Mövzular: Stress və onun aradan qaldırılması yolları



Yüklə 13 Kb.
səhifə1/2
tarix30.12.2021
ölçüsü13 Kb.
#49344
növüDərs
  1   2
Belge


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ


Azərbaycan Dövlət Pedaqoji Universiteti

Kimya- Biologiya fakültəsinin

Biologiya müəllimliyi ixtisasının

1903 B qrup tələbəsi

Əzizova Şövkətin

Sərbəst işi.


Mövzular:

1.Stress və onun aradan qaldırılması yolları.

2.Dərsdə şagirdlərin diqqətinin inkişaf etdirilməsi.

Müəllim : Ələkbərova Sədaqət.
1.Stress və onun aradan qaldırılması yolları.

Biz insanlar gündəlik həyatımızda bir çox maddi və mənəvi problemlərlə qarşılaşa bilirik.Bu problemlər qarşısında insan gücümüz çatmayan gərginliklər yaşayırıq ki , bu da onun daxili tarazlığın pozulmasına yəni stresin yaranmasına səbəb olur.

Belə olan halda insan hər hansı bir vəziyyətdən çıxış yolunu tapmaqda çətinlik çəkəcək və nəticədə səhhətində ciddi problemlər yaşayacaqdır.Stress bəzən özündən asılı olmayan səbəblərə görə də yarana bilər.Məsələn, müharibə şəraitində yaşayan, faciə ilə üzləşən insanlar yaşından asılı olmadan stresin ən ağır forması ilə üzləşirlər. Onların yaddaşında yaşadıqları faciələr və başlarına gələn müsibətlər daim canlanacaq və ömürləri boyu onlara əzab verəcək və incidib , narahat edəcək. Stresin nisbətən yüngül yəni həzm olunan formaları işdə və ya ailədə yaranan çətinliklərlə bağlı da meydana çıxa bilir. Bəzən yaşından asılı olmadan uşaqlar da heç kimə aça bilmədikləri problemləri ilə də stresə məruz qala bilirlər. Saatlarla qorxulu filmlərinə tamaşa etmək, internetdən aralanmamaq stresə keçən nevroz xəstəliyinin yaranmasına səbəb olur.

Hadisələr nəzarətdən çıxanda, vəziyyəti idarə edə bilmədikdə insan buraxdığı səhvlərin əsirinə çevriləcək və vəziyyətdən çıxış yolunu axtarmaqda acizlik çəkəcəkdir.Bu vəziyyətdə insanın ruhu onun fiziki bədəninə sığışmır, rahatlığını itirir, onu öz məngənəsində boğan çətinliklərin alüdəçisinə çevirir. Bunun arxasınca da insult, infarkt və ya ciddi əsəb pozuntuları ilə hiss olunan digər xəstəliklər yaranır. Eyni zamanda, unutmayaq ki, müasir dünyada baş verən qlobal ekoloji fəlakətlər və iqtisadi tənəzzül də insanların sağlıq durumuna mənfi təsir edir. Əlbəttə, belə hallarda həkimə müraciət etmək, yaranmış problemləri vaxtında aradan qaldırmaq lazımdır.

Lakin hər bir insan yaşından, vəzifəsindən və ictimai mövqeyindən asılı olmadan streslə bağlı ümumi biliklərdən faydalanmalıdır və çətinlikləri sərbəst aşmaq gücünə malik olmalıdır. Bəziləri hər hansı problem baş verən kimi əl-ayağa düşür, ciddi narahatlıq keçirir və düşünür: görən bu nədən baş verir? Əslində, vəziyyəti araşdıranda görürük ki, çətinliyin səbəbi buraxdığınız səhvlərlə bağlı olur. İnsanın birinci vəzifəsi maneələri aşmaqdır və çətinliklərin öhtəsindən gəlməkdir.İslam fəlsəfəsində ən dəyərli anlardan biri insanın dünyada əsas vəzifəsinin bütün fəlsəfələrdən və dinlərdən fərqli izahı vardır. Məsələn: Dünya bizim üçün əyləncə kimi yaradılmamışdır və hər bir insan aktiv həyat mövqeyindən çıxış etməlidir və çalışmalıdır: "Biz sizi yaratdıq və çəkə bildiyiniz qədər yüklə yüklədik".

Həyatımızda nə baş verirsə-versin, nə olursa-olsun, bunu bəla kimi, bizə çəkə bilmədiyimizdən artıq yüklənən cəza kimi qəbul etmək olmaz. Ən çətin məqamda belə gülümsəməyi bacarmaq və heç olmasa özümüzə "Mən bu sınaqlardan uğurla keçməliyəm" ! deməyimiz və bir də buna inanmağımız vacibdir.

Çalışaq ki, ruhumuzla ətrafımız arasında harmoniya yaradaq. Evimizə ailəmizə, vətənimizə, insanlara sevgi bəsləyək. Biz bir-birimizə arxalananda, güvənəndə və bu birliyi içimizdə, əməlimizdə yaşadanda güclü oluruq. Ailədə çəkişmələr olanda, kollektiv arasında qruplaşmalar baş verdikdə və nəhayət, insan özü konkret məqamda hansı dəqiq addımları atacağını bilməyəndə stress qalib gələ bilər. Ona görə də daim yaxşılıqlara can atmalıyıq, əsəbləri və ətrafla ünsiyyəti qorumağımız çox vacibdir. Düzgün qidanın seçilməsi, vacib məqamlarda dietin gözlənilməsi də stresin qarşısını müəyyən qədər qarşısını ala bilər. Artıq çəki də insanı aciz salır, iradəsini zəiflədir, bir çox xəstəliklərin baş qaldırmasına səbəb olur. Maşın yollarından uzaqda, təmiz havada, gözəl parklarda və yaşıllıqlar içində gəzinti, dənizdə və ya hovuzda üzmək əsəblərə toxtaqlıq gətirir, orqanizmdə maddələr mübadiləsinin düzgün getməsinə kömək edir.

Sağlam bədəndə sağlam ruh olar deyiblər. Onda yaranmış çətinliklərin əsas səbəbini və mənbəyini düzgün tapmağı çıxış yollarını asanlıqla tapmağı və sinirləri vaxtında sakitləşdirməyi bacara bilərik. Bir də gərək heç kimin pisliyini istəməyəsən. Xəbislikdən uzaq olasan. Yaxşılıqlar etmək və başqalarına da yaxşılıqlar arzulamaq, kin-küdurət bəsləməmək, hər çətinlikdə düşmən axtarmamaq da stresləri özünüzdən uzaq etməkdə sizə yardımçı ola bilər. Bir çox Alman alimləri heyvanlar üzərində apardıqları təcrübə nəticəsində müəyyən etmişlər ki, həyatın erkən cağlarında yaşanan stress orqanizmdə genlərin işini dəyişdirir və bu dəyişiklik canlıların sonrakı həyatında, rəftarında aradan qalxmayan mənfi izlər buraxır. Bir çox psixoloqlar və psixiatrlar insanın somatik xəstəlikləri ilə şəxsi insani xüsusiyyətləri arasında müəyyən bir asılılığın olduğunu söyləyiblər. Məsələn mədə xorası xəstəliyi olan insanlar üçün yüksək borc hissi , əsəbilik və həyəcan hissi xarakterikdir. Bu insalarda aşağı özünü qiymətləndirmə həddən artıq kövrəklik hissi , utancaqlıq hissi və eyni zamanda belə insanlar özünə qarşı yüksək tələbkar olurlar. Onlarda çətinliyin aradan qaldırılması yüksək həyəcan hissi ilə müşayiət olunur.

Streslə daha az qarşılaşmaq üçün hadisələrin gələcək inkişafını görmək , dəlil sübutlarla stressorun neqativ gücünü azaltmaq , situasiyaya yumor hissi ilə yaxınlaşmaq və baş verən proseslərə müsbət tərəfdən baxmaq streslə bizi az qarşılaşdıracaq və bəzi hallarda biz heç streslə qarşılaşmayacağıq.

2


Yüklə 13 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin