Mövzu № Bankların qiymətli kağızlarla əməliyyatları plan


Qiymətli kağızın satışı və sonradan geri alınması haq­qında razılaşma



Yüklə 54,64 Kb.
səhifə9/17
tarix02.01.2022
ölçüsü54,64 Kb.
#38457
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
qiymetli kagiz

Qiymətli kağızın satışı və sonradan geri alınması haq­qında razılaşma. Bu sövdələşmənin əsasını qiymətli ka­ğızların təminatına verilən qısamüddətli borclar təşkil edir ki, burada da təminat üzərində sərəncam hüququ kreditora keçir.

Əməliyyatın əsas şərti ondan ibarətdir ki, borclu müəy­yən olunmuş müddətə və əvvəlcədən müəyyən edilmiş qiy­mət­lə qiymətli kağızı geri almaq öhdəliyini götürür.

Sövdələşmənin təminatı kimi, adətən agentliklər tərəfin­dən buraxılmış dövlət istiqrazları və ya qiymətli kağızlar çıxış edir. Bundan əlavə, təminat qismində depozit sertifikatları, girov kağızları və digər öhdəliklər də qəbul edilə bilər.

“Pero” sövdələşmələri pul bazarında vəsaitləri qısa müddətə cəlb etmək üçün ən münasib və əlverişli alət sayılır. Qiymətli kağız növündə təminatın mövcudluğu risk dərəcəsini xeyli azaldır. Daha sonra bu hər iki tərəf üçün çox çevik alət olub bir gündən başlayaraq istənilən müddətə təyin etmək olar. Təcrübədə bir neçə günlük və ya bərpa olunan “pero”lar da tətbiq olunur. “Pero” sövdələşməsinin daha bir üstünlüyü onun bankın ehtiyat hesabına tez bir zamanda daxil ol­ma­sı­dır ki, bu da ehtiyat mövqeyinin tarazlaşdırılması üçün ən əlverişli vasitəsidir. Nəhayət ayrıca, alıcı tərəf qiymətli kağız üzərində sərəncam hüququ qazandığından bunları müddət başa çatana qədər fond birjasında sata bilər.

Banklar “pero” əməliyyatlarından öz likvidliyini təmin et­mək üçün geniş istifadə edirdi. İri sənaye şirkətləri və digər inves­torlar üçün “pero” əməliyyatları öz vəsaitlərini qısa müddətə mənfəətlə yerləşdirilmənin ən rahat formasıdır.


Yüklə 54,64 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin