Mövzu Kursun tədqiqat obyekti, predmeti və vəzifələri Plan: «Ağac emalı sənayesinin iqtisadiyyatı»


Əmək məhsuldarlığının artırılması ehtiyatları və amilləri



Yüklə 102,77 Kb.
səhifə16/26
tarix30.12.2021
ölçüsü102,77 Kb.
#49313
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   26
AĞAC EMALI

Əmək məhsuldarlığının artırılması ehtiyatları və amilləri

Müəssisədə əmək məhsuldarlığının düzgün planlaşdırılmasında və əməyə qənaətin ehtiyat mənbələrinin tam aşkar edilib reallaşdırılmasında əmək məhsuldarlığına təsir edən amillərin elmi əsaslarla təsnifləşdirilməsinin böyük əhəmiyyəti vardır.

Imək məhsuldarlığının yüksəldilməsi bütün istehsal ehtiyatlarının səfərbərliyə alındığı təqdirdə müvəffəqiyyətlə həll edilə bilər. Bunun üçün elmi-texniki tərəqqinin tətbiqi ilə yanaşı, maddi, əmək və maliyyə ehtiyatlarından daha qənaətlə və səmərəli istifadə etmək, artıq xərclərə yol verməmək və itkiləri ləğv etmək lazımdır.

İstehsaldaxili ehtiyatlardan səmərəli və bacarıqla istifadə uğrunda mübarizə "mövsümi" xarakter daşımamalı, mütəmadi olaraq əmək kollektivinin, xüsusilə mühəndis-texniki işçilərin diqqət mərkəzində olmalıdır.

Müəssisədə əmək məhsuldarlığının artırılması ehtiyatları dedikdə, orta istehsal normasını artırmaq və ya məhsulun əmək tutumunu azaltmaq üçün mövcud və gerçəkləşməsi mümkün olan imkanlar nəzərdə tutulur.

Müəssisədə əmək məhsuldarlığının artırılması ehtiyatları elmi-texniki tərəqqi, müəssisənin düzgün yerləşdirilməsi, Müəssisədə yəni texnika və texnologiyanın tətbiqi, mövcud avadanlıqların modernləşdirilməsi,istehsalın təmərküzləşdirilməsi və ixtisaslaşdırılması, rəqabətqabiliyyətli müvafiq sahələrin inkişaf etməsi və s. ilə əlaqədardır.

Müəssisədə əmək məhsuldarlığının yüksəldilməsi üçün istehsaldaxili ehtiyatlarının aşkar edilməsi resurslardan səmərəli istifadə olunmasından birbaşa asılı olur. Bu ehtiyatlara: məhsulun əmək tutumu- nun aşağı salınması, iş vaxtından istifadənin yaxşılaşdırılması, istehsal heyətinin strukturunun təkmilləşdirilməsi, xammal və materiallara qənaət, istehsal əsas fondlarından istifadənin yaxşılaşdırılması və fondtutumunun aşağı salınması aiddirlər. Müəssisədə əmək məhsuldarlığının yüksəldilməsi ehtiyatlarını: intensiv ehtiyatlar – əmək tutumunun aşağı salınması və ekstensiv ehtiyatlar – iş vaxtının artırılması üzrə ehtiyatlara bölmək olar.

Əmək məhsuldarlığının ehtiyatları onun konkret amillərinin təsiri ilə əlaqədardır.

Bu amillərə aşağıdakılar daxildir.

Əmək məhsuldarlığını yüksəltməyin maddi-texniki amillərinə: elmi-texniki tərəqqinin əsasında istehsalın mexanikləşdirilməsi, avtomatlaşdırılması, robotlaşdırılması, yəni texnikanın tətbiqi və mövcud avadanlıqların modernləşdirilməsi, hissənin, konstruksiyanın və digər parametrlərin dəyişdirilməsi, yəni texnoloji proseslərin işlənməsi və tətbiqi, məhsulun keyfiyyətinin yüksəldilməsi aiddir.

Təşkilati amillərə isə istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsi, onun fasiləsizlik, ahəngdarlıq və proporsionallıq dərəcəsi, istehsalın idarə edilməsinin təkmilləşdirilməsi, iş yerlərinin səmərəli təşkili, istehsal sahəsində məşğul olan ayrı- ayrı kateqoriya işçilərin say nisbəti, sağlam, təhlükəsiz və estetik cəhətdən əlverişli əmək şəraitinin yaradılması daxildir.

İqtisadi amillərə kollektivin və ayrı-ayrılıqda hər bir işçinin əmək məhsuldarlığını yüksəltmək üçün ən əlverişli maliyyə və digər iqtisadi stimulların yaradılması aiddir.

Sosial amillərə gəlincə, bunlara kadrların mədəni-texniki və mənəvi səviyyəsi, ixtisası, əmək məhsuldarlığının artımının mənəvi cəhətdən stimullaşdırılması dərəcəsi və formaları aid edilir.

Əmək məhsuldarlığının yüksəldilməsinin ehtiyatları tükənməzdir, bu və ya digər formada və kəmiyyətdə təkrar olunur. Bu, elmi-texniki tərəqqinin fasiləsizliyi ilə bağlıdır. Elə buna görə də elmi-texniki tərəqqi istehsalın inkişafı və əmək məhsuldarlığının yüksəldilməsinin həlledici amili hesab olunur. Yəni maşın və mexanizmlərin tətbiqi, mütərəqqi material növlərinin istifadəyə verilməsi, istehsalın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması, yeni texnoloji istehsal üsullarının tətbiq olunması – bütün bunlar istehsalın inkişafı üçün əsasdır. Sadalanan tədbirlərin səmərəliliyi isə kadrların ixtisasını artırmadan mümkün deyildir. Çünki yeni texnikadan istifadə və yeni texnoloji proseslərin idarə olunması yalnız yüksək ixtisaslı kadrlar tərəfindən həyata keçirilə bilər.

Lakin texnikanın inkişafı da, insanın əməyi də o zaman səmərəli ola bilər ki, onlar istehsalın düzgün təşkili şəraitində fəaliyyət göstərmiş olsunlar. Elmi-texniki tərəqqi istehsalın təşkilini yaxşılaşdırmağın mühüm şərti olsa da, o, istehsalın təşkilinin yeni metodlarını tətbiq etmədən fayda gətirə bilməz. İstehsalın texniki səviyyəsi dəyişməz qaldıqda və ya müəyyən qədər inkişaf etdirildikdə – istehsalın təşkilini təkmilləşdirmək hesabına – nisbətən az məsrəflərlə böyük iqtisadi səmərə əldə etmək olur. Texnikanın müasir inkişaf səviyyəsində əməyin elmi təşkilinin rolu xüsusilə artır.

Müəssisənin optimal ölçüsü, ixtisaslaşmanın, kooperativləşmənin və kombinələşmənin optimal səviyyəsi, müəssisənin səmərəli yerləşdirilməsi bütün bunlar əmək məhsuldarlığının yüksəldilməsi üçün böyük ehtiyatlardır. Artıq Qeyd olunduğu kimi, istehsalın inkişafına iqtisadi təsir metodlarının güclendirilməsi, idarəetmənin təşkilinin və planlaşdırmanın təkmilləşdirilməsi, istehsalın inkişaf etdirilməsində işçilərin maddi marağının güclendirilməsi əmək məhsuldarlığının yüksəldilməsinə əhəmiyyətli dərəcədə təsir göstərirlər.

Sənayənin bir sıra sahələrində, xususilə hasiledici sənayedə əmək məhsuldarlığına təbii-coğrafi mühit də təsir göstərir. Hasilat sahələrində əmək məhsuldarlığı maşın və avadanlıqların özü, tətbiq edilən texnologiyanın xarakteri, əməyin təşkili xeyli dərəcədə təbii-geoloji şəraitdən asılı olur.

Əmək məhsuldarlığına təsir edən amilləri araşdıraraq onun yüksəldilməsi ehtiyatlarını aşkara çıxarmaq üçün iş vaxtından istifadə səviyyəsinin təhlilinin böyük əhəmiyyəti vardır. Əmək məhsuldarlığının artırılmasının müəssisədaxili mühüm ehtiyat mənbələrindən biri iş vaxtı itkilərinin azaldılmasıdır. İş vaxtı itkiləri iki növə


  • bütün günü və perspektivdaxili iş vaxtı itkilərinə ayrılır. Bütün günü iş vaxtı itkilərinə aşağıdakılar aiddir:

  • xəstəlik üzündən;

  • müdiriyyətin icazəsinə görə;

  • bütün günü boşdayanma;

  • üzürsüz səbəbdən işdən yayınma.

Perspektivdaxili iş vaxtı itkiləri isə istehsalın təşkilati-texniki şəraitindən və işçinin özündən asılı olan itkilərə ayrılır. Perspektivdaxili iş vaxtı itkilərinin təşkilati- texniki səbəbləri əsasən aşağıdakılardan ibarət olur: texnoloqun; ustanın, iş naryadının, tapşırığın, iş alətlərinin, qaldırıcı-nəqliyyat vasitələrinin gözlənilməsinə gedən vaxt; materialların, alətlərin, yanacağın, enerjinin olmaması; cari təmir və yaxud avadanlığın saz halda olmaması; işin müvəqqəti olaraq olmaması.

Perspektivdaxili iş vaxtı itkilərinin işçidən asılı olan səbəbləri: perspektivnin baş- lancığında və nahar fasiləsindən sonra işə gec başlamaq; nahar fasiləsindən

qabaq və perspektivnin axırında işi tez qurtarmaq, iş yerində kənar danışıqlara aludəçilik və s.



    1. Yüklə 102,77 Kb.

      Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin