124
imkanı qazanır. İkitərəfli videokonfrans lazımi
informasiya
mübadiləsini həyata keçirməyə kömək edir.
Distant təlim texnologiyasında qeyd edilən ünsürlərdən
kompleks şəkildə istifadə olunur.
Sual və tapşırıqlar
1. Təlim metodlarının bütöv təlim prosesindəki rolunu izah edin.
2. Təlim metodlarının təsnifatı ilə bağlı müxtəlif
yanaşmalara münasibətinizi
bildirin.
3. Əsas didaktik məqsədlərə görə təlim metodları hansı qruplara bölünür?
Hər qrupun məqsədini izah edin.
4. Təsəvvürləri formalaşdıran metodlar hansılardır?
5. Nəzəri biliyin mənimsənilməsində hansı metodlardan istifadə edilir?
6. Hansı metodlarla bacarıq və vərdişləri formalaşdırmaq mümkündür?
7. Təlimdə nəzarət hansı metodlarla həyata keçirilir?
8. İnteraktiv metodları səciyyələndirin.
9. İxtisas üzrə bir məşğələni müşahidə edərək müəllimin hansı metodlardan
və necə istifadə etdiyini müəyyənləşdirin.
10. Təlim texnologiyalarının metodlardan fərqi nədir? Təlimdə hansı tex-
nologiyalardan istifadə olunur?