmaqda mənə kömək etsin. Gəzə-gəzə gəlib bir kitab dükanına yetişdik.

Tez o dükana girdim və üçüncü hicri əsrinin alimlərindən və böyük sünnü tarixçilərindən olan İbni Qüteybə Dinəvərinin “Əl-imamətü vəs-siyasət” kitabını soruşdum. Xoşbəxtlikdən orada həmin kitab var idi. Sevincək halda onu aldım və birinci cildinin 19-cu səhifəsindəki yazıları şeyxə göstərdim: “Əbu-Bəkr bey”ətdən boyun qaçırıb Əlinin (kərrəməllah vəchəh) evində toplaşanlardan bey”ət almaq üçün Öməri göndərdi. Ömər Əlinin evinə gəldi və oradakıları bey”ətə dəvət etdi, amma onlar evdən çıxmadılar...”

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in rehlətindən sonra baş verən hadisələri o kitabdan şeyx üçün oxudum, sonra kitabı ona verdim ki, qalanını da özü oxusun. Ona dedim:–Gərək biləsən ki, bu kitabın müəllifi bu faciənin yalnız kiçik bir qismini bəyan etmiş, öz qərəzli fikrinə görə bu acı həqiqətin incəliklərinin hamısını yazmamışdır.

Dedi:–Hansı incəlikləri?

Dedim:–Onları burada (küçədə) açıb şərh etməyə fürsət yoxdur. Amma bil ki, Həzrət Zəhra (əleyha salam) bu müsibət və hadisələrin təsiri nəticəsində yatağa düşüb 18 yaşında ikən dünya ilə vidalaşdı! Beləliklə də Fatimeyi Zəhra (əleyha salam) imamət yolunun ilk şəhidi sayılır.

Şeyx o həzrətin başına gətirilən müsibətləri eşidəndə qüssələnib narahat oldu. Hiss olunurdu ki, onda qəlbən bir dəyişiklik yaranmış və öz nadürüst fikirlərində şəkkə düşmüşdür.

Ona dedim:–Ey şeyx, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra baş vermiş acı hadisələr doğrudan da qəmli hadisələrdir və hər bir müsəlmanın qəlbini ağrıdır.

İslama yenicə üz gətirən müsəlmanların bəziləri İslam təlimlərini lazımınca öyrənə bilmədilər. Çünki fürsət axtaranların əllərinə yaxşı şərait düşmüşdü. Belə ki, “Ühüd”, “Bədr”, “Xəndək” və s. müharibələrində İslama qarşı çıxan və ağır məğlubiyyətlərdən sonra çarəsizlikdən İslama təslim olan ə”yan-əşraflar yarım əsrdən sonra yenidən böyük İslam imperatorluğuna hakim oldular.

Onlar hətta Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in övladlarını Kərbəlada nahaq yerə öldürdülər, arvad-uşaqlarını əsir etdilər... Hər bir şəhərdə və ya kənddə Əli (əleyhissalam)-ın dostlarını tutub qaranlıq zindanlarda şəhadətə yetirirdilər. Özü də bu işlərin hamısını “İslam” adı ilə görürdülər!

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra qarşıya çıxan məsələlər Əhli-Beyt (əleyhimussalam)-ın öz qanuni haqlarından məhrum olmalarına səbəb oldu. Bu cəhətdən müsəlmanlara ağır xəsarətlər dəydi.

Ey şeyx, indi ki, haqq sənin üçün aydınlaşdı, məbada onu atıb batili tutasan! Həvayi-nəfsin ardınca getmə! Və əvvəldəki şərtimizi unutma!

Bu barədə Allah-Taala buyurur:

Möminlər o kəslərdir ki, öz əmanətlərinə və əhd-peymanlarına riayət edərlər.”1

Beləliklə, onu öz müqəddəratını təyin etməkdə azad buraxdım. Nəhayət, Allah-Taala onu hidayət etdi, gözü haqq nuru ilə işıqlandı və həqiqətin, Allah-Taalanın paklığa çıxartdığı imamların ardınca getdi. Bu, dəlil-sübut ilə mübahisəyə girişən, məntiqi sözü qəbul edən və onun əsasında əməl edən hər bir düşüncəli insanın xüsusiyyətidir.

Bu üslub İslamın istifadə etdiyi və onunla haqqa dəvət etdiyi bir üslubdur.

İslam dəlil, sübut və məntiqi dindir... İnsanları onunla Haqqa dəvət etmiş, təfəkkür etməyə çağırmış və onları hər cür təəssübdən çəkindirmişdir. Qurani-Kərimdə bu insaniyyət üslubu aşkar şəkildə görünür:

Asimanların və yerin yaradılışında, gecə-gündüzün dolanmasında əql sahibləri üçün (ilahi) nişanələr vardır.”2

Bu ayədə qeyd olunan “əql sahibləri” o kəslərdir ki, dəlil və sübut (yəni asimanların və yerin yaradılışında və gecə-gündüzün gəlib-getməsində təfəkkür etmək) yolu ilə Allaha iman gətirirlər.

Müşrik və inadkarların barəsində isə buyurur:

Axirəti inkar etdilər, hansı ki, özlərinin ona yəqinləri var idi”.3

Bu ayə göstərir ki, təəssübkeşlər və inadkarlar həvayi-nəfsin (nəfsani istəklərin) ardınca gedərək dəlil, əql və vicdan ilə müxalifət edirlər.

Buna görə də, ey qardaş, gərək İslamın dəvət etdiyi üsluba tabe olub çəkindirdiyi şeylərdən uzaq olasan.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin