Mövzu 1 Əmək mühafizəsi üzrə qanunvericilik. Əmək mühafizəsinin hüquq və təşkilati məsələləri, normaları, əmək müqaviləsi


Psixofizioloji amillərdən müdafiə



Yüklə 247,96 Kb.
səhifə16/40
tarix29.11.2022
ölçüsü247,96 Kb.
#71317
1   ...   12   13   14   15   16   17   18   19   ...   40
Əməyin-mühafizəsi

7. Psixofizioloji amillərdən müdafiə - bu qrupa aid olan zərərli istehsalat amilləri fiziki və əsəbi yüklənmədən ibarət olmaqla insan orqanizminə təsir edir. İstehsalat şəraitində təsiredici kimi kompleks zərərli və təhlükəli istehsalat amili kimi mövcuddur. İş yerində faktiki zərərli və təhlükəli amillərin səviyyəsini müxtəlif cihazların köməyi ilə müəyyən etmək olar. Belə cihazlardan səs-küy ölçən (şumamer), vibroqraf, termometr, anomometr, qazanalizator, lyuksmetr və s. göstərmək olar. Bu cihazlarla istehsalatda olan zərərli amillər ölçüldükdə əgər zərərli və təhlükəli amillərin səviyyəsi qəbul olunmuş normadan yuxarıdırsa, onda müvafiq qarşısıalınma tədbirləri görülməlidir. İşəgötürənlər tərəfindən icrasınının yerinə yetirilməsi vacib olan əlavə təkliflər:
 müəssisədə əməyin mühafizəsi işinin təkmilləşdirilməsi, istehsalat xəsarətlərinin və peşə xəstəliklərinin azaldılması üçün işçilərin maddi və mənəvi maraqlandırılmasını təşkil etmək;
 iş yerlərində olan zərərli və təhlükəli amillərin səviyyəsini bilmək məqsədilə iş yerlərinin attestasiyasının aparılmasını və əmək şəraitini yaxşılaşdırmaq üçün təxirəsalınmaz tədbirlər görmək;
 istehsalat risklərindən gələ biləcək təhlükəni əvvəlcədən görmək və qabaqlayıcı tədbirlər işləyib həyata keçirmək;
 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 219-cu maddəsində nəzərdə tutulduğu kimi işçilərin əməyin mühafizəsi üzrə təlimini və ixtisasının artırılması məsələlərini təşkil etmək;
 Növbəti ilə (yaxud illərə) dair əməyin mühafizəsi tədbirlərinə tələb olunan ümumi vəsaitin məbləğini hesablamaq və hansı işlərin görüləcəyinə dair tədbirlər planı hazırlamaq
Ventilyasiya və kondisioner sistemləri
İstehsalatda toz kiçik zonada əmələ gəldikdə pnevmatik sorulma, böyük zonada əmələ gəldikdə isə yerli və ya ümumi ventilyasiya üsulundan istifadə etmək lazımdır.
Ventilyasiya sistemləri hava mübadiləsinin dövriyyə dərəcəsi bir saat ərzində otaqdan (-) və qəbul (+) edilən hava miqdarının (mübadiləsinin L, m3/saat) onun həcminə (V, m3) olan nisbəti ilə müəyyən edilir.
+N = L/V
Normal şəraitli və zərərli maddələr ayrılmayan otaqlarda tələb olunan hava mübadiləsi (L) işçilərin sayı (n) və bir işçiyə düşən hava sərfinin normasının qiymətlərinə (L0, m3/saat) əsasən hesablanır.
L = n × L0
Otağın həcmi 20 və 30 m3 olduqda L0 - ın qiyməti uyğun olaraq 30 və 20 m3/saat qəbul edilir.


Süni ventilyasiya sistemləri aşağıdakı ardıcıllıqla hesablanır.
1. Otaq və qurğuların yerləşmə qaydası nəzərə alınmaqla aşağıdakı ventilyasıya sxemlərindən biri seçilir.
“Aşağıdan yuxarı” sxemi eyni vaxtda istilik və qaz və ya istilik və toz əmələ gələn binalarda qurulur. Hava kütləsi aşağıdakı zonaya verilib yuxarıdan xaric edilir (a);
“Yuxarıdan aşağı” sxemi uçucu qazlar ayrılan və ya toz və qaz birlikdə əmələ gələn binalarda qurulur. Hava kütləsi yuxarı zonadan vurulub aşağıdan yerli sovurma sistemi ilə kənar edilir (b);
“Yuxarıdan yuxarı” Bu sxem əsasən yaşayış və ictimai binalarda artıq istiliyin qarşısını almaq məqsədi ilə və eyni vaxtda istilik və nəmlik yaxud təkcə nəmlik əmələ gələn binalarda tətbiq edilir. Bu zaman hava kütləsi istiqamətlənmiş şəkildə yuxarı zonaya verilir və binanın hündürlüyü istiqamətində qarışaraq yuxarı hissədən çıxarılır. (c);
“Aşağıdan yuxarı və aşağı” Bu bir zonalı giriş və iki zonalı çıxış sxemində daxil olan hava iş zonasından aşağı və ya iş zonasına verilir. Sovurma isə yuxarıdan aşağı zonalarda aparılır. Bu sxem havasında partlayıcı maddələr toplanan binalarda və havadan ağır qazlar ayrılan iş şəraiti olan binalarda tətbiq edilir;
- “Yuxarıdan və aşağıdan yuxarı” Bu iki zonalı giriş və bir zonalı çıxış sxemində hava axımı nəfəsalma zonasına və otağın yuxarı hissəsinə verilir, yuxarı hissədən də kənar edilir.


Yüklə 247,96 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin