Mövzu 1: Fənnin predmeti və vəzifələri


Korporativ hərəkətlər məqsədindən asılı olaraq aşağıdakı kimi təsnifatlaşdırılır



Yüklə 248,44 Kb.
səhifə22/50
tarix19.06.2022
ölçüsü248,44 Kb.
#61794
1   ...   18   19   20   21   22   23   24   25   ...   50
referat 3332 (1)

Korporativ hərəkətlər məqsədindən asılı olaraq aşağıdakı kimi təsnifatlaşdırılır:

  • Hüquqi şəxsin təsis edilməsi (yaradılması), yenidən təşkili və ləğv edilməsi;

  • Hüquqi şəxsin filial və nümayəndəliklərinin yaradılması və ləğv edilməsi;

  • Nizamnamə kapitalının həcminin müəyyən edilməsi;

  • Korporativ qiymətli kağızların emissiyası;

  • Hüquqi şəxsin idarəetmə orqanlarının yaradılması;

  • Hüquqi şəxsin idarəetmə orqanlarının iclaslarının çağırılması və keçirilməsi;

  • Hüquqi şəxsin əqdlərinin razılaşdırılması;

  • Hüquqi şəxsin sənədlərinin qəbul edilməsi;

  • Hüquqi şəxs tərəfindən digər hüquqi şəxsin (hüquqi şəxslərin) paylarının əldə edilməsi;

  • Hüquqi şəxsin təsərrüfat fəaliyyətinin nəticələrinin yekunlaşdırılması;

  • Hüquqi şəxsin fəaliyyəti barədə məlumatın açıqlanması.

İnvestorların (səhmdarların) və digər maraqlı şəxslərin hüquqlarının təmin edilməsi baxımından korporativ hərəkətlər maksimal açıqlıq və şəffaflıq şəraitində həyata keçirilməlidir.
Korporativ İdarəetməyə təsir göstərən amillər aşagıdakılardır.

  • Xarici (ölkəyə məxsus) faktorlar:

- iqtisadiyyatın ümumi vəziyyəti; 
- mədəniyyət ənənələri; 
- normativ-hüquqi aktlar və onların icra mexanizmi:  
-müxtəlif təşkilati hüquqi formalı müəssisələrin yaradılması və fəaliyyəti haqqında, investorların hüquqlarının müdafiəsi haqqında, müflisləşmə haqqında, qiymətli kağızlar bazarları haqqında qanunvericilik;
- qiymətli kağızlar bazarının tənzimlənməsi;
- informasiya infrastruktutu: maliyyə hesabatları və audit standartları, məlumatların vaxtında, tam və düzgün verilməsinə dair tələblər;
- bazarlar: səhm və suda kapitalı, əmək və digər bazarlar.

  • Daxili faktorlar (müəssisənin faktorları):

- Müəssisənin təsis sənədləri: əsas strateji qərarların qəbul olunmasında, direktorlar şurasının və idarə heyətinin təyin olunmasında səhmdarların və kreditorların iştirak hüququ, şirkət əməkdaşlarının əməllərindən qorunma mexanizmi, mülkiyyət hüquqlarının qorunması və s.
- Şəffaflıq: müəssisənin maliyyə vəziyyəti, öhdəlikləri və mülkiyyət strukturuna dair məlumatların tam, düzgün və vaxtında açıqlanması (Azərbaycan üçün xüsusilə beynəlxalq maliyyə hesabatları standartlarına keçmək məsələsi gündəlikdə dayanır);

Yüklə 248,44 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin