Mövzu 12. Bank sferasinda marketinq bank marketinqinin məzmunu və xüsusiyyətləri Bank xidmətləri (məhsulu)


İctimaiyyətlə əlaqələr (pablik rileyşnz – PR.)



Yüklə 331,5 Kb.
səhifə26/28
tarix25.12.2016
ölçüsü331,5 Kb.
#3081
1   ...   20   21   22   23   24   25   26   27   28
İctimaiyyətlə əlaqələr (pablik rileyşnz – PR.) İctimaiyyətlə əlaqələr (PR) – xidmət təşkilatı ilə ictimaiyyət arasında planlaşdırılan uzunmüddətli münaibətlərin yaradılması və saxlanmasına yönəlmiş kompleks səylərdir. PR-ın əsasında ictimaiyyətlə bankın ikitərəfli faydalı əlaqələrinin qurulması, kontaktlar yaratmaq bacarığı və arzusu durur. Qərb mütəxəssislərinin fikrincə PR – elm və peşədir, iş stili və başlıcası düşüncə tərzidir. PR-ə aşağıdakılar daxil olur:

  • xidmət təşkilatı ilə kontakta girən hər bir insanla qarşılıqlı əlaqələri yaxşılaşdıra bilən hər şey;

  • firmanın imicinin (ictimai obrazı və ya sifətinin) yaradılması üzrə tövsiyələr;

  • şayiələr və başa düşülməyən digər mənbələrin informasiyalarının ləğv edilməsi üzrə tədbirlər;

  • təşkilatın təsir sferasının müxtəlif təbliğat (rekalm, sərgilər, kinonümayiş və s.) vasitələri ilə genişləndirilməsi tədbirləri;

PR kampaniyası üçün aşağıdakı vasitə və tədbirlər nəzərdə tutula bilər:

  • mətbuat (media) ilə münasibətlər, informasiya xidmətləri. Bu xidmət müəssisəsinə səfərlər, pres-rezilər, mətbuat-konfranslarının keçirilməsi ilə reallaşdırıla bilər.

  • ictimaiyyətlə əlaqələr – təqdimatlar, hər hansı əlamətdar hadisə ilə bağlı dəyirmi masa, seminar, konfranslar və s. Məsələn, bank yeni binaya köçdükdən sonra bu cür tədbirlər – təqdimatlar keçirilə bilər.

Məsələn, Texnikabank bu yaxınlarda müştərilər üçün “açıq qapı” günləri keçirirdi, bankın xidmətləri və buradakı iş şəraiti ilə onlara tanış olmaq imkanı verir.

  • elanlar, mətbuatda məqalələr, radio və televiziyada verilişlər; bu tədbirlərdə bankın xidmətlərini deyil, onun sosial sferada, ətraf mühitin qorunması, sahibkarlığa dəstək və s. sahədə nailiyyətlərini reklam etmək tövsiyə olunur.

  • sponsorluq və xeyriyyə fəaliyyəti. Bu tədbirlər də planlaşdırılmalı və düşünülmüş şəkildə həyata keçirilməlidir. Qeyri-kommersiya fəaliyyətinə pul vəsaitləri qoyulması da bankın nüfuzunu yüksəltməli və xidmətlər satışının həcmini artırmağa kömək etməlidir. Başqa sözlə, bu gözlənilən fayda və xeyir üçün vəsait qoyuluşudur. Doğrudur, sponsorluq tədbirlərinin və obyektlərinin seçimi çox diqqətlə həyata keçirilməlidir. Bu seçimdə başlıca meyar, tədbirlərin və təşkilatların ictimai əhəmiyyətli və tanınmış olmasıdır. Deyək ki, mədəniyyət, idman və ya əhalinin sağlamlığının dəstəklənməsi firmaya böyük nüfuz gətirə bilər.

  • xidmət müəssisəsi, şirkət və bankların rəhbərlərinin ictimai həyatda, o cümlədən, şəhərin və ərazinin nümayəndəlik və seçkili orqanlarında iştirakı, müxtəlif assosiasiyalara, ittifaq və birliklərə daxil olması, nəhayət lobbizm də əhəmiyyətli tədbirlər hesab oluna bilər.

Pablik rileyşnz (hərfi mənası – ictimaiyyətlə münasibətlər) anlayışı XIX əsrin əvvəllərində ABŞ-da yaranmışdır. Hazırda ABŞ şirkətlərinin PR-ə illik xərcləri bir neçə milyard dollar təşkil edir.

Bizim ölkədə PR işi hələ ilk addımlarını atır, hərçənd artıq bir neçə firmalar vardır ki, ictimai rəyin formalaşmasına yönəlmiş uğurlu tədbirlər həyata keçirirlər. Getdikcə daha çox aydın olur ki, xidmət müəssisəsinin imici və nüfuzu məhz ictimaiyyətlə qurulan düzgün və səmərəli fəaliyyətdən xeyli dərəcədə asılıdır.

Beləliklə, xidmət müəssisələrinin kommunikasiya siyasəti kifayət qədər geniş səpgidə səmərəli, çevik və düşünülmüş tədbirlərin həyata keçirilməsi ilə formalaşır. Daha rasional vasitənin seçimi müştərilərin inam, etibar və ehtimadının möhkəmlənməsi və xidmət firmasının nüfuzunun yüksəldilməsi nöqteyi-nəzərdən aparılmalıdır.

Xidmət müəssisələrinin bazardakı uğurunun başlıca göstəricisi xidmətin rəqabət qabiliyyətliliyi olsa da, xidmətlərin bazarda müəyyən seqmenti uzun müddət saxlamasında göstərilən əlavə xidmətlərin, əhatə mühitinin, şəraitinin və firmanın ümumi nüfuzunun rolu durmadan artır.

Xidmət şirkətinin nüfuzunun möhkəmlənməsinin daha bir vacib amili də bütövlükdə ictimaiyyətlə qurulan qarşılıqlı inam və etimada söykənən əlaqələrdir.


Yüklə 331,5 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin