Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


İdarəetmə məntəqələrinin növləri



Yüklə 0,67 Mb.
səhifə6/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   70
3. İdarəetmə məntəqələrinin növləri.
İdarəetmə məntəqəsi (İM) – MM-ni hərbi vəziyyətə keçirərkən və müharlbə dövründə idarəedici heyətin yerləşməsi və işləməsi üçün nəzərdə tutulmuş və xüsusi olaraq avadanlıqla, texniki rabitə və xəbərdarlıq vasitələrilə təchiz edilmiş otaqlardan yaxud nəqliyyat vasitələrindən ibarətdir.
Təyinatına və yerləşməsinə görə idarəetmə məntəqələri üç qrupa bölünür:
- ərazi idarəetmə məntəqələri;
- sahə idarəetmə məntəqələri;
- MM-nin hərbi hissələrində yaradılan idarəetmə məntəqələri.
İdarəetmə məntəqələrinin aşağıdakı növləri vardır:
- şəhər ehtiyat idarəetmə məntəqələri – şəhər ərazisində, obyektlərdən kənarda yerıəşdirilir. Onların mühafizə dərəcəsi müvafiq şəhərlər üçün qəbul edilmiş mühafizə dərəcələrinə uyğun gəlir;
- şəhərdən kənar ehtiyat idarəetmə məntəqələri – dərəcəli şəhərlərin və obyektlərin ehtimal olunan dağıntılar zonasından və subasma təhlükəsi olan zonadan kənarda yerləşdirilir;
- köməkçi idarəetmə məntəqələri – keçirilən MM tədbirlərinin və MM qüvvələrinin ehtiyat idarəetmə məntəqələrindən idarə edilməsi çətinləşdikdə və ya mümkün olmaya hallarda yaradılır;
- səyyar idarəetmə məntəqələri - ehtiyat idarəetmə məntəqələrinin əsas tərkib hissəsidir. Səyyar idarəetmə məntəqələri sülh və müharibə dövründə MM qüvvələrinin hərəkəti zamanı onlara bilavasitə rəhbərliyi təmin etmək üçün yaradılır.
- hava idarəetmə məntəqələri – “Azərbaycan hava yolları” konserninin təyyarə və helikopter bazalarında təşkil olunur.
İM-ləri burada yerləşən idarəedici heyətin FH-larda fasiləsiz işini, normal həyat fəaliyyətini və etibarlı mühafizəsini təmin etməlidir. Bir sıra MM rəhbərləri üçün idarəetmə məntəqələri əvvəlcədən tikilmiş mühafizə qurğularında təşkil olunur. Bütün idarəetmə məntəqələri düşmənin hər cür kəşfiyyatlarından etibarlı surətdə qorunmalıdır. Bu məqsədlə İM-də ciddi iş qaydası və buraxılış rejimi təyin olunur. İM-nin yerini göstərən nişanların qoyulması qadağandır. İM-si aşağıdakı otaqlardan ibarərdir:
- MM rəhbərinin iş otağı;
- digər heyət, yəni operatorlar və telefonçu – operatorlar yerləşən operativ iş otağı;
- xidmət rəislərinin iş otağı;
- rabitəçilər qrupu yerləşən rabitə qovşağı;
- növbələrıə dincəlmə yeri (otağı);
- İM heyəti üçün FMV-ləri, ərzaq, su ehtiyatları və s. saxlanan yer (otaq);
- sanitar qovşağı.
İM-də MM rəisi, onun müavinləri, xidmət rəisləri və MMQ-nın əsas heyəti yerləşir. Məntəqənin normal işini təmin etmək üçün lazımi hallarda oraya xidmətçi heyət verilir, nəqliyyat vasitələri təhkim edilir. Fasiləsiz rəhbərliyi təmin etmək məqsədi ilə İM-də sutkaboyu növbətçilik təşkil edilir. Bunun üçün 2 – 3 növbətçi qruru yaradılır. Buraya qrupun rəhbərliyi, operativ növbətçi, onun köməkçisi idarəetmə mərkəzinin, qərargah şöbələrinin, rabitə qovşağının, hesablama mərkəzinin növbətçiləri və MM xidmətlərinin nümayəndələri daxil edilirlər. İM-nin növbətçi qrupuna aşağıdakılar həvalə edilir:
- vəziyyət barədə məlumatların toplanması, ümumiləşdirilməsi, ilkin analiz edilməsi və bu haqda Respublika rəhbərliyinə, İHB-larına, Nazirliklərin, Dövlət komitələrinin və idarələrinin rəhbərlərinə məlumat verilməsi;
- vəziyyətin xəritələrdə, şəhərlərin planlarında və digər iş sənədlərində qeyd olunması;
- rəhbərliyin sərəncamının icraçılara çatdırılması və həmin göstərişlərin yerinə yetirilməsinə nəzarət;
- yaranmış vəziyyət və keçirilən tədbirlər haqqında iş jurnallarının aparılması.
Səyyar idarəetmə məntəqəsi nəqliyyat vasitələrində yaradılır. O zədələnmə ocaqlarında MM qüvvələrinin yürüş marşrutlarında, hərəkət zamanı bilavasitə və operativ surətdə idarəetmə üçündür. Bütün dərəcələrdən olan MM rəhbəri üçün belə məntəqələr düzəldilə bilər. Səyyar idarəetmə məntəqəsinə MM rəhbəri və ya onun müavini rəhbərlik edir, ona xidmət üçün operativ qrup yaradılır. Bu zaman MMQ rəisi stasionar İM-də qalaraq digər tədbirlərin icrasını təşkil edir. Köməkçi İM isə bütün tədbirlərə bir məntəqədən rəhbərlik etmək mümkün olmayan hallarda müəyyən müddət üçün yaradılır. Belə müvəqqəti İM-nin konkret vəzifələri və işçi heyəti müvafiq MM rəhbəri tərəfindən təyin edilir.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin