Marketinqin planlaşdırılması prosesinin ənmühüm mərhələlərindən biri satışın həcminin proqnozlaşdırılmasıdır. Bu məqsədlə aşağıdakı metodlardan istifadə edilir
Marketinqin planlaşdırılması prosesinin ənmühüm mərhələlərindən biri satışın həcminin proqnozlaşdırılmasıdır. Bu məqsədlə aşağıdakı metodlardan istifadə edilir:
Rəhbərliyin mühakiməsi;
Ticarət işçilərinin fikirlərinin ümumiləşdirilməsi;
Keçmiş dövrlərdə olan satışın həcminin təhlili;
İstehlakçıların məhsulları əldə etmələrinə dair istəklərinin öyrənilməsi;
Sınaq marketinqi;
Statistik modellər.
3 – cü sual. Strateji marketinq planlarının tərtibi
Müəssisənin məqsədi, onun potensial imkanları və bazar şansları arasında strateji uyğunluğun yarddılması və qorunub saxlanılması strateji idarəetmədir.
Strateji idarəetmənin funksiyakarından biri strateji planlaşdırmadır. Strateji marketinq planlaçdırılması proses kimi aşağıdakı şəkildəki kimidir.
Müəssisənin/ strateji kommersiya bölməsinin missiyasının müəyyənləşdirilməsi
Müəssisənin/ strateji kommersiya vahidi bölməsinin məqsədlərinin müəyyənləşdirilməsi
Fəaliyyət növləri kompleksinin/məhsulların nomenklaturasının müəyyənləşdirilməsi
Müəssisənin(strateji kommersiya vahidi bölməsinin) yüksəliş strategiyalarının işlənib hazırlanması
Strateji planın yerinə yetirilməsinə nəzarət və qiymətləndirmə
Şəkil. Strateji marketinq planlaşdırılması prosesi