Mövzu 1 İqtisadiyyatın ən sadə dərki. Ekonomiya. Xrematistika



Yüklə 59,22 Kb.
səhifə1/5
tarix16.12.2023
ölçüsü59,22 Kb.
#182762
  1   2   3   4   5
iqtisadiyyata giriş qısaltma 1



Mövzu 1

  1. İqtisadiyyatın ən sadə dərki. Ekonomiya. Xrematistika

İqtisad elminin öyrənilmə obyekti insanların həyat fəaliyyətinin xüsusi sahəsi kimi iqtisadiyyatdır. İqtisadiyyatdan kənarda qalmaq mümkün deyil. “İqtisadiyyat” sözu hər birimizə tanışdır, amma müxtəlif adamlar onu fərqli mənalarda qavrayırlar. Hesab olunur ki, “ekonomika” terminini ( e.ə. VIII-VII əsrdə) yunan şairi Hesiod iki sözü: “oykos” (ev,təsərrüfat) və “nomos” ( bilirəm, qanun) – birləşdirərək icad etmişdir ki, bu da hərfi mənada ev təsərrüfatının aparılması məharəti, biliyi, qaydalar məcəlləsi deməkdir. Elmə bu termin yunan iqtisadi fikrinin nümayəndələri – “Ekonomikos” adlı əsəri yazmış Ksenofont ( e. ə. 430-355) və Aristotel ( e. ə. 384-322) - tərəfindən gətirilmişdir. Sonuncu sərvət haqqındakı elmi “ekonomiya” (məhsul istehsalı ilə bağlı təbii təsərrüfat fəaliyyəti) və “xrematistika”ya (pul qazanmaq məharəti) bölürdü. İqtisadiyyat heyat fəaliyyətinin xüsusi sahəsi kimi öz tərifinə görə - insanların xüsusi, spesifik münasibətlər sahəsidir. . Bütünlükdə cəmiyyət üçün “ekonomiya” iqtisadi resursların elə işlədilməsini bildirirki, bu həmin cəmiyyətdə həyat şəraitinin maksimum yüksəldilməsinə xidmət etmiş olsun.


2.İqtisadi fikrin kökləri

İqtisadiyyat “oikonomik” sözündən əmələ gəlib və təsərrüfatın səriştəli, məharətli aparılması mənasını verir. İqtisadi fikirlər qədim dövrlərdən müxtəlif mütəfəkkirlərin əsərlərində rast olunsada, bir müstəqil elm kimi o XV-XVII əsrlərdə yaranmağa başlamışdır. İlk iqtisadi məktəb sayılan merkantelistlər iqtisad elminin vəzifəsini sərvətin mənbəyinin müəyyənləşdirilməsində görürdülər. Onlar sərvət qızılla eyniləşdirir və onun mənbəyinin mübadilə olduğunu etiraf edirdilər. İqtisad elminin inkişafında fiziokratların əsərlərinin mühüm əhəmiyyəti olmuşdur. Fiziokratlar tədqiqatı mübadilədən istehsala keçirdilər və sərvətin mənbəyi kimi əkinçiliyi elan edirlər. Fiziokrat F.Kene öz “İqtisadi cədvəl”ində ilk təkrar istehsal modelini yaratmışdır. İqtisad elmi ingilis klassik siyasi iqtisad məktəbinin nümayəndəsi A.Smit tərəfindən formalaşdırmışdır, o iqtisad elminin banisi sayılır. Müasir iqtisad elmi neoklassik məktəbin təlimi nəzərində qurulmuşdur.




Yüklə 59,22 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin