Mövzu: Mükafat Standart və təlim nəticələri



Yüklə 18,61 Kb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü18,61 Kb.
#39105
növüQaydalar
1   2   3   4
icmal nümunəsi

3.Məlumat mübadiləsi Şagirdin danışma yolu ilə özünüifadə (“Mən olsaydım, belə edərdim...”) bacarığı inkişaf etdirilir. Sual “1.2.1. Deyəcəyi fikrə müvafiq ifadə forması seçir” məzmun standartı ilə inteqrasiya yaradır.

4.Məlumatların müzakirəsi və təşkili Fəndaxili inteqrasiya. 4-cü tapşırıq “2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir” və “3.1.3. Mətnin tərkib hissələrini (giriş, əsas hissə və nəticə) əlaqələndirir” standartlarının reallaşdırılmasına xidmət edir. (St. 2.2.3) Әlavə tapşırıq: – Mətnin məzmununa uyğun gələn atalar sözlərini seçin. Müəllim aşağıdakı atalar sözlərini səsləndirir, şagirdlər yaşıl və qırmızı kartları qaldırmaqla “Uyğundur” (yaşıl kart), “Uyğun deyil” (qırmızı kart) cavablarını verə bilərlər:

A) Yalançının yaddaşı olmaz.

B) Yalan ayaq tutar, amma yeriməz.

C) Yalançının evi yandı, heç kəs ona inanmadı.

D) Qız – qızıl alma, qızı gözdən salma.

E) Sən saydığını say, gör fələk nə sayır.

F) Ağıllı olub dərd çəkincə, dəli ol, dərdini çəksinlər.

G) Könlü balıq istəyənin quyruğu suda gərək.

(St. 2.1.1) Dərsin əvvəlində şagirdlərə anlaşılmayan sözləri qeyd etmək tapşırılmışdı. Həmin sözlər lövhədə yazılır və izah olunur. Dərslikdə müvafiq rubrikada verilmiş 5-6-cı tapşırıqlar yerinə yetirilir. “Xülasə” sözü ilə bağlı tapşırıq təlim nəticələri yüksək olan şagirdlər üçün nəzərdə tutulub (7-ci tapşırıq).

5.Nəticə, ümumiləşdirməTəcrübə göstərir ki, 5-ci sinif şagirdləri sözdə vurğulu hecanın yerini müəyyən etməkdə çətinlik çəkirlər. “Dil qaydaları” məzmun xəttində vurğu ilə bağlı xüsusi standart olmasa da, bu mövzu “2.2.1. Tələffüz qay da - larını gözləməklə mətni düzgün oxuyur” standartının reallaşdırılması üçün va - cibdir. Ona görə də şagirdlərdə bu bacarıq empirik yolla formalaş dırılır. Bunun üçün ilkin mərhələdə vurğusu dəyişməklə mənası dəyişən sözlər üzərində işləmək tövsiyə olunur. Bölmənin sonunda isə heca vurğusu haqqında məlumat verilir.

1. Şagirdlər xatırladıqları bir əsərin 5-6 cümlədən ibarət xülasəsini yazırlar.

2. Şagirdlərə 7-ci testin cavab variantlarını ucadan oxumaq tapşırılır. “A” variantında işlənmiş “xülasə” sözünün tələffüzündəki vurğu fərqi şagirdlərin diqqətinə çatdırılır. Suallar: – Bu sözü hansı sözlə əvəz etmək olar? (bir sözlə, müxtəsər). Bu cür sözlər qrammatikada necə adlanır? (köməkçi nitq hissələri) 3. Şagirdlərə 4-cü sinifdə keçdikləri omonimlər və çoxmənalı sözlərlə bağlı biliklər xatırladılır. Nümunələr əsasında onların fərqini izah etmək tapşırılır.

4. Sual: – “Xülasə” sözünü omonim hesab etmək olarmı?

Məlumdur ki, omonim sözlərin deyilişi ilə yazılışı eyni, mənası fərqli olur. “Xülasə” sözü nün isim və köməkçi nitq hissəsi kimi deyilişi fərqlidir, belə ki, birində vurğu üçüncü hecaya, digərində birinci hecaya düşür. Deməli, bu söz omonim deyil. O, çoxmənalı söz də deyil, çünki müxtəlif mənalarda müxtəlif nitq hissələrinə aid olur. Beləliklə, “şaxta”, “nərə” sözləri kimi, “xülasə” sözü də nə omonim, nə də çoxmənalı sözdür. Danışma (St. 1.2.2) Müzakirə: “İnternet kitabı əvəz edə bilərmi?” Müzakirə prosesində Auksion keçirilə bilər: – Bədii əsərlər oxumağın (mütaliənin) vacib bildiyiniz faydalarını deyin (söz ehtiyatını artırır, dünyagörüşünü genişləndirir, əsəri təhlil etmək bacarığını inkişaf etdirir və s.). Dil qaydaları (St. 4.1.2) Şagirdlər ibtidai siniflərdə qalın və incə, dodaqlanan və dodaqlanmayan saitlər haqqında məlumat aldıqları üçün müəllim açıq və qapalı saitlərə daha çox diqqət yetirir. Açıq saitlərin tələffüzündə ağız boşluğunun geniş açıldığı, qapalı saitlərin tələffüzündə isə ağız boşluğunun bir qədər qapanmış vəziyyətdə olduğu şagirdlərin nəzərinə çatdırılır. Dərslikdə verilmiş 8-9-cu tapşırıqları yerinə yetirməklə şagirdlər əvvəlki siniflərdə bu mövzu üzrə keçdiklərini təkrar edirlər. 10-cu tapşırıq motivasiya rolunu oynayır və şagirdlərin diqqətini açıq və qapalı saitlərin tələffüzündəki fərqə yönəldir. “A” və “ı” saitlərinin ikisi də qalın, dodaqlanmayan saitdir. Lakin alt çənənin açılma dərəcəsinə görə bu saitlər fərqlənir: “a” açıq, “ı” qapalı saitdir. Dərsliyin 12-ci səhifəsində verilmiş nəzəri material şagirdlər tərəfindən mənimsənilir. 11-13-cü tapşırıqlar yerinə yetirilir. 13-cü tapşırıqda Aşıq Әləsgərin dodaqdəyməz təcnisi verilmişdir. Bu tapşırığı yerinə yetirərkən şagirdlər şeir parçasında dodaqlanan saitlərin işlənmədiyini müəyyənləşdirməlidirlər.Burada ədəbiyyat fənni ilə inteqrasiya yaradaraq dodaqdəyməz təcnis janrı haqqında məlumat vermək olar.



6.Yaradıcı tətbiqetmə : Dilimizdə vurğusu dəyişməklə iki fərqli məna ifadə edə bilən sözləri araşdırmaq, bu sözlərdən ibarət cədvəl hazırlamaq.

7.Qiymətləndirmə: Şagird nailiyyətinin qiymətləndirilməsi aşağıdakı meyarlar üzrə aparılacaqdır: əməkdaşlıq, dinləmə, tətbiqetmə
Yüklə 18,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin