Mövzu 1 İdarəetmədə istifadə edilən iki əsas yanaşma hansıdır?


Deminq – Şuxart tsiklini təsvir edin



Yüklə 20,52 Kb.
səhifə4/8
tarix02.01.2022
ölçüsü20,52 Kb.
#43506
1   2   3   4   5   6   7   8
1-2

Deminq – Şuxart tsiklini təsvir edin.

Həyata keçirilən fəaliyyətlərin – görülən işlərin iş başa çatdıqdan sonra deyil, onun müəyyən mərhələlərində yoxlanılması çox vacibdir və bu işin gedişində baş verən və ya baş verə biləcək nöqsanların qarşısının alınmasında və ya korrektə edilməsində mühüm rol oynayır. İdarəetmənin DeminqŞukart modeli. U. Şukart “Keyfiyyətə nəzarət nöteqteyi-nəzərindən statistik metod” adlı ikinci kitabını isə 1939-cu ildə çap etdirdi. O, kitablarında məhsulların hazırlanma prosesində keyfiyyətinə nəzarətin statistik metodlarını öz baxımından təhlil edirdi. Deminq keyfiyyətin idarə edilməsində üç əsas mərhələni ayırırdı:

1. Təsnifatının hazırlanması (texniki tapşırıq, şərtlər, xətalar);

2. məhsulun istehsalının spesifikasiyaya uyğunluğu;

3. istehsal olunmuş məhsulun spesifikasiyaya uyğunluğunun yoxlanılması. Şukart bu üç mərhələnin dörd addımdan ibarət tsiklik prosesdən ibarət olduğunu qeyd edirdi:

1. məhsulun işlənib hazırlanması;

2. məhsulu hazırlamaq və istehsal xəttində və ya laboratoriyada yoxlamaq;

3. məhsulu bazara çıxarmaq;

4. məhsula tələbatı öyrənmək.

Şukart məhsulun keyfiyyətini daim yaxşılaşdırmağı nəzərdə tuturdu və bunu istehsalın əsas göstəricisi hesab edirdi. Şukartın keyfiyyətin idarəedilməsi ilə bağlı yaratdığı tsikl E. Deminqin konsepsiyasında inkişaf etdirildi. Deminq-Şukart tsikli adını alan bu konsepsiya PDCA ( Plan – planlaşdırma, Do – realizasiya, Check – yoxlama, Action – fəaliyyət) adlandırıldı. Aşağıda Deminq-Şukart modelinin (tsiklinin) sxemi verilir:
Başqa sözlə, müəssisədə idarəetmə aşağıda göstərilənlər əsasında qurulduqda həyata keçirilən proses öz effektiv nəticələrini verir:

1. Məqsəd və vəzifələrin müəyyən edilməsi P

2. Məqsədə uyğun nailiyyət üsullarının təyin edilməsi

3. Kadrların təlimi və hazırlanması D

4. İşin yerinə yetirilməsi

5. Yerinə yetirilmiş işin nəticələrinin yoxlanması C

6. Uyğun idarəetmə təsirlərinin həyata keçirilməsi A
Mövzu 2



  1. Yüklə 20,52 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin