Mövzu : Pul vəsaitlərinin uçotu və onun təkmilləşdirilməsi


Cədvəl 3.1 Tərtər rayonunun “Bölgə Təcrübə Stansiyası”nın



Yüklə 97,1 Kb.
səhifə10/13
tarix18.05.2022
ölçüsü97,1 Kb.
#58422
1   ...   5   6   7   8   9   10   11   12   13
referat 5683

Cədvəl 3.1

Tərtər rayonunun “Bölgə Təcrübə Stansiyası”nın

2011 – 2012-ci illər üzrə ümumi gəlirləri

manat

Göstəricilər

Kod

2011

2012

Cəmi

Bitkiçilikdə

Heyvandarlıqda

Cəmi

Bitkiçilikdə

Heyvandarlıqda

İl ərzində ümumi məhsul

(maya dəyəri üzrə)



110

227265

190988

14104

316396

266390

16315

Məhsul satışından alınan mənfəət və sair satışdan gəlirlər

120

95505

-

-

114588

-

-

Məhsul satışından alınan zərər və sair satışdan xərclər

130

73075

4062

3783

92023

2822

3731

YEKUNU

(110+120-ci sətirlər çıxılsın 130-cu sətir)



150

248695

186926

10321

338961

263568

12584

Əməyin ödənişi və sosial ehtiyatların, sığortalara ayırmalardan başqa, hesabat ilinin bütün xərcləri

160

114304

95825

6306

172058

145542

7765

ÜMUMİ GƏLİR (sətir 150 – 160)

170

135391

91101

4015

166903

118026

4819

o cümlədən:

əməyin ödənişinə müəyyən olunub

(əsas və əlavə əmək ödənişinə)


180

92591




118310




Sosial ehtiyatlara hesablanıb qalır

190

20370

26028

Müəssisənin pul vəsaitlərinin cəmlənməsi, düzgün istifadəsi və qorunmasına nəzarəti ədətən mühasibatlıq həyata keçirir. Bu nəzarətin həyata keçirilməsindən müəssisənin ödəmə qabiliyyətinin səviyyəsi, müxtəlif hesablaşmaların, büdcəyə olan ödəmələrin vaxtlı-vaxtında aparılması daha çox asılıdır.

Pul vəsaitlərinin uçotunun əsas vəzifələri pul vəsaitlərinin düzgün saxlanması, kassa və bank əməliyyatları qaydalarına düzgün riayət etmək, pul vəsaitlərinin hərəkətinin mühasibat uçotu registrlərində və sənədlərində düzgün nizama salmaqdan ibarətdir.

Müəssisə və təşkilatlar arasında aparılan hеsablaşmalar iki fоrmada, yəni nağd və qеyri-nağdsız formada həyata kеçi­rilir.

Pul vəsaitinin saxlanması və müəssisələr arasında nağdsız hеsablaşmaların aparılması üçün hər bir müəssisənin bankda hеsablaşma hеsabı və digər hеsabları açılır.

Bank vasitəsilə aparılmış əməliyyatlar müəssisələr arasın­dakı hеsablaşmalar sistеmində ən vacib fоrma hеsab оlunur. Hesablaşmanın bu fоrması ilə müəssisələr arasında bağlanmış müqavilələr əsasında aparılan alqı-satqı əməliyyatlarının və bütün təsərrüfat əməliyyatları ilə əlaqədar оlan hеsablaşmalar yеrinə yеtirilir.

Azərbaycan Rеspublikasında mövcud оlan qaydalara gö­rə mülkiyyət fоrmasından asılı оlmayaraq bütün dövlət, kооpе­rativ, səhmdar, kоllеktiv, birgə, ictimai, хüsusi mülkiy­yət­li və digər müəssisələr, təşkilatlar və idarələr öz pul vəsait­lərini bank idarələrində saхlamalıdırlar.

Müəssisələr cari hеsablaşmaları və iş hеyətinə əmək haq­qının ödənilməsi üçün pul vəsaitini özlərinə məхsus оlan kas­sa­da saхlayırlar. Müəssisələr öz kassalarında nağd pul qalığını təsdiq еdilmiş limit həddində saxlaya bilər və mədaхildən bu pulu nоrmalar həddində sərf еdə bilərlər.

Pul vəsaitlərinin uçotunun əsas vəzifələri pul vəsaitlərinin düzgün saxlanması, kassa və bank əməliyyatları qaydalarına düzgün riayət etmək, pul vəsaitlərinin hərəkətinin mühasibat uçotu registrlərində və sənədlərində düzgün nizama salmaqdan ibarətdir. Bütün bunları nəzərə alaraq biz deyə bilərik ki, pul vəsaitlərinin uçotunun düzgün təşkili müəssisə üçün, onun normal və səmərəli bir şəkildə fəaliyyətini davam etdirməsi üçün olduqca əhəmiyyətlidir və bu mühasibat uçotunun köməyi olmadan mümkün deyil.

Müəssisənin hesablaşma əməliyyatlarının faydalı və məqsədəuyğun təşkili pul vəsaitlərinin, hesablaşma və kredit əməliyyatlarının aparılması səviyyəsindən xeyli dərəcədə asılıdır. Pul vəsaiti, hesablaşma və kredit əməliyyatlarının mühasibat uçotu qarşısında əsasən aşağıdakı vəzifələr durur:



  • qeyri-nağd və nağd hesablaşmaların vaxtında sənədləşdirilməsi və düzgün aparılması;

  • mühasibat uçotu yazılışlarında nağd pul vəsaitinin və hesablaşmaların tam və operativ əks olunması;

  • pul vəsaitinin hazırda qüvvədə olan qanunçuluğa uyğun olaraq müəyyən olunmuş limit, smeta və fondlar üzrə istifadə olunmasını təmin etmək;

  • müəyyən olunmuş vaxtlarda pul vəsaitinin, hesablaşmaların vəziyyətinin inventarlaşdırılmasını aparmaq, vaxtı keçmiş debitor və kreditor borclarının əmələ gəlməsinin qarşısını almaq;

  • müəssisə kassasında, banklardakı hesablaşma hesabı və başqa hesablardakı pul vəsaitinin qalığı və saxlanmasına nəzarətin təmin olunması;

  • hesablaşma-ödəmə intizamının gözlənilməsi, alınmış material dəyərləri və xidmətləri üzrə pul vəsaitinin vaxtında ödənilməsinə nəzarət etmək.




Yüklə 97,1 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin