Mövzu 4 : Əmək məhsuldarlığının statistikası Əmək məhsuldarlığının və əmək ödənişinin statistik öyrənilməsinin zəruriliyi və statistikanın vəzifələri


Əmək haqqının səviyyəsi və dinamikasının statistik öyrənilməsi



Yüklə 18,28 Kb.
səhifə4/4
tarix06.11.2022
ölçüsü18,28 Kb.
#67625
1   2   3   4
Gonder

Əmək haqqının səviyyəsi və dinamikasının statistik öyrənilməsi: Statistika əmək haqqı fondunun tərkibi və quruluşu ilə yanaşı onun səviyyəsini, dinamikasını və artması amillərini də öyrənir. İşçilərin əmək ödənişinin səviyyəsi müəssisənin maliyyə imkanları ilə müəyyən edilir. Qarşıdakı ilin istehsal və maliyyə tapşırıqlarından asılı olaraq: minimum əmək haqqının səviyyəsi, birinci dərəcənin tarif qiyməti; vəzifə maaşları, xüsusi xarakterli ödənişlər və əmək ödənişi sistemi müəyyən olunur. Əmək haqqının səviyyəsi və əmək haqqı fondunun həcmi bir sıra amillərdən: müəssisənin sahəvi ixtisaslaşmasından, məhsul istehsalına verilən sifarişlərin miqdarından, məhsulların rəqabət qabiliyyətindən, bazarda tələb və təklifin səviyyəsindən, istehsalın mexanikləşmə və avtomatlaşma səviyyəsindən, işçilərin peşə-ixtisas tərkibindən, iş yerlərindən və iş vaxtından səmərəli istifadə dərəcəsindən və sairədən asılıdır. Əmək haqqının səviyyəsi hesablanarkən müvafiq əmək haqqı fondu işlənmiş vaxtın və ya işçilərin orta sayına bölünməlidir. Ortasaatlıq əmək haqqı ümumi əmək haqqını fəhlələrin işlədiyi adam-saatların sayına, ortagünlük əmək haqqı isə ümumi əmək haqqını işlənmiş adam-günlərin sayına bölməklə hesablanır. Ortaaylıq əmək haqqı ümumi əmək haqqını fəhlələrin ortaaylıq sayına bölməklə hesablanır. Ortarüblük və ortaillik əmək haqqı da bu qaydada hesablanır. Əmək haqqının dinamikası müxtəlif dövrlər üzrə orta əmək haqqı səviyyəsini müqayisə etməklə öyrənilir. Həmin orta kəmiyyətlərin dəyişməsi, yəni dəyişən tərkibli orta əmək haqqı indeksi ayrı-ayrı işçilərin əmək haqqı səviyyələrinin dəyişməsindən və həmin işçilərin sayca xüsusi çəkilərinin dəyişməsindən asılıdır.
İşçi qüvvəsinə çəkilən xərclərin tərkibi: İşçi qüvvəsinə xərclər iki istiqamətdə ödənilə bilər: muzdlu əməkdən istifadə ilə əlaqədar olaraq müəssisənin xərcləri və bütövlükdə iqtisadiyyat səviyyəsində işçi qüvvəsinə məsrəflər. Birinci halda işçi qüvvəsinə çəkilən elə xərclərə diqqət yetirilir ki, bu məsrəfləri bilavasitə işverənlər edirlər. İkinci halda işçi qüvvəsinə çəkilən xərclər hesablanarkən dövlətin sosial təminat, pensiya və başqa proqramları maliyyələşdirməyə çəkdiyi xərclər də nəzərə alınır. Statistika təcrübəsində işverənlərin işçi qüvvəsinə çəkdikləri xərclər konsepsiyasına üstünlük verilir. Bununla yanaşı beynəlxalq müqayisələr üçün işverənlərin işçi qüvvəsinə çəkdikləri xərclərə dair məlumatlar həmin xərclərin maliyyələşdirilməsində dövlətin iştirakı haqqında məlumatlarla tamamlanır.
Beynəlxalq standartlara uyğun olaraq işçi qüvvəsinə xərclər iki ildən bir keçirilən xüsusi birdəfəlik seçmə tədqiqatları aparmaqla öyrənilir.
Müəssisənin işçi qüvvəsinə xərcləri – bu görülən işlərə görə müzdlu işçilərə natura və pulla hesablanan haqlardan və təşkilatın öz işçilərinin xeyrinə çəkdikləri əlavə xərclərdən ibarətdir. Beynəlxalq standart təsnifatda işçi qüvvəsinə xərclərin tərkibində aşağıdakı xərclər ayrılır:
1) əvvəlki dörd qrup əmək haqqı fondunun tərkibinə daxil olan əmək ödənişinə çəkilən xərclər: həm işlənmiş vaxtın, həm də işlənməmiş vaxtın ödənilməsi, habelə birdəfəlik həvəsləndirici ödənişlər və natura formasında müntəzəm ödənişlər (qidalanma, yanacaq və mənzil haqqı);
2) işçilərin mənzillə təmin olunmasına müəssisənin xərcləri: işçilərin mülkiyyətinə verilən mənzilin dəyəri, müəssisənin mənzil fondunun saxlanması xərcləri; işçilərə mənzil tikintisi üzrə ilkin ödəniş üçün və ya bu məqsədlə alınmış krediti geri qaytarmaq üçün verilən məbləğlər;
3) işçilərin sosial müdafiəsinə çəkilən xərclər. Bu qrupun tərkibində xərclərin dörd növünü ayırmaq olar: dövlət sosial müdafiə fonduna; məcburi ayırmalar; qeyri-dövlət pensiya fondlarına ödənişlər; sosial səciyyəli ödənişlərin bir hissəsini təşkil edən xərclər, məsələn, işçilərin pensiyasına əlavələr, iş-çilərə və onların ailə üzvlərinə istirahət və müalicə üçün verilən göndərişlərin ödənilməsi; səhiyyə idarələrinin və başqa təşkilatların müəssisəsinin işçilərinə göstərdikləri xidmətlərin ödənilməsi; müəssisənin balansında oturan tibbi məntəqələrin, profilaktoriyaların, istirahət evlərinin saxlanması xərcləri;
4) kadrların hazırlanması və ixtisasının artırılması xərcləri;
5) işçilərə mənzil-məişət xidmətləri göstərilməsi xərcləri;
6) muzdlu əməkdən istifadə ilə əlaqədar olan sair xərclər, məsələn, iş və istirahət yerinə getmə xərcləri, işçilərə pulsuz verilən formalı paltarların dəyəri;
7) işçi qüvvəsindən istifadə ilə əlaqədar olan vergilər (iş-çilərə normativdən artıq verilən əmək haqqı xərcləri və habelə xarici işçi qüvvəsinin işə cəlb olunmasına görə ödənişlər).
Müəssisə və təşkilatlarda müvəqqəti əmək qabiliyyətini itirməyə görə, hamiləliyə və doğuma görə, uşağa baxmaqla əlaqədar olan müavinətlər, sosial sfera obyektlərinin və mən-zillərin əsaslı tikintisi xərcləri, müəssisənin mülkiyyətində işti-rakdan işçilərin əldə etdiyi gəlirlər (dvidentlər, faizlər və s.) işçi qüvvəsinə çəkilən xərclərə daxil edilmir.
Canlı əməkdən istifadənin səmərəliliyini səciyyələndirmək üçün işlənmiş vaxtın hər vahidi üçün orta xərc göstəricilərindən (bir saat və bir işçi hesabı ilə) istifadə olunur. İşçi qüvvəsinə ortasaatlıq xərclər bu məqsədlə çəkilən xərclərin məbləğini, məhsul istehsalı və satışı prosesində real əmək məsrəflərini xarakterizə edən işlənmiş adam-saatların miqdarına bölməklə hesablanır.
Yüklə 18,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin