Моdel anlayışı. Modelləşdirmənin mahiyyəti


Riyazi məsələlərin həll metodları və qurulma prinsipləri



Yüklə 0,55 Mb.
səhifə3/16
tarix14.11.2022
ölçüsü0,55 Mb.
#69113
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   16
SAKM MUH KONSPKT

Riyazi məsələlərin həll metodları və qurulma prinsipləri.
Riyazi modelləşdirmə — reallığın fəlsəfi yanaşma ilə riyazi üsullarla təsəvvürüdür. Riyazi modelləşdirmə eyni zamanda reallığın riyazı çərçivədə qurulması və öyrənilməsidir.
Riyazi model — reallığın riyazi təsviridir. Riyazi model adətən tənliklərdən və ya tənliklər sistemindən ibarətdir və bunlar real sistemə aid olan fərziyyə və yaxud təklifləri kəmiyyətcə təsvir edir. Model işlənərkən qəbul olunan fərziyyənin düzgünlüyü real sistemdə aparılan ölçmələrin nəticələri ilə yoxlanıla bilər. Riyazi modelləşdirmədə sistemli təhlil metodologiyasında geniş istifadə edilir. Bu metodologiya texniki, iqtisadi, bioloji və s. növlü mürəkkəb obyektlərin tədqiqi üçün işlənib, təhlil və sintez üsullarının birgə xassələrindən ibarətdir.
blok – sxem prinsipində istifadə edilir.
Bütün təbiət və humanitar elmlər obyektin öyrənilməsində riyazi aparat metodundan istifadə etməklə, faktiki olaraq riyazi modelləşdirmə ilə məşğuldurlar: real obyekti riyazi modellə əvəz edir və onu tədqiq edirlər.


Riyazi modelləşdirmə üsulları

Riyazi modellərin işlənib hazırlanması və alınan qiymətin təhlili istiqamətində aşağıdakı əsas mərhələləri qeyd etmək olar:



  1. Məqsədin qoyuluşu

  2. Modelin mürəkkəblilik səviyyəsinin təyini

  3. Modelin alqoritminin planlaşdırılması

  4. Modelin parametrinin identifikasiyası

  5. Modelin adekvatlığının yoxlanılması

  6. Modelin sınağı

  7. Modelin həssaslığının təhlili

Məqsədin qoyuluşu. Riyazi modelin işlənməsini qarşıya qoyulan məqsədin təyin olunmasından və həll ediləcək məsələlərin təhlilindən başlamaq lazımdır. Modelin işlənməsinin məqsədinin dəqiq qoyulması lazımi sadə variantların seçilməsi qərarının qəbul olunmasına kömək olar. Bu mərhələ çox vacib mərhələdir, çünki o modelin detallaşdırma dərəcəsini və onun xarakterinin modelləşdirmə obyektinə uyğun olmasını və nəticədə, riyazi tənliklərin seçilməsini təyin edir.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin