Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


İşçilərə və işləməyən əhaliyə MM biliklərinin öyrədilməsi



Yüklə 0,67 Mb.
səhifə20/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   70
3. İşçilərə və işləməyən əhaliyə MM biliklərinin öyrədilməsi.
İdarə, müəssisə, təşkilat və digər obyektlərdə işləyən, lakin MM dəstələrinin, xidmətlərinin heyətinə cəlb olunmayan əhaliyə MM bilikləri hər il iş yerində istehsalatdan ayrılmadan öyrədilir. İşləyən əhalinin MM-yə hazırlanmasında əsas məqsəd-müxtəlif FH-da etibarlı surətdə mühafizə olunmağı bacarmaq üçün hər bir adama müəyyən həcmdə bilik və əmli vərdişlər aşılamaqdır. Hazırlıq 12 saatlıq proqram həcmində aparılır. Proqramda mühafizənin əsas üsul və vasitələrindən inamla və düzgün istifadə olunması, habelə xilasetmə işlərində iştirak etmək, özünə və digərlərinə ilk tibbi yardım göstərmək qaydalarının öyrədilməsi nəzərdə tutulur. Proqramda nəzərdə tutulan əsas şərtlərdən biri mövzular üzrə xüsusi normativlərin əməli olaraq yerinə yetirilməsidir. Hazırlığın nəticələri də əsasən bu normativlərin icrasına görə qiymətləndirilir.
Məşğələ aparmaq üçün obyektlərdə 25-30 nəfərdən ibarət tədris qrupları yaradılır. Bu qruplarda məşğələləri MM rəhbərinin əmri ilə təyin olunmuş qrup rəhbərləri aparırlar. MM dəstələrinə cəlb olunmamış fəhlə və qulluqçuların bəzi tədris qruplarında MM mövzularının dinləyicilər tərəfindən müstəqil surətdə öyrənilməsi sistemi də mövcuddur. Mühafizə mövzularının müstəqil surətdə öyrənilməsinə şərait yaratmaq məqsədilə obyektin mühafizə qurğularında MM sinfində və ya digər bir otaqda MM məsləhət məntəqəsi düzəldilir. Məntəqə lazımi avadanlıq, ədəbiyyat və əyani vasitələrlə təchiz olunur. Dəstələrə cəlb olunmamış fəhlə və qulluqçulara MM-nin öyrədilməsi onlardan MM normativlərinin qəbulu ilə başa çatdırılır.
İstehsalat və xidmət sahələrində işləməyən əhaliyə MM bilikləri yaşayış yerlərində, KİV-nin, mənzil idarələrind, yerli icra hakimiyyəti orqanlarının yaratdığı məsləhət məntəqələrininyardımı ilə müstəqil surətdə və təsərrüfat müəssisələrində, mənzil istismarı orqanlarında keçirilən əməli məşğələlərlə, MM məşqlərinə cəlb edilməklə öyrədilir. İşləməyən əhaliyə mühafizə bilikləri öyrədilərkən MM xəbərdarlıq siqnalları və göstəriciləri üzrə düzgün davranmaq, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək, özünə və digərlərinə ilk tibbi yardım göstərmək, uşaqları mühafizə etmək, habelə müxtəlif FH-da fəaliyyət qaydalarının mənimsənilməsinə əsasən diqqət yetirilir. Əhali mühafizə biliklərini həm tədris qruplarında mütəşəkkil halda, həm də müstəqil olaraq öyrənə bilər. Mütəşəkkil öyrətmək məqsədilə qonşu evlərin, mənzillərin işləməyən sakinlərindən ibarət hərəsi 10-12 nəfərlik tədris qrupları yaradılır, məşğələ rəhbərləri müəyyənləşdirilir, 12 saatlıq proqramı əhatə edən illik məşğələ cədvəli tərtib olunur, eləcə də məşğələ yerləri və vaxtları razılaşdırılır. Tibb mövzularındakı məşğələləri həkimlər, tibb bacıları, ali tibb məktəblərinin yuxarı kurslarında oxuyan tələbələr aparırlar.
Beləliklə, ölkənin bütün əhalisini sülh və müharibə dövrlərində yarana biləcək FH-da mühafizəyə və fəaliyyətə hazırlamaq üçün respublika fasiləsiz tədris sistemi yaradılmışdır.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin