Mövzu 3 Kurikulumun növləri Avstraliya təhsilşünası Hitendra Piley



Yüklə 189,45 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix19.01.2022
ölçüsü189,45 Kb.
#51396
1   2   3   4   5   6   7
M 3 Kurikulumun növləri...

Məktəb  kurikulumları  müxtəlif  bacarıqların  öyrənilməsini  nəzərdə  tutan,  təlimin  fəal 

üsullarından istifadə olunmaqla məzmun standartlarının səviyyəsinə çatmağa imkan yaradan 

sənəddir.  

Məktəb  kurikulumları  nəticəyönümlü,  şagirdyönümlü,  inteqrativ(şaquli  və  üfüqi)  və 

qabaqlayıcı  xarakter daşıyır.  

 

Kurikulumda təsnifatlaşdırma (kurikulumun növləri) 

Kurikulumda təsnifatlaşma 3 növdə olur: 



1.  Xarakterinə görə təsnifat(Xarakterinə görə kurikulum növləri)  

2.  Təyinatına görə təsnifat(Təyinatına görə kurikulum növləri) 

3.  Cəmiyyətin  və  dövlətin  dəyişən  ehtiyac  və  tələbatına  görə  təsnifat(Məzmun  və 

Strukturuna görə kurikulum növləri) 

1.  Xarakterinə görə kurikulum növləri

1.  Şəxsiyyətyönümlü  kurikulumlar.  Şəxsiyyətin  yetişməsinə(idraki,  ünsiyyət,  psixomator 

fəaliyyət) yönəlib. Minimum, zəruri bilik verməklə, praktik bacarıqları artırmaqla təhsilalanın 

cəmiyyətin faydalı və məhsuldar üzvünə çevrilməsini təmin edir . Təfəkkürə əsaslanır.  

2.  Fənyönümlü  kurikulumlar.  Burada  əsasən  biliyin  miqdarı  çoxdur.  Praktik  bacarıqlar  arxa 

plana keçir. Hafizəyə əsaslanır.  

2.Təyinatına görə kurikulum növləri: 

1.  Milli  kurikulum.  Çərçivə  sənədidir.  Ölkə  səviyyəsində  qəbul  olunur.  Bütün  fənlər  üzrə 

standartları və xüsusiyyətləri özündə birləşdirir. 



2.  Fənn  kurikulumu.  Hər  fənnə  görə  ayrı-ayrı  kurikulumlar  yaradılıb.  Ayri-ayrı  fənlərin 

xüsusiyyətlərini özündə birləşdirir. Burada artıq hər fənnə standartlar müəyyən olunub. 



3.Cəmiyyətin ehtiyac və tələbatına görə  

(məzmun və strukturuna görə) kurikulum növləri

1.  Tələbyönümlü kurikulum. Bax: Dövlət 3 standart müəyyənləşdirib: Təhsil standartı, 

Məzmun standartı və Qiymətləndirmə standartı. Hər 3 standart Dövlət tələbidir sözü 

ilə bitir.  

2.  Təklifyönümlü  kurikulum.  Bu  kurikuluma  görə  şagird  istədiyi,  məktəbi,  sinfi, 

müəllimi və ya tyutoru seçmək hüququna malikdir.  



Yüklə 189,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin