soyuq və ya isti su təchizatı şəbəkəsinə qoşulmaq üçün qurğu (СМА tipli).
Paltaryuyan maşınların komplektliyi konkret model üçün texniki şərtlərində dəqiqləşdirilə bilər.
Maşınlara GOST 2.606-71 əsasən istismarı qaydaları əlavə edilməlidir.
Paltaryuyan maşınların təhlükəsizlik eyniləşdirilməsi onların əsas hissələrinin mexaniki və elektrik təhlükəsizliyinin təmin olunmasından ibarətdir. Belə ki, qapaq açıldıqda mühərrikin dayandırılması üçün sentrifuqlar və barabanlar bloklama qurğusuna malik olmalıdır, cırayan keçən hissələr izolyasiya olunmalıdır, belə ki, torpaqlama qurğusuna və ikiqat izolyasiyaya malik olmalıdır.
Paltaryuyan maşınının istifadəsi zamanı xüsusilə ehtiyatlı olmaq lazımdır, çünki o cərəyan vurması baxımından yüksək təhlükə yaradır.
Elektrik cərəyanı vurmasından qorunma tipinə görə maşınlar 1-ci və ya 2-ci sinif üzrə istehsal olunmalıdır, nəmişlikdən qorunma dərəcəsinə görə - GOST 14087-88 əsasən su sıçrantılarından qorunmuş olmalıdır.
Maşınların quraşdırma, birləşdirmə və istismar parametrləri onların vanna otaqlarında quraşdırılmasına imkan verməlidir.
Saxtalaşdırma istehsal prosesi zamanı keyfiyyətli məhsulların digər öz adına uyğun olmayan məhsullarla dəyişdirilməsi, qəlpləşdirilməsi kimi müəyyənləşdirilir. Saxtalaşdırma üsulundan asılı olaraq istehlakçılar paltaryuyan maşınların keyfiyyət, miqdar, qiymət, informasiya saxtalaşdırılması ilə üzləşirlər.
İnformasiya saxtalaşdırılması – istehsalçı firma barədə şübhəli və ya açıq-aşkar yalan məlumat köməyi ilə istehlakçının aldadılmasıdır.
Qiymət saxtalaşdırması – istehlakçının qiymətlərin yüksəldilməsi yolu aldadılmasıdır.
Miqdar saxtalaşdırması - paltaryuyan maşınların komplektliyinə və qabarit ölçülərinə (uzunluğu,eni,hündürlüyü) görə istehlakçıların aldadılmasıdır.