Mövzu 10. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizi sistemində və rabitənin inkişafı



Yüklə 109 Kb.
səhifə4/50
tarix02.01.2022
ölçüsü109 Kb.
#46491
1   2   3   4   5   6   7   8   9   ...   50
9-cu müh sonra Office Word (1)

Dəniz nəqliyyatı. Su nəqliyyatı öz ucuzluğuna görə həmişə böyük üstünlüyə malikdir. Azərbaycanın Volqaboyu, İran, Mərkəzi Asiya ölkələri ilə nəqliyyat əlaqələrində Xəzər dənizi tarixən mühüm rol oynamışdır. 19-cu əsrin ikinci yarısından başlayaraq Abşeron yarımadasında neft sənayesinin sürətli inkişafı bu nəqliyyat növünün əhəmiyyətini hədsiz dərəcədə artırmışdır. 1913-cü ildə Xəzər dənizi ilə 6. 6 mln. ton yük dövriyyəsi həyata keçirilmişdir ki, bunun da 80%-ə qədəri neft məhsulları idi. Tarixi məlumatlar göstərir ki, o zamanki dəniz donanması kiçik gəmilərdən ibarət idi. Bakı Beynəlxalq Dəniz Ticarəti limanının əsası 1902-ci ildə qoyulmuşdur.

Sovet hakimiyyəti illərində ölkəmizdə dəniz nəqliyyatı tamamilə yenidən qurulmuşdur. 1937-ci ildə müasir Bakı limanının birinci hissəsi işə düşmüşdür. Xəzər hövzəsi SSRİ-nin ən mühüm nəqliyyat arteriyalarından biri kimi 1956-cı ilə qədər ölkə dənizləri arasında yük dövriyyəsinə görə birinci yeri tuturdu. 1962-ci ildə işə salınmış Bakı-Krasnovodsk və 80-cı illərdə istifadəyə verilmiş Bakı-Bekdaş bərə xəttləri dəniz yük daşımalarında mühüm yer tuturdu

Nəqliyyat donanması 71 nəqliyyat gəmisindən və 1 ədəd sudaşıyan gəmidən ibarətdir. Bunlardan 36-sı maye yük daşıyan gəmilər-tankerlərdir, 7 ədədi gəmi-bərələr, 2 ədədi RO-RO tipli universal gəmi, 26 ədədi quru yükdaşıyan gəmilər olmaqla cəmi 375 min tondur.

Nəqliyyat donanmasına 23 quru yükdaşıyan gəmisi Qara və Aralıq dənizlərində taym-çarter müqaviləsi əsasında kommersiya reysləri icra edir, qalan gəmilər Xəzər hövzəsində istismar olunur. Gəmiçilik Xəzərdə Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizində bağlayıcı rolu oynayır. Transxəzər istiqamətində yüklərin daşınması üçün hazırda dəmir yol vaqonları, avtomaşınlar və sərnişin daşıyan gəmi-bərələrindən və tankerlərdən istifadə olunur. Xəzər Dəniz Gəmiçiliyinin tanker donanması Xəzərdə ən güclüdür.




Yüklə 109 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin