Mövzu : Pul vəsaitlərinin uçotu və onun təkmilləşdirilməsi


Təsərrüfatın iqtisadi xarakteristikası



Yüklə 97,1 Kb.
səhifə5/13
tarix18.05.2022
ölçüsü97,1 Kb.
#58422
1   2   3   4   5   6   7   8   9   ...   13
referat 5683

2. Təsərrüfatın iqtisadi xarakteristikası

Kənd təsərrüfatının yüksək inkişaf səviyyəsinə nail olmaq üçün təbii iqtisadi şərait çox mühüm əhəmiyyətə malikdir. Belə ki, əmək ehtiyatlarından, pul vəsaitlərindən və təsərrüfatda mövcud olan digər resurslardan səmərəli və düzgün istifadə olunması təbii iqtisadi şəraitdən asılıdır.

Bazar iqtisadiyyatı şəraitində mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq fəaliyyət göstərən hər bir müəssisənin, eləcə də kənd təsərrüfatı müəssisələrinin əsas məqsədi məhsul istehsalının artırılması, daha çox mənfəətin əldə edilməsidir. Lakin bununla yanaşı bu təsərrüfatlar iqtisadi səmərəliliyin yüksəldilməsi üçün də səylə çalışırlar. Bu müəssisənin əsas problemlərindən biri hesab olunur. Çünki bazar iqtisadiyyatının əsas tələbi məhz bundan ibarətdir. Bunun üçün təşkilati formasından asılı olmayaraq hər bir təsərrüfat, müəssisə istehsal resurslarından, əmək resurslarından, pul vəsaitlərindən və digər resurslardan səmərəli və düzgün istifadə etməlidir.

Əmək şəraitinin yaxşılaşdırılması, iqtisadi səmərəliliyin yüksəldilməsi üçün iqtisadi mexanizmin təşkili, istehsal şəraitinin yaxşılaşdırılması və s. kimi tədbirlər yuxarıda qeyd olunan məqsədlərə nail olmaq üçün əsas sayılır. Bu tədbirlər müəssisənin fəaliyyətinin iqtisadi cəhətdən daha səmərəli olmasını təmin edir.

Hər bir kənd təsərrüfatı müəssisəsini iqtisadi cəhətdən təhlil etmək üçün təsərrüfatın torpaq fondunun quruluşundan, təsərrüfatın həcmini xarakterizə edən göstəricilərdən, əsas fondların tərkibi və quruluşu və digər göstəricilərdən istifadə edilməsi vacib amillər sırasındadır.

Kənd təsərrüfatı müəssisəsinin torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi müəssisənin iqtisadi səmərəliliyini göstərən əsas göstəricilərdən biri hesab olunur. Torpaq kənd təsərrüfatı üçün əsas istehsal vasitəsi hesab olunur və bu da aydındır ki, istehsal iqlim şəraitindən çox asılıdır. Həmçinin, təsərrüfatda mövcud olan digər istehsal vasitələrindən fərqli olaraq torpaq köhnəlmir, müxtəlif təbiət amillərinin təsiri nəticəsində tərkibi daha da zənginləşir.

Aydın məsələdir ki, torpaq məhdud resurslara aiddir. Ona görə də torpaqdan maksimum dərəcədə səmərəli və düzgün istifadə edilməli, onun tərkibinin zənginləşdirilməsi istiqamətində lazımi tədbirlər kopmleksi həyata keçirilməlidir. Çünki, qeyd etdiyimiz kimi torpaq kənd təsərrüfatında əsas istehsal vasitəsi hesab olunur.

Tərtər rayonunun Bölgə Təcrübə Stansiyasının torpaq fondunun quruluşuna nəzər salaq.




Yüklə 97,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin