Mövzu Riyaziyyat və psixologiya Plan



Yüklə 31,53 Kb.
səhifə2/4
tarix13.12.2022
ölçüsü31,53 Kb.
#74298
1   2   3   4
1. Riyaziyyat və psixologiya

1850-ci ildə Leypsiqdə Drobişin ikinci kitabı – “Riyazi psixologiyanın ilk əsasları” adlı – işıq üzü gördü.
Daha sonra Teodor FexnerVilhelm Vundt Gerbartın, psixoloji qiymətlər, şüurun hüdudları, şüurun reaksiya vermə vaxtı ideyalarını, riyazi şəkildə həyata keçirdilər.
Çarlz Spirmen - psixologiyada və psixoloji məqsədlər üçün yaradılmış biramilli təhlil metodunu irəli sürdü; Leon Terstoun – bu nəzəriyyənin əksi olan çoxamilli nəzəriyyə təklif etdi.


1.2. Riyaziyyatın psixologiyada tətbiqinin metodoloji məsələləri
İstənilən elmdə riyaziyyatın faydalı olması o deməkdir ki, onun metodları müxtəlif dəyişkən kəmiyyətlərin müqayisəsinin mümkünlüyünü, onların simvolik şərhlərini, irəli sürülən proqnozların və həllərin əsaslarını, idarəetmə qaydalarının eksplikasiyasını təmin edirlər.
Riyazi metodların tətbiq edilməsinin ən mühüm şərti – məzmunca və formaca şərh olunmadır. Ümumiyyətlə, psixologiyada şərh olunmanın dörd növünü fərqləndirmək mümkündür:
- psixoloji-psixoloji,
- psixoloji-riyazi,
- riyazi-riyazi və
- riyazi-psixoloji.
psixoloji-riyazi






psixoloji-psixoloji riyazi-riyazi

riyazi-psixoloji

Fikrimizə aydınlıq gətirək: psixologiyada istənilən elmi-tədqiqat işi və ya sırf praktiki məsələ ilk əvvəl psixoloji-psixoloji şərhə məruz qalır, bu yolla nəzəri müddəalardan əməliyyat xarakterli anlayışlara və empirik prosedurlara keçid baş verir.


Daha sonra, psixoloji-riyazi şərhin vasitəsilə konkret empirik tədqiqatın riyazi metodları seçilir və tətbiq edilir. Əldə edilmiş götəricilərin emalı zamanı onların riyazi-riyazi şərhi baş verir.
Nəhayət, nəticə məzmunca şərh edilir, riyazi-psixoloji şərh yerinə yetirilir. Tsikl qapanır və qarşıya qoyulmuş məsələ ya həll edilir və başqa məsələyə keçid almaq, ya da ki, bu məsələni dəqiqləюdirmək və tədqiqatı təkrarlamaq zərurəti yaranır.

Yüklə 31,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin