Mövzu XX. Azərbaycanda sovet məKTƏBİ VƏ TƏHSİl siyasəTİ. Əhatə olunacaq məsələlər



Yüklə 38,71 Kb.
səhifə6/8
tarix03.06.2023
ölçüsü38,71 Kb.
#124650
1   2   3   4   5   6   7   8
20 Mövzu

Qədimbəyova Gülrux Hüseyn qızı(1902-1976) İrəvan şəhərində anadan olmuşdur. Gülrux Qədimbəyova Bakıda Məktəbəqədər Tərbiyə İnstitutunu bitirmiş və “Sünbül” uşaq bağçasında müdir vəzifəsində çalışmışdır. 1950-ci ildə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmiş, sonralar maarif Nazirliyinin məktəbəqədər tərbiyə metodkabinetində müdir işləməyə dəvət olunmuşdur. O, “Uşaq bağçalarında didaktik oyunların metodikası”, “Kolxoz məktəbəqədər meydançaları tərbiyəçilərinə kömək”, “Uşaqlar bağçasında didaktik oyunlar”, “Kolxozda uşaq meydan-çasını necə təşkil etməli”, “Uçaq bağçasında məşğələlər” kimi müxtəlif adda 10-dan çox metodik vəsait və “Uşaq bağçası tərbiyəçinin kitabı”nı nazırlamışdir.
Tərbiyə işinin məzmun və metodları, fiziki və əqli tərbiyə, uşaqların əxlaqi keyfiyyətlərinin tərbiyəsi, əmək və estetik tərbiyə məsələləri uşaqların yaş xüsusiyyətlərinə müvafiq hazırlanmış və oyunlar üçün göstərişlər verimişdir. G.H.Qədimbəyovanın kadr hazırlığında və uşaq bağçalarında Azərbaycan qruplarının açılmasında müstəsna xidmətləri olmuşdur.
Əfəndiyeva Səlimə Əhməd qızı(1913-1987) Şamaxı çəhərində anadan olmuşdur. 1938-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun məktəbəqədər tərbiyə fakültəsini bitirmiş, əvvəlcə Xalq Maarifi Muzeyində məktəbəqədər tərbiyə kabinetinin müdiri, sonra isə xalq Maarif Komissarlığının məktəbəqədər tərbiyə kabinetində metodist vəzifəsində işləmişdir. 1943-cü ildə ailəsi ilə birlikdə müvəqqəti yaşadığı Oğuz rayonunda ilk dəfə uşaq bağçası açmış və ona rəhbərlik etmişdir. 1955-ci ildən 1960-cı ilə qədər Bakının bir saylı uşaq bağçasında tərbiyəçi və müdir vəzifəsində işləmişdir. 1960-cı ildə inspektor işləmək üçün Maarif Nazirliyinə dəvət olunmuş və , 1969-cu ildə V.İ.Lenin adına APİ-nin məktəbəqədər tərbiyə kafedrasında baş müəllim vəzifəsinə keçmişdir.
Səlimə xanım 1965-ci ildə Bakı Məktəbəqədər Pedaqoji Məktəbin Müəllimi Şahbəyim Cəfərova ilə birlikdə “Uçaq bağçasında tərbiyə proqramı”nı Azərbaycan dilinə tərcümə etmişdir. Proqramda respublikanın iqlim şəraiti, bitki və heyvanlar aləmi nəzərə alınmış, Azərbaycan bəstəkarlarının musiqisi, yazıçı və şairlərin şer və hekayələrindən nümunələr verilmiş, ana dilinin xüsusiyyətləri nəzərə alınmışdır.
S.Əfəndiyeva bir sıra tərtib və tərcümələrin də müəllifidir. Tərtiblər bunlardır: “Uşaq bağçasında işin planlaşdırılması və hesaba alınması” (1955), “Uşaq bağçasında məşğələlər” (1958), “Kolxoz uşaq bağçalarında uşaqları nə ilə məşğul etməli” (1962), “Uşaq bağçaları üçün nəğmələr” (1968), “Uşaq bağçasında şeir və hekayələr” (1972), “Körpə yaşlı uşaqlar üçün oyun və məşğələlr” (1973), və s. Bundan əla və bir sıra metodik ədəbiyyatı rus dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Göstərdiyi xidmətlərə görə S.Əfəndiyeva “Azərbaycan SSR əməkdar müəllimi”, “Qabaqcıl maarif xadimi” adına layiq görülmüşdür.

Yüklə 38,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin