Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər


Layihənin uğurlu olmasına təsir edən amillər



Yüklə 2,16 Mb.
səhifə3/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   2   3   4   5   6   7   8   9   ...   84
C fakepathmuhazire toplusu

1.4. Layihənin uğurlu olmasına təsir edən amillər
Layihə idarəedilməsi prosesi düzgün həyata keçirilsə layihənin uğuru 60% qarantiyaya alınır. Əslində bu fakt biz marketoloqlara bir daha iş prosesində biznes-proseslərin, sənədləşmənin, standartların nə qədər vacib olduğunu göstərir. Əminliklə Sizə söyləyə bilərəm ki, bugün post-sovet məkanında yerləşən dinamik inkişaf etmiş (etməkdə olan) şirkətlərin ən ciddi problemi məhz düzgün biznes proseslərin, layihə idarəedilməsi standartlarının olmamasıdır. 
İstənilən layihə özündə düzgün aparılan 3 prosesi birləşdirir: təyin etmə, planlaşdırma, rəhbərlik. Bu funksiyanın düzgün aparılması layihə uğuruna bir başa təsir edir. Prosesi düzgün izah etmək üçün Sizə daha vizual göstərim:
TƏYİN ETMƏ. Bu mərhələdə biz konkret olaraq layihəni təyin etməyə çalışırıq. Maliyyə qaynağı, layihənin iştirakçıları, layihənin başlama və təbii olaraq bitmə tarixi. Ən başlıcası biz konkret layihənin səhmdara nə fayda verəcəyi və bu faydanının indikatorları kimi hansı faktorların olacağını təyin etməliyik. Biz elə etməliyik ki, layihədə iştirak edən hər bir fərd ümumi uğurda öz töhvəsinin nədə olduğunu bilsin. İstənilən layihə xırda layihələrin cəmindən ibarətdir bu baxımdan layihə meneceri həm müştəri həmdə icraçı kimi çıxış etməyi bacarmalıdır. Həmçinin bu mərhələdə layihə meneceri baza nəzərət anlayışlarını həm özü, həmdə layihə komandası üçün aydınlaşdırmalıdır. 
PLANLAŞDIRMA. Təyin etmə mərhələsindən sonra layihə meneceri
mütləq qaydada planlaşdırma prosesinə başlamalıdır. Burada risklərin
idərəedilməsi, minimallaşdırılması yolları, hər bir mərhələnin dəqiq təsviri olmalıdır. Layihə başlamamışdan görünən istənilən sual layihə müddətindən özü ilə ən azı 5 əlavə suallar yaradır. Bu baxımdan layihə sənədləri dəqiq işlənilməli və işçi sənədlər konkret hədəfə çatma prosesini mərhələ-mərhələ özündə əks etdirməlidir. 
RƏHBƏRLİK. Təbii olaraq istənilən prosesdə olduğu kimi layihə idarəedilməsində də işə bilavasitə rəhbərlik son dərəcə əhəmiyyətlidir. Burada yalnız layihənin uğuruna təsir edən xarici amillər deyil, həmçinin layihə komandasının vaxtında və düzgün işlərinin hıyata keçirmələri, layihə üzvləri arasında vaxtında və düzgün kommunikasiyaların təşkilindən sohbət gedir. 
Ümumilikdə layihə rəhbərliyi özündə 3 əsas istiqaməti cəmləşdirir:
- Layihə gedişatının qiymətləndirilməsi. Bu özündə istənilən prosesə əks əlaqə sistemini yaradır. Layihə rəhbəri istənilən prosesə vaxtında müdaxilə edərək onu lazımlı istiqamətə yönləndirir.
- Kommunikasiya. Layihə üzvləri arasında kommunikasiya idarəetmə prosesi üçün çox vacibdir. Layihə üzvləri istənilən dəyişiklik və (və ya) cari fəaliyyətlər barədə məlumatlandırılmalıdır.
- Korrektə fəaliyyəti. Layihə gedişatında menecer daima bütün proseslərə nəzarət edərək lazımlı yerlərdə bir-başa korrektə işləri görməlidir. 
Layihənin uğurlu olması üçün təhlillərin vaxtında və düzgün aparılması lazımdır. Ümumilikdə layihə menecmentində təhlil 3 mərhələdə həyata keçirilir (şəkil1.2):



Şəkil1.2. layihə menecmentində təhlil 3 mərhələləri.

Şəkildən də göründüyü kimi bu mərhələlər: layihədən əvvəl, layihə müddətində və təbii olaraq layihə bitdikdən sonra hesabat xarakterli təhlillərdir. Əslində istənilən marketinq kampaniyasında olduğu kimi (əslində həyatda olduğu kimi də demək olar), layihə idarəedilməsində “100 ölç – 1 biç” prinsipi dominantlıq edir.


Layihə idarəedilməsinin uğurlu olması üçün “sehrli üçbucaq” anlayışından istifadə edilir.
B ütün layihələr üçün keçərli olan bu sistemə görə biz mütləq qaydada 3 vacib kateqoriyaya fikir verməliyik. Bu kateqoriyalar vaxt, sərf edilən resurslar və bu sərfiyyatlara görə yaradılan dəyərin keyfiyyətindən (keyfiyyət dedikdə konkret problemi nə dərəcədə həll edə bilmə qabiliyyəti nəzərdə tutulur) asılıdır, çünki sözü gedən məfhumlarda ola biləcək istənilən dəyişiklik layihənin faydalı olub olmamasına bir-başa təsir göstərir. 

Mövzu 2. Layihələrin təsnifatı və növləri. Layihə mühiti.



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin