Eksperiment metodu Müasir elmi psixologiya eksperimental psixologiyadır və XXI əsrdə də eksperimental psixologiya kimi də inkişaf edir.
Ekperiment (lat. eksperiment- sınaq , təcrübə deməkdir) hər hansı bir fərziyyənin yoxlamaq məqsədi ilə müəyyən şəraitin yaradılması deməkdir .müəyyən bir fərziyyənin irəli sürülməsi və yoxlanılması eksperimentin zəruri elementidir.
Eksperiment nəticəsində iki kəmiyyət yoxlanılır:
Asılı olmayan kəmiyyətlər ( A- kəmiyyəti)
Asılı kəmiyyətlər ( B- kəmiyyəti)
Eksperiment zamanı alim- psixoloq A kəmiyyətini (yəni iş şəraitini, iştirakçıların tərkibini, hadisələrin ardıcıllığını və s.) dəyişir, bundan sonra isə B kəmiyyətində baş verən dəyişikliklər müəyyən edilir. Beləliklə, eksperiment prosesində A və B kəmiyyətləri arasındakı asılılıq öyrənilir.
Eksperimentdə müxtəlif cihazlardan, texniki vasitələrdən, şəkil, mətn və s. istifadə olunur. Belə eksperimentlər adətən baboratoriyalarda və ya xüsusi otaqlarda aparılır.
Son zamanlar təbii eksperimentdən ( Lazurski) də istifadə olunur ki, onu təbii şəraitdə, məs. adi təlim şəraitində aparmaq olar.
Ali məktəb psixologiyasında təbii eksperiment metodu üç meyar əsasında qaynaqlanır: təhsil, inkişaf və tərbiyə. Təbii eksperimentin son zamanlar geniş vüsət almış forması formalaşdırıcı eksperiment hesab olunur. Formalaşdırıcı eksperimentdə tələbələrin bilik və bacarıqlarının, münasibətlər sistemi, onların şəxsiyyət kimi inkişaf səviyyələri- təlim və tərbiyə axarında öyrənilir.
Eksperimentin nəticələri xüsusi protokollarda dəqiq təsbit olunur, kəmiyyət (faktor təhlili, korrelyasiya təhlili və s.) baxımından təhlil ölçülür, keyfiyyət meyarları ilə şərh olunur.