Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Ilk əvvəl, məhsulun qiyməti ilə ümumi orta xərcləri müqayisə edək



Yüklə 0,94 Mb.
səhifə87/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   83   84   85   86   87   88   89   90   ...   126
FF Mikro

Ilk əvvəl, məhsulun qiyməti ilə ümumi orta xərcləri müqayisə edək. Qiymətlər ümumi orta xərclərdən yüksək olduqda firma hər bir məhsul vahidinin satışından iqtisadi mənfəət əldə edir. Mənfəətin ümumi məbləği isə ümumi gəlirdən ümumi istehsal xərclərini çıxmaq yolu ilə müəyyən olunur. Firmanın ümumi mənfəət məbləğini məhsul vahidindən əldə edilən mənfəəti istehsal olunmuş ( və ya satılmış) məhsulun miqdarını vurmaq yolu ilə də müəyyən etmək olar.

Qiymətlər ümumi orta xərclərdən aşağı olduqda isə məhsul istehsalı firmaya ziyan vurur. Bu ziyan qiymətlə ümumi orta xərclər arasındakı fərq kimi müəyyən edilir. Firmaya dəyən ümumi ziyanı müəyyən etmək üçün isə məhsulların satışından əldə edilən məbləğdən (ümumi gəlir-dən) ümumi xərcləri çıxmaq lazımdır. Firmaya dəyən ziyan mənfi kəmiyyət olduğuna görə insanlarda belə bir bayağı təsəvvür yaranır ki, firma gec-tez bağlanmalıdır. Lakin bu təsəvvür olduqça bəsitdir və onunla razılaşmaq düzgün de-yildir. Bunun həqiqətə nə dərəcədə uyğun olmasına inan-maq üçün başqa bir vəziyyəti nəzərdən keçirək.

Məlum olduğu kimi, firmaların xərcləri sabit və dəyi-şən xərclərə bölünür. Firma ziyana düşdüyünə görə istehsalı dayandırsa, onun dəyişən xərcləri sıfra bərabər olacaq, sabit xərcləri isə dəyişməz qalacaqdır. Yenə də alınmış kredit üçün faiz məbləği, icarə haqqı və sığorta ödəmələrinihəyata keçirmək lazım gələcəkdir. Odur ki,firma, istehsalı məhsu-lun qiyməti dəyişən orta xərclərə bərabər olduqda və sabit orta xərcləri ödəmək mümkün olmadıqda dayandırsa daha yaxşı olar. Çünki bu zaman firmanın ümumi ziyanı ümumi sabit xərclərə bərabər olur. Qiymətlər dəyişən orta xərcləri və sabit orta xərclərin bir hissəsini ödəyə bilən səviyyədə olduqda isə firma sabit xərclərin ümumi kəmiyyətindən az olan məbləğdə ziyan çəkir. Ona görə də firma bütün bunları nəzərə alaraq məhsul istehsalını dayandırmır və zərəri minimuma endirməyə çalışır. Firma, istehsalı dayandırmaq qərarına gəldikdə isə ona dəyən ziyanın məbləği sabit xərclərin kəmiyyətinə bərabər olur.

Firma, məhsul buraxılışının həcmi, yaxud da istehsalın dayandırılması haqqında qərar qəbul etdikdə başqa qayda-lardan da istifadə edir. Azad rəqabət bazarında məhsulun qiyməti firmanın son gəlirinə əlavə-daha bir məhsul vahidi-nin satışından əldə edilən gəlirə-MR-ə bərabər olur. Qiymət və deməli, son gəlir son xərclərdən çox olduqda (MR>MC), başqa sözlə, qiymət hər hansı bir konkret məhsul vahidinin (məsələn, tutaq ki, məhsulun 10-cu vahidinin) istehsalına çəkilən xərcdən yüksək olduqda əlavə məhsul vahidini istehsal etməyə dəyər. Bu zaman qiymət son xərcdən yüksək olduğuna görə əlavə əmtəə vahidinin satışından əldə edilən iqtisadi mənfəət P-MC kəmiyyətinə bərabər olur. Qiymətlər son xərclərdən yüksək olduqda isə istehsalı genişlən-dirmək, məhsul buraxılışının həcmini qiymətlər son xərclərə bərabər olana qədər artırmaq lazımdır. Bu zaman firmanın ümumi mənfəəti ən yüksək həddə çatır.

Son xərclər qiymətlərdən yüksək olduqda əmtəələrin istehsalı ilə əlaqədar firmaya dəyən ziyan qiymətlə son xərclər arasındakı fərq kimi müəyyən edilir və alınan nəticə mənfi kəmiyyətdir. Deməli, firma məhsul buraxılışını özünün son xərcləri qiymətlərlə bərabərləşənə qədər ixtisar etməlidir. Beləliklə, P=MR=MC qaydası istehsalın, mənfə-ətinən yüksək həddə çatdırılmasına şərait yaradan həcmini müəyyən etməyə imkan verir.

Məhsulun qiymətini ümumi orta istehsal xərcləri ilə müqaisə etməklə, firmanın mənfəət əldə edə bilməsi və ya ziyana düşməsinin müəyyənləşdirilməsi yalnız təcrübəvi əhəmiyyətə malik deyildir. Sahədə uzunmüddətli dövrdə məhsulun qiyməti ümumi orta xərclərdən yüksək olduqda firma mənfəət əldə edir və istehsalı genişləndirir. Başqa sahibkar isə bu sahədə yeni firmalar yaratmaqla fəaliyyət göstərməyə başlayırlar. Bu deyilənlərə əsasən aşağıdakı iki çox muhüm nəticəni çıxarmaq olar:1)Az mənfəət əldə edən, yaxud da zərərlə işləyən firmalar digər sahələrdən bu sahəyə gəlir, burada fəaliyyət göstərməyə başlayır və bunun nəti-cəsindəsahadə daha çox istehsal ehtiyatları istehlak olunur;

2) Sahədə məhsul istehsalı artdığına görə tələbin mövcud səviyyəsində bu, qiymətlərin ümumi orta xərclərin səviy-yəsinə qədər aşağı düşməsinə gətirib çıxarır ki, bu da öz növbəsində firmaların zərər çəkməsinə səbəb olur.

Ümumi orta xərclər haqqında xüsusi danışmaq lazım-dır. Rəqabət aparan firmalar istehsalın həcmini elə səviy-yəyə çatdırmağa çalışırlar ki, bu, onların ümumi xərclərinin sahədə mövcud olan ən aşağı orta xərclərə gətirib çıxarsın.

Qiymətlər aşağı düşdükdə və sahədə mövcud olan ən aşağı ümumi orta xərclərdən az olduqda firmalar ziyana dü-şür. Bu isə istehsalın ixtisar olunmasına, bəzi sahibkarların sahədən çıxıb getməsinə səbəb olur. Bunun nəticəsində: 1) sahədə istifadə olunan resursların miqdarı azalır, ehtiyat-ların bir hissəsi digər sahələrə «axıb gedir»; 2)istehsalın həc-mi azalır, firmalar bazarda tələb və təklif arasındakı qarşı-lıqlı əlaqə nəticəsində formalaşan yeni şəraitə uyğunlaşırlar. Qiymətlər tədriclə, əvvəlcə ümumi orta xərclərin ən aşağı səviyyəsinə qədər artır, sonra isə ondan yüksək olur və beləliklə də bazarlarda tarazlıq yaranır.

Nəzərdən keçirilən bu proseslər (məhsul buraxılışının həcminin, ümumi orta xərclərin, mənfəət və zərərin, əmtə-ənin qiymətinin dəyişməsi, resursların bir sahədən başqa sahələrə «axıb getməsi» və i.a.) tədriclə, fasiləsiz olaraq baş verir. Rəqabət aparan firmaların tarazlıq vəziyyəti P=ATC=MC bərabərliyi ilə yerinə yetirilir. Qiymətlərin və ümumi orta xərclərin minimum məbləğinin bir-birinə bəra-bər olması o deməkdir ki, firmalar ən mütərəqqi və deməli, səmərəli texnologiyalardan istifadə edirlər. Firmalar belə hərəkət etməsələr yaşaya bilməzlər. Ona görə də onlar istə-nilən həcmdə məhsul istehsal etmək üçün resurslardan daha az istifadə etməlidirlər. Qiymətlərin və ümumi orta xərclərin bir-birinə bərabər olması isə istehsalın səmərəliliyinisəciyyələndirir. Bu qiymətlər istehlakçıların da mənafelərinə cavab verir. Odur ki, firmalara normal mənfəət, faiz əldə etmək imkanı verən qiyməti ən ədalətli qiymət adlandırırlar.

Qiymətlərin və son xərclərin bir-birinə bərabər olması resursların iqtisadiyyat miqyasında səmərəli bölüşdürülməsi deməkdir. Qiymətlərin son xərclərdən yüksək olması isə o deməkdir ki, istehlakçı məhsulun hər vahidi üçün onun istehsalına sərf olunan resursların dəyərindən daha çox vəsait ödəməyə hazırdır. Təklif tələbi ödəmir, cəmiyyət miqyasında tələbatın ödənilməsi üçün kifayət qədər resurs ayrılmır, bölüşdürülməmiş resurslar hələ qalmaqdadır. Qiy-mətlər son xərclərdən aşağı olduqda isə istehlakçılar bu məhsulların satın alınmasına onların hazırlanmasına çəkilən resursların dəyərindən az vəsait sərf edir, təklif tələbdən irəlidə gedir, iqtisadi ehtiyatların bir hissəsindən səmərəli istifadə olunmur və resursların iqtisadiyyat miqyasında yenidən bölüşdürülməsizəruruliyi meydana çıxır.

Beləliklə, firmalar azad rəqabət şəraitində istehsalın həcmini maksimum iqtisadi mənfəət əldə etməyə imkan ve-rən səviyyəyə uyğunlaşdırır. Çünki bu zaman qiymətlər son gəlirə və son xərcə bərabər olur.Bu şərtlərə əməl olunduqda resurslar sahələr arasında səmərəli bölüşdürülür, tələbə uy-ğun gələn qədər məhsul istehsal olunur və tələbat ödənilir.



Mövzu Oliqopolik rəqabət şəraitində istehsalın həcmi və qiymət.
Plan

1. Oliqopoliya bazarında qiymətlərin əmələ gəlməsi.

2. Oliqopoliya və oyun qaydaları.

3. Firmaların qruplara bölünməsi, onun formaları və bazarda hökmranlıqlarını müəyyən edən amillər.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin