Mövzu I. MarketiNQİn kommunikasiya sistemi, ONUN Marketinq fəALİYYƏTİNDƏ yeri VƏ rolu



Yüklə 0,9 Mb.
səhifə57/60
tarix04.04.2023
ölçüsü0,9 Mb.
#93115
1   ...   52   53   54   55   56   57   58   59   60
Маркетингин коммуникасийа системи (3)

6.2.Əmtəə bazarlarında sərgilər.
Sərgilər marketinqin kommunikasiya sistemində özünəməxsus xüsusi yer tutur. Əmtəə bazarında konkret məhsullar üzrə sərgilərin təşkil edilməsi, həmin məhsulların istehsalçıları, ticarət vasitəçiləri və istehlakçıları arasında əlaqələrin yaradılmasına, onlara zəruri informasiyaların ötürülməsinə imkan yaradır. Sərgilər təşkil olunma dövrülüyünə görə iki qrupa bölünürlər: vaxtaşırı təşkil olunan sərgilər və daimi fəaliyyət göstərən sərgilər.
Vaxtaşırı təşkil olunan sərgilər xüsusi məqsədlər üçün konkret məhsullar üzrə təşkil olunurlar. Onların təşkil olunmasında əsas məqsəd sərgisi təşkil olunan məhsullara tələbat formalaşdırmaq, alıcılara məhsul haqqında zəruri informasiya ötürmək, həmin malların reklamını həyata keçirmək, bununla da potensial alıcıların real alıcılara çevrilməsini təmin etməkdən ibarətdir.
Əmtəə bazarlarında daimi fəaliyyət göstərən sərgilər müxtəlif xarakterli məhsullar üzrə istehsalçıların, vasitəçilərin və istehlakçıların fasiləsiz olaraq informasiya təminatına imkan yaradır. Bununla əlaqədar olaraq əmtəə bazarlarında daima fəaliyyət göstərən sərgilər mühüm əhəmiyyət kəsb edirlər. Bu cür sərgilər adətən istehsal-texniki təyinatlı məhsullar və kütləvi istehlak malları üzrə təşkil olunmuşlar. Daimi fəailiyyət göstərən sərgilərin təşkil olunmasında bir çox məqsədlər güdülür. Bunlara aşağdakıları aid etmək olar:
- istehsalçı müəssisə və təşkilatlara, fərdi sahibkarlara informasiya təminatı üzrə xidmət göstərilməsi, onların məhsullarının nümayiş etdirilməsi;
-reklam fəaliyyətinin həyata keçirilməsi. Müqavilə əsasında yeni məhsulların, elmi-texniki nailiyyətlərin, müxtəlif işlər və xidmətlər üzrə yeni texnologiyaların və s. reklamlarının həyata keçirilməsi;
-potensial alıcıların yeni məhsul haqqında, onun tətbiqi sahələri, satış imkanları barədə məlumatlandırılması, sərgilərdə müəssisə və təşkilatlarla birlikdə regional sorğu–məlumat sistemi yaradılmaqla, sistemin tərkibində yeni məhsul haqqında mümkün olan bütün məlumatlar, o cümlədən, onun istehsalçıları, alış-satış imkanları və digər kommersiya məlumatlarının yerləşdirilməsi;
-digər regionların müəssisə və təşkilatları ilə informasiya əlaqələrinin yaradılması;
-elm və texnika sahəsində, mütərəqqi texnika və texnologiyaların tətbiqi üzrə məlumatların mənsədli auditoriyaya çatdırılması və s.
Sərgilərdə marketinq xidmətinin qarşısında qoyulan məqsədlər və yerinə yetirilən vəzifələr yarmarkalarla oxşarlıq təşkil edir və bu baxımdan sərgilər məhsullara tələbatın formalaşdırılmasında yardımçı olur, kommunikasiya sistemində xüsusi əhəmiyyət kəsb edir.
Sərgilərdə qarşıya qoyulan məqsədlərə uyğun olaraq bir sıra marketinq vəzifələri yerinə yetirilir:
-bazar konyunkturasının və bazar əlaqələrinin öyrənilməsi;
-sərgidə nümayiş etdirilən məhsullara istehlakçıların münasibətinin öyrənilməsi;
-məhsulların reklamının həyata keçirilməsi;
-istehlakçılara məhsullarla bağlı müəyyən xidmətlərin göstərilməsi;
-ekspanatların seçilməsində alıcılara yardımçı olmaq, onları məlumatlandırmaq;
-gələcəkdə uzunmüddətli və səmərəli əlaqələr yaradılmasını təmin etmək məqsədilə xarici firmaların axtarılması və seçilməsi;
-müəssisələr arasında təsərrüfat əlaqələrinin yaxşılaşdırılması və s.
Sərgilərin təşkili və həyata keçirilməsi prosesində bir çox hallarda sərgi pavilyonlar təşkil edilir və onların əsasında qısa müddətli kurslar təşkil olunur, elmi-texniki seminarlar, konfranslar keçirilir, təcrübə mübadiləsi aparılır, istehlakçılara məsləhətlər verilir. Sərgilərdə təqdim olunan yeni məhsullar üzrə texniki sənədlər hazırlanır, sərgilərin tematik planı üzrə layihələr və digər sənədlər hazırlanır.
Sərgilərin təşkili zamanı xarici müəssisələr, firmalar tərəfindən hazırlanan maşın və avadanlıqların, texnikanın nümayiş etdirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Sərgilərdə eksponatların sənədləşdirilməsi, onların nümayiş etdirilməsi metodları, müasir elmi-texniki vasitələr təkmilləşdirilir, sərgilərin təşkili səviyyəsinin yüksəldilməsi istiqamətində daima işlər aparılır.
Sərgi onun iştirakçıları tərəfindən edilən ödənişlər, sərgiyə gələnlərin giriş haqqı üzrə ödənişləri, vasitəçilik xidməti, məsləhətlər verilməsi üzrə ödənişlər, salonda yerlərin icarəyə verilməsi, reklam işi, bədii-təsvir işlərinin aparılması və s. bu kimi işlərin yerinə yetirilməsinə görə əldə edilən gəlirlər hesabına təşkil olunur.
Beləliklə, sərgilər əmtəə bazarlarının formalaşdırılmasında, təsərrüfat əlaqələrinin yaxşılaşdırılmasında, potensial alıcıların yeni məhsulla tanış edilməsində, həmin məhsullara real tələb və təklifin müəyyənləşdirilməsində olduqca mühüm rol oynayırlar.



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin