99
etməlidir. Ali təhsilin məzmunu elə qurulmalıdır ki, tələbələr
elmi biliklərlə yanaşı, zehni qabiliyyətlərə, təfəkkür metod-
larına da yiyələnmiş olsunlar.
2. Ali təhsilin məzmunu, onu əks etdirən sənədlər
Ali təhsilin məzmunu müəyyən normativ sənədlərdə öz
əksini tapır.
Təhsilin məzmununu əks etdirən sənədlərə daxildir:
a) tədris planı; b) tədris proqramları; c) təhsil proqramları
(kurikulumlar); ç) dərslik və dərs vəsaitləri.
Tədris planı – müəyyən tip təhsil müəssisəsində keçilən
fənlərin tərkibini, ardıcıllığını, hər fənnə ayrılan saatların miq-
darını, tədris ilinin strukturunu müəyyən edən dövlət sənədidir.
Tədris planları ixtisaslar üzrə dövlət təhsil standartlarına uyğun
olaraq ali təhsil müəssisələri tərəfindən tərtib və təsdiq edilir
(təhsil müəssisəsinin elmi şurasında). Tədris planlarıının baza
komponenti isə Təhsil Nazirliyi tərəfindən müəyyən olunur.
Tədris planında
fənlər üç qrupa bölünür: a) məcburi və
ardıcıl öyrənilən fənlər. Buraya, əsasən, ixtisas fənləri daxildir;
b) məcburi, lakin qeyri-ardıcıl öyrənilən fənlər. Buraya, əsasən,
peşə hazırlığı və ümumi hazırlıq fənləri və s. daxildir; c) seçmə
fənlər. Buraya humanitar və sosial fənlər, seçmə kurslar və s.
daxildir. Bu fənlərin öyrənilməsi tələbələrin nəzəri-metodoloji
hazırlığını
təmin etməyə, onlarda elmi dünyagörüşünü forma-
laşdırmağa imkan verir.
Tədris planında müəyyən ixtisas üzrə keçilən fənlər, hər
fənnə ayrılan kreditlərin sayı, saatlar o cümlədən auditoriya və
auditoriyadankənar saatların miqdarı, hər fənn üzrə mühazirə,
seminar və laboratoriya məşğələlərinə ayrılan saatlar,
həftəlik
dərs yükü, kurs və semestr qeyd edilir.
Məsələn, Boloniya sistemində pedaqogika fənni ilə bağlı
tədris planı nümunəsini nəzərdən keçirək.