Müasir neft-qaz texnoloji yığım sisteminə qoyunlan qoyulan müasir tələblər


Yüksək özlülüklü neftlərkn deemulsiyası



Yüklə 16,21 Kb.
səhifə8/8
tarix17.01.2022
ölçüsü16,21 Kb.
#51335
1   2   3   4   5   6   7   8
Dəniz midterm

Yüksək özlülüklü neftlərkn deemulsiyası. Yüksək özlülüklü neftlərə Muradxanlıbyatağındandan çıxarılan nefti misal göstərmək olar. Bu neft yüksək özlülüklü və tezdonan neftlərə aiddir. Möhkəm dayanıqlı emulsiya əmələ gətirirlər. Bu səbəbdən həmin neftin parçalanması və nəqli çətin prosesdir. Belə neftləri deemulsasiya etmək üçün mütləw şəkildə laboratoriya tədqiqatları aparılmalı və neftin termiki işlənmələrinin sayının neftdəki qalıq suyun miqdarından asılılıq qrafiki qurulmalıdır.

Neft emulsasiyasının qocalma vaxtı. Neft emulsiyasının qocalması dedikdə, su damlalarının səthini örtən qoruyucu örtüklərin möhkəmlənməsi nəzərdə tutulur. Yəni neft emulsiyaları qocaldıqca, onların dayanıqlılığı artır. Bu da onları parçalamaq üçün istifadə olunan deemulqatorların xüsusi sərfinin artmasına gətirib çıxararır. Deemulqatorların xaricdən gətirildiyini və eyni zamanda energetin xərclərin də artdığını nəzərə alsaq, neft emulsasiyalarının qocalması iqtisadi cəhətdən xeyli ziyana səbəb olur.

Turşu və qələvinin tətbiqi ilə neftin deemulsasiyası. Bu zaman deemulsasiya prosesinin səmərəliliyi bir sıra amillərdən asılı olur. Məsələn, duz turşusunun konsentrasiyası, səthi fəal maddənin növü, səthi fəal maddənin miqdarı, neytrallaşdırıcı məhlulun konsentrasiyası və s. Səthi fəal maddə kimi əsasən sulfanoldan istifadə edilir. Onu da qeyd etmək lazımdır ki, deemulsasiya prosesinin səmərəliliyini artırmaq mümkündür. Bu məqsədlə sadaladığımız amillərin hər birinin ayrılıqda təsirini qiymətləndirmək, onların düzgün uçotunu aparmaq çox vacibdir. Xüsusilə tərkibində parafin və qətran olan neftlərin emulsiyasını qızdırırlar ki, onların özlülüyü azalsın. Bununla da duz turşusu məhlulu ilə neft emulsiyasının paylanması və kontaktda olma dərəcəsi yaxşılaşır, su damlalarının qoruyucu örtüyü zəifləyir. Duz turşu məhlulunun qatılığının neft emulsiyasının parçalanma sürətinə təsiri böyük olsa da, yekunda ayrılan suyun miqdarına təsiri çox cüzi olur.
Yüklə 16,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin