Mövzu Böyük Fransa burjua inqilabı və ondan sonrkı dövrdə Plan


İnqilabi müharibələrin başlanması



Yüklə 89,1 Kb.
səhifə12/24
tarix19.03.2022
ölçüsü89,1 Kb.
#53983
1   ...   8   9   10   11   12   13   14   15   ...   24
Mühazir yt 4

İnqilabi müharibələrin başlanması. İnqilabın genişlənməsi ilə əlaqədar Fransadan mühacirət edən zadəganların sayı artırdı. Mühacirlər Avropa dövlətlərinin Fransaya müdaxilə etməsinə çalışırdılar. Varendə kralın həbs edilməsindən sonra Avstriya imperatoru Leopold və Prussiya kralı II Fridrix Vilhelm XVI Ludovikə kömək etməyə hazır olduqlarım bildirdilər. 1791-ci il avqustun 27-də onlar Pilnitsdə bəyannamə imzaladılar. Bu bəyannamədə göstərilirdi ki, Avstriya imperatoru və Prussiya kralı inqilabçı Fransaya qarşı öz qoşunlarmı yeritməyə hazırdırlar. Pilnits bəyannaməsi müharibə elan etmədi, lakin onun labüdlüyünü göstərdi. 1792-ci ilin əvvəlində müharibə məsələsi böyük əhəmiyyət kəsb edirdi.

XVI Ludovik başda olmaqla irticaçılar ümid edirdilər ki, inqilabçı Fransa hərbi məğlubiyyətə uğrayacaqdı. Bu isə onlara, Fransada mütləqiyyəti və feodal qaydalarım bərpa etmək imkanı verəcəkdi. Buna görə kral və inqilabın qatı düşmənləri müharibəyə qarşı çıxmırdılar.

1792-ci il fevralın 7-də Avstriya və Prussiya Fransaya qarşı ittifaq müqaviləsi bağladılar. Fransaya qarşı bununla da koalisiya meydana gəldi. Müqayiləyə görə tərəflərin hər biri Fransaya qarşı 20 min nəfər əsgər çıxarmalı idi. I koalisyanın yaranması qanunverici məclisi qəti qərarlar qəbul etməyə sövq edirdi.

Müharibə başlanana qədər Mariya-Antuanetta hərbi əməliyyat planını avstriyalılara vermişdi. Fransız ordusuna əksinqilabçı generallar və zabitlər başçılıq edirdilər. Ona görə də ordu məğlubiyyətə uğrayırdı. Hökumətin və generalların xəyanət etməsini görən xalq kütləsi inqilabçı Fransanın müdafiəsinə qalxdı. Şəhərlərdə və kəndlərdə alaylar təşkil olunmağa başladı.

Hələ, 1792-ci il 15 martda kral məclisin tələbi ilə general Dumuryeni (jirondistlərə yaxın idi) xarici işlər naziri təyin etdi. Yepiskop Taleyran koalisyaya qarşı yardım əldə etmək ümidi ilə İngiltərəyə göndərildi, lakin nəticəsiz qaldı. Qanunverici məclis (1791-ci ilin oktyabrında açılmışdı) 12 nəfərdən ibarət Diplomatik komitə yaratdı. Ona jirondist Briesso başçılıq edirdi.

Fransa Qanunverici Məclisi 1792-ci il aprelin 20-də Avstiyaya, iyunun 6-da Prussiyaya müharibə elan etdi. Ancaq Fransa ordusunun vahid hərbi komandanlığa malik olmaması müharibə cəbhələrindəki uğursuzluqları şərtləndirdi.

İnqilabın ikinci dövrü. (1792-ci il 10 avqust -1793-cü il 31 may- 2 iyun)

Fransada min ilə yaxın hökm sürmüş monarxiya quruluşu devrildi. Fransa inqilabı yeni mərhələsinə qədəm qoydu. İnqilabın yüksələn xətlə inkişafı onunla izah olunur ki, inqilabi hadisələrdə xalq kütlələri kəndlilər, fəhlələr, plebeylər daha fəal iştirak edirdilər. Fransa burjua inqilabı xalq inqilabı xarakterini daşıyırdı. Nəinki monarxiya devrildi, həmçinin konstitusiyaçıların felyanların da siyasi hökmranlığı devrildi. Felyanlar avqustun 10-dan sonra qəti olaraq əksinqilab cəbhəsinə keçdilər.

1792-ci il avqustun 25-də məclis mühacirlərin torpaqlarmı kəndlilərə müddətsiz olaraq istifadə olunmaq üçün verdi. O feodal hüquqları ( vikupsuz ) ləğv olundu ki, onun sahibləri bu hüququnu sənədlə təsdiq edə bilmirdi. Lakin aqrar qanunvericiliyi kəndlilərin əsas tələblərini ödəmədi.

Parisin inqilabi bölmələri Paris Kommunası təşkil etmişdilər. 10 avqust üsyanına bilavasitə kommuna başçılıq edirdi. Kommuna şəhər özünüidarə orqanı vəzifəsini yerinə yetirirdi. Bu ölkədə inqilabi hakimiyyətin ali orqanı idi. Kommuna müşahidə komitəsi təşkil etmişdi. Onun tərkibinə Robespyer, Marat, Şomet və başqaları daxil olmuşdular. Kommuna royalist qəzetləri bağladı və əksinqilabçıları həbs etməyə başladı. Kommunanın təsiri altında Qanunverici Məclis 1792-ci il avqustun 17-də əksinqilab ilə mübarizə üçün fövqəladə tribunal yaratdı. Parisdə Qanunverici Məclis ilə Kommuna arasında mübarizə kəskinləşməyə başladı.

Avqustun 19-da 80 minlik Prussiya ordusu sərhədi keçərək Fransa ərazisinə soxuldu. Sentyabrın 2-də Verden qalası təslim oldu. Paris üzərinə yol açılmışdı. Fransa üzərində böyük təhlükə yarandı. Paris Kommunası bütün paytaxt əhalisini ayağa qaldırdı. Kommuna əhaliyə müraciət etdi. Tez bir zamanda əhalidən batalyonlar təşkil olunmağa başladı. Bir çox fəhlə və sənətkarlar könüllü dəstələrə daxil oldular.

İnqilabçı Fransanın böhranlı günlərində burjuaziyanın ən inqilabçı dəstələri yakobinçilər böyük fədakarlıq göstərdilər.

10 avqust qalibiyyətli xalq üsyanının nəticəsində hərbi əməliyyatın gedişində dönüş yarandı. 1792- ci il sentyabrın 20-də Valmi kəndi ətrafında döyüş baş verdi. İnqilabçı Fransa düşmənin iki yürüşünü dəf etdi və onları geri çəkilməyə məcbur etdi. Valmi inqilabçı Fransamn Avropanın feodal monarxist dövlətləri üzərində birinci qələbəsi idi. Tezliklə fransızlar Fransanın sərhədlərindən işğalçıları qovdular. Fransa xilas edildi.

Konventin açılması

Valmi yaxınlığında qələbə günündə( 20 sentyabr) Parisdə Milli Konventin ( Müəssisələr Məclisi ) iclası açıldı. 1792-ci il sentyabrın 21-də kral hakimiyyəti ləğv edildi və sentyabrın 22-də Fransa respublika elan olundu. Konventdə sağ qanadı jirondistlər təşkil edirdilər. Jirondistlər demokratik qüvvələrin təsirinin artmasından və inqilabın inkişafından qorxurdular. Sol cinahı dağ, yaxud montanyarlar təşkil edirdilər. Paris bu inqilabi demokratik qanada səs vermişdi. Konventin deputatlarının çox hissəsini görüşlərinin nə aydınlığı, nə də ardıcıllığı ilə fərqlənməyənlər təşkil edirdilər. Onlar nə «dağa», nə də jirondistlərə qoşulmamışdılar. Bunlar istehza ilə «bataqlıq» ləqəbi almışdılar. Jirondistlər «bataqlığını» köməyinə arxalanaraq, antiyakobin departament silahlı dəstələri təşkil etməyə başladılar. Yakobinçilər inqilabi-demokratik burjuaziyanın mənafeyini təmsil edirdilər.

Jirondistlərlə Yakobinçilər arasında qəti döyüş labüd idi. Bir çox siyasi məsələlər arasında kralın taleyi məsələsi xüsusi əhəmiyyət kəsb edirdi. Jirondistlər inqilabı qurtarmış hesab edirdilər. Onlar respublika elan edilməsi ilə kifayətlənir və kralın edam olunmasına qarşı çıxış edirdilər. Paris kommunası xadimlərinin əksəriyyəti kralı mühakimə edib, edam olunmasını istəyirdilər. Amerikanın istiqlaliyyəti uğrunda çarpışan görkəmli humanist Tomas Peyn Konvent deputatlarmı kral barəsində ağır ittihamlardan əl çəkməyə çağırdı.

Peyn Konventdə çıxışında demişdi: «Mənim monarxiyaya nifrətim və ona qarşı olan hisslərim hamıya yaxşı məlumdur. Eyni zamanda faciəli vəziyyətdə olan insan barəsində, onun dost, yaxud düşmən olmasından asılı olmayaraq dərin daxili narahatçılıq keçirməyimi anlamağınızı bildirirəm». Peyn ən ağır cəza olan ölüm hökmünü ləğv etməyi təklif etdi. Jirondistlər kralın həyatını xilas etməyə çalışırdılar. Xalq kütlələri kralı məhkəməyə verməyi tələb edirdilər. Yakobinçilər xalqın ədalətli tələbini müdafiə etdilər. Maratın tələbi ilə XVI Lüdovikin taleyi məsələsi üzrə adbaad səsvermə keçirildi.

Deputatların əksəriyyəti XVI Lüdovikin edam edilməsi üçün səs verdilər: 1793-cü il yanvarın 21-də XVI Lüdovikin başı gilyotina ilə kəsildi. Bu maşını doktor çilyotina icad etmişdi. Onun cənazəsini aparıb Madlen qəbirsanlığında söndürülmüş əhəng olan yerdə basdırırlar.

Avropanın irticaçı monarxist dövlətləri Fransanın ordusunun müvəffəqiyyətlərindən narahat olurdu. Fransız qoşunlarının Belçikaya tərəf irəliləməsi və İngiltərənin özündə inqilabi ideyaların yayılması həyəcana səbəb oldu. 1793-cü ilin yanvarında Fransa səfiri İngiltərədən çıxarıldı. Fevralın 1-də konvent İngiltərəyə müharibə elan etdi. İngiltərə Fransaya qarşı birinci irticaçı Avropa ölkələrinin koalisiyasına başçılıq etdi. Koalisiya 1793-cü ilin yazında qəti olaraq formalaşdı. Onun tərkibinə İngiltərə, Avstriya, Prussiya, Hollandiya, İspaniya, Sardiniya, Neapol qoşuldular. Çar Rusiyası inqilabçı Fransa ilə müharibəyə hələ qoşulmamışdı. II Ekaterina hələ Polşa işləri ilə məşğul idi. Ancaq Rusiya koalisiyanı müdafiə edirdi.

1793-cü ilin martında Vandeya departamentində royalistlərin qiyamı baş verdi. Vandeya Fransanın ən geridə qalmış rayonlarından idi. Kəndlilər ruhanilərin təsiri altında idilər. Kəndlilər içərisindən şuanlar adlanan əksinqilabçı silahlı dəstələr təşkil olunmuşdur. Jirondistlər hökuməti buna qarşı heç bir tədbir görmədi. Əksinqilabçı qiyam genişlənib, tədricən bütün şimali-qərbi Fransam əhatə etdi.




Yüklə 89,1 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin