Mövzu Sığorta orqanlarında mühasibat uçotunun əsasları. Plan: Təsərrüfat uçotu haqqında anlayış Mühasibat uçotunun tərkib hissələri və onların xarakteristikası


Mövzu 26. Uçot siyasəti və izahlı qeydlər



Yüklə 73,96 Kb.
səhifə34/41
tarix02.01.2022
ölçüsü73,96 Kb.
#36193
1   ...   30   31   32   33   34   35   36   37   ...   41
kitab (2)

Mövzu 26. Uçot siyasəti və izahlı qeydlər.

Plan:

1.Uçot siyasətinin mahiyyəti
2.Uçot siyasətinin müddəaları
3.Uçot siyasətinin təqdimatı
4.Gəlir və xərclərin tanınmasının izahlı qeydlərdə əks etdirilməsi

Hər bir sığorta təşkilatının rəhbərliyi MMUS-nın bütün tələblərinə uyğun maliyyə hesabatlarının təqdimatını təmin edən uçot siyasətini seçməli və təqdim etməlidir.MMUS –da uçot siyasəti ilə bağlı müvafiq tələb olmadıqda ,rəhbərlik maliyyə hesabatlarında istifadəçilərin düzgün nəticəyə gəlməsi üçün onların maraqlarına cavab verən,münasib və aşağıdakı hallarda etibarlı sayılan məlumatın təqdim olunmasını təmin edən uçot siyasəti işləyib hazırlanmalıdır:


-hadisə və əməliyyatların hüquqi formasına deyil,iqtisadi mahiyyətinə üstünlük verildiyi;


-neytral,yəni qərəzsiz mövqedən çıxış etdiyi;
-ehtiyatlı olduğu;
-bütün əhəmiyyətli aspektlər üzrə tamamlandığı.
MMUS-ı mıvcud olmadığı hallarda ,rəhbərlik maliyyə hesabatlarında istifadəçilər üçün daha faydalı məlumatları təmin edə bilən uçot siyasətinin işlənib hazırlanmasında öz mülahizələrindən istifadə edir.
Belə mülahizələrin irəli sürülməsi zamanı rəhbərlik aşağıdakıları nəzərdən keçirir:
-oxşar və əlaqəli məsələlərin həlli üçün MMUS-da öz əksini tapmış tələblər və göstərişlər;
-MMUS-nın Konseptual əsaslarında əks olunmuş aktivlər,öhdəliklər,gəlir və xərclər ilə bağlı anlayışlar,eləcə də,tanınma və qiymətləndirmə neyarları;
-iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə məqbul təcrübələr.
Aşağıdakı uçot siyasətləri əsaslı surətdə əhəmiyyətli olan maddələrə müvafiq olaraq müəssisənin maliyyə hesabatlarında tətbiq edilmişdir:
Uçot metodu-maliyyə hesabatları ilkin dəyər konsepsiyası əsasında hazırlanmışdır.

Yüklə 73,96 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin