Mövzu: İstehsal logiSTİkasi plan: logiSTİka – İstehsalin təŞKİLİNİN Əsas formalarindan biRİ KİMİ İstehsal logiSTİkasinin mahiYYƏTİ



Yüklə 302 Kb.
səhifə5/16
tarix09.10.2023
ölçüsü302 Kb.
#153291
1   2   3   4   5   6   7   8   9   ...   16
M-vzu-71

Əməliyyatların ələaqələndirilməsinin paralel forması hazır məhsulun hazırlanması məqsədilə dəstədəki hissələrin emal edilməsi üçün texnoloji sistemdə yerinə yetirilən müxtəlif əməliyyatların eyni vaxtda – paralel surətdə həyata keçirilməsini nəzərdə tutur. Qeyd etmək lazımdır ki, bu zaman hər bir hissə sonrakı əməliyyata əvvəlki əməliyyat başa çatdıqdan sonra birbaşa, yəni dəstədəki bütün hissələrin emal prosesindən keçməsini gözləmədən ötürülür. Təbii ki, bu da hazır məhsulun komponenti hesab olunan hissələrin ayrı - ayrı iş yerlərində boş dayanması hallarını aradan qaldırır və onların yeni – tələb olunan istehsal sahələrinə tez ötürülməsini təmin edir. Lakin istehsalçı müəssisələr icra edilən texnoloji əməliyyatlar arasında boş dayanmalara yol verməmək üçün vaxt etibarı ilə bu əməliyyatların bərabər yerinə yetirilməsinə çalışmalıdır. Başqa sözlə, mikrolo­gistik səviyyədə material axınlarının belə - paralel hərəkət formasında ən mühüm məsələ əməliyyatların yerinə yetirilməsi vaxtını sinxronlaşdırmaqdan ibarətdir.
Əməliyyatların əlaqələndirilməsinin ardıjılparalel (qarışıq) forması mahiyyət etibarı ilə iş yerlərində və ya istehsal sahələrində yerləşən bütün hissələr üzərində texnoloji əməliyyatların fasiləsiz aparılmasını - sonrakı əməliyyatların dəstədəki bütün hissələr üzərində əvvəlki emal əməliyyatları qurtarmadan başlamasını nəzərdə tutur. Bir dəstədə olan hissələr bir əməliyyatdan digərinə ya «bir – bir», yaxud da dəstənin bir hissəsi kimi verilir. Bu da əlaqəli əməliyyatlarda material axınlarının hərəkət vaxtını qısaldır.
j) Əsas təjhizat sistemi
Bazar iqtisadiyyatı şəraitində istər istehsalçı firma və müəssisələrin hüdud-larından kənarda tədarükat əməliyyatlarının, istərsə də firmadaxili maddi-texniki təchizat işlərinin düzgün təşkili istehsal sahibkarlığının nəticələrini səciyyələndirən bütün texniki-iqtisadi və maliyyə göstəricilərini yaxşılaşdırır, istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinə təminat verir.
Maddi-texniki təminat ictimai-iqtisadi proses kimi istehsalın səmərəliliyin yüksəldilməsində ciddi rol oynayan amillərdəndir. O, təkrar istehsalın iki mərhələsini – bölgü və tədavülü (mübadiləni) bütünlükdə, istehlakı isə qismən özün­də birləş-dirməklə istehsal mərhələsindən tam asılılıqda və qarşılıqlı təsirdə olur. Məhz buna görə də maddi-texniki təminat ictimai istehsalın həm də keyfiyyət parametrlərinin müsbət istiqamətdə dəyişməsi amili kimi çıxış edir
Düzgün elmi əsaslarla təşkil edilən maddi-texniki təminat məhsulun maya dəyərini aşağı salır, əmək məhsuldarlığı, keyfiyyət və rentabellik kimi gös­təriciləri yüksəldir, istehsalın bir qərarda işləməsinə şərait yaradır. Maddi – texniki təminatda ahəngdarlıq istehsalın ahəngdar aparılması üçün həlledici amil rolunu oynayır. Uyğun olaraq təchizat işində yol verilmiş hər hansı bir səhv müəssisə və ya firmanın təsərrüfat fəaliyyətinə mənfi təsir göstərir.
Sənaye müəssisələri xammal, material, dəstləşdirici məmulatlar və digər istehsal-texniki təyinatlı məhsullarla iki: anbar tranzit formada təchiz edi­lirlər. Təsərrüfat praktikasında birbaşa uzunmüddətli, topdansatış və təminatlı kompleks təchizat formalarından da istifadə edilir.
İlk növbədə anbar təchizat forması eşalonlaşdırılmış və çevik əlaqəli makro-logistik sistemlərin tətbiqinə əsaslanmaqla material resursları xətti qay­dada hərəkət edərək istehsalçı müəssisələrdən təchizat-satış funksiyasını həyata keçirən kommersiya müəssisələrinin anbarlarına daxil olur və müvafiq tədarükat müqavilələrinə uyğun sifarişlər əsasında istehlakçı müəssisəyə çatdırılır.

Yüklə 302 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin