Təsnifat kitabçası, idmançıların təsnifatı üzrə qeydiyyat və hesabat işləri Nazirlik, idman yönümlü təşkilatlar, təhsil müəssisələri, idarə, müəssisə, təşkilatlar, təqdim edilmiş sənədlər əsasında müvafiq dərəcə haqqında əmr verir.
İlk bədən tərbiyəsi təşkilatları əmr əsasında idmançılara dərəcə kitabçaları verir. Dərəcə verilmiş idmançıların ayrıca kitabda qeydiyyatı aparılır.
Dərəcə kitabçaları ustalığa namizədlər, birinci və kütləvi dərəcəli idmançılar üçün bir forma və məzmunda hazırlanır və doldurulur. Hər dəfə yarışda iştirak etdikdən sonra idmançının nəticəsi haqqında kitabçada qeydlər aparılır.
Dərəcə kitabçası başqa sənədlərlə birlikdə yarışdan qabaq Hakimlər Kollegiyasına təqdim edilir.
Yarışların sənədləri, dərəcə verilməsinin cədvəli, dərəcə verilməsi haqqında əmr bədən tərbiyəsi və idman təşkilatında 4 il saxlanılır. Dərəcə kitabçalarının alınma xərcini bədən tərbiyəsi və idman təşkilatları ödəyirlər.