Mövzu Kursun tədqiqat obyekti, predmeti və vəzifələri Plan: «Ağac emalı sənayesinin iqtisadiyyatı»


«Ağac emalı sənayesinin iqtisadiyyatı» kursu iqtisad kursları sistemindəki



Yüklə 102,77 Kb.
səhifə3/26
tarix30.12.2021
ölçüsü102,77 Kb.
#49313
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   26
AĞAC EMALI

«Ağac emalı sənayesinin iqtisadiyyatı» kursu iqtisad kursları sistemindəki

müəssisələrdə həyata keçirilən istehsal prosesi həm təbii-texniki və həm də ictimai elmlər tərəfindən öyrənilir.

Təbii-texniki elmlərin istehsalı tədqiqetmə, öyrənmə meyarı insanların təbiətlə münasibətlərinə, insanlarla təbiət arasında baş verən bir proses kimi yanaşmasıdır. Başqa sözlə, təbii-texniki elmlər istehsalın maddi ünsürləri olan əmək predmetlərinin, əmək vasitələrinin və istehsal olunan məhsulun xassələrini, habelə istehsal prosesi zamanı xammal və materiallarda baş verən fiziki, texniki və kimyəvi dəyişiklikləri öyrənməklə məşğul olurlar. Təbiət elmləri habelə – insanlatəbiət arasındakı «qarşıdurma»nın bir cəhəti kimi – istehsal prosesinin insan fiziologiyası və psixologiyasına təsiri məsələlərini də tədqiq edirlər.

İctimai istehsalı, habelə sosial-iqtisadi elmlər də öyrənirlər. Bu elmlər insanların istehsaldakı münasibətlərini, yaradılan məhsulun onların arasındakı bölgü qaydaları və ölçülərini, istehsalın iştirakçılarının sosial-psixoloji və digər ictimai münasibətləri öyrənirlər. Yuxarıda sadalanan ictimai-iqtisadi münasibətləri, əvvəllər qeyd olunduğu kimi, ən ümumi şəkildə iqtisadi nəzəriyyə öyrənir. Həmin ictimai-iqtisadi münasibətlərin ayrı-ayrı tərəflərini isə şaxələnmiş şəkildə konkret iqtisad elmləri tədqiq edirlər.

Məlumdur ki, konkret iqtisad elmləri sahə və mövzu nişanələri üzrə ixtisaslaşmışlar.

Sahə nişanəsi üzrə ixtisaslaşmış konkret iqtisad elmlərinin xarakterik cəhəti onlar üçün bu və ya digər sahənin bütövlükdə tədqiqat obyekti kimi seçilməsidir.

Sahə nişanəsi üzrə ixtisaslaşmış konkret iqtisad elmlərinə «Sənayenin iqtisadiyyatı», «Aqrar sənaye kompleksinin iqtisadiyyatı», «Tikintinin iqtisadiyyatı», «Nəqliyyatın iqtisadiyyatı» və s.-ni misal göstərmək olar.

Mövzu nişanəsi üzrə ixtisaslaşmış konkret iqtisad elmlərinin xarakterik cəhəti isə ondan ibarətdir ki, onlar iqtisad elminin bir mövzusunu ya bir sahə (habelə müəssisə) miqyasında, ya da sahələrdən bir çoxunun timsalında öyrənməklə məşğul olurlar. Bunlara misal olaraq «İqtisadiyyatın dövlət tənzimlənməsi»,

«Menecment», «Əməyin iqtisadiyyatı və sosiologiyası», «Marketinq»,

«Qiymətqoyma», «Biznesin təşkili», «Maliyyə-kredit» və s.-ni göstərmək olar.

«Ağac emalı sənayesinin iqtisadiyyatı» kursu həm sahə, həm də mövzu nişanəsi üzrə ixtisaslaşmış konkret iqtisad kurslarının hamısı ilə qarşılıqlı əlaqə və asılılıqda inkişaf etmiş, özü zənginləşmiş və onları zənginləşdirmişdir.

«Ağac emalı sənayesinin iqtisadiyyatı» elminin «Makro» və «Mikroiqtisadiyyat» elmlərilə əlaqə və bağlılığı isə xüsusi qeyd olunmalıdır.

«Ağac emalı sənayesinin iqtisadiyyatı» kursunun iqtisad fənləri arasında yeri əhəmiyyəti müəssisələrin ölkə iqtisadiyyatının özülünü təşkil etməsi ilə müəyyən olunur. Bütün konkret iqtisad elmləri kimi «Ağac emalı sənayesinin iqtisadiyyatı» kursunun nəzəri əsasını «İqtisadi nəzəriyyə» elminin müddəaları təşkil edir. O, artıq qeyd olunduğu kimi, həm sahə və həm də mövzu nişanəsi üzrə ixtisaslaşmış iqtisad elmlərinin hamısı ilə sıx surətdə əlaqədardır.




  1. Yüklə 102,77 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin