179
Bunun üçün, ilk növbədə,
tərbiyə olunanları yaxşı öyrənmək,
tanımaq mühüm şərtdir. Tələbələri fəaliyyət və ünsiyyət pro-
sesində – onlarla birgə iş zamanı, həm də hərtərəfli (təlimdə,
əməkdə, ünsiyyətdə,
asudə vaxtda, kollektivdə və tək olanda,
sevincli və kədərli vaxtlarında), habelə inkişafda öyrənmək va-
cibdir. Öyrənərək – tərbiyə etmək, tərbiyə edərək – öyrənmək
lazımdır.
Tələbənin bu və ya digər keyfiyyətini, əməllərinin təza-
hürlərini bilmək azdır;
bu təzahürlərin,
hərəkət və davranışın
səbəblərini də müəyyənləşdirmək mühüm şərtdir. Tələbələrin
zahirən eyni hərəkətləri müxtəlif səbəblərlə bağlı ola bilər.
Sə-
bəbləri öyrənmədən onlara uyğun tərbiyə metodlarını da seçib
tətbiq etmək mümkün deyildir. Çünki arzuolunmaz nəticələrlə
mübarizə aparmaq üçün onları doğuran səbəbləri aradan qal-
dırmaq lazımdır.
Tərbiyə prosesində tələbənin davranış və fəaliyyətinin
əsl
səbəblərini, motivlərini dəqiq aşkara çıxarmaqla onlara müva-
fiq tərbiyə təsirləri müəyyənləşdirib tətbiq etmək asan olur.
Çox vaxt müəllim-tərbiyəçi tələbənin
bu və ya digər hərə-
kətinin hansı motivlə baş verdiyini düzgün müəyyənləşdirə
bilmir. O, tələbənin hərəkətlərini həqiqətdə olduğundan fərqli
motivlərlə əlaqələndirir və buna müvafiq olaraq yanlış təsir
vasitələri tətbiq edir. Tələbə bununla razılaşmır, onda daxili eti-
raz baş qaldırır. Bu da, öz növbəsində, ədalətsizlik və anlaşıl-
mazlıqdan doğan həyəcan, inciklik hissləri yaradır.
Tətbiq
edilən pedaqoji təsirlər müəllim və tələbə üçün müxtəlif məna
kəsb edir: müəllim özünü haqlı, tələbə isə onu haqsız sayır.
Onlar arasında məna səddi, psixoloji maneə yaranır. Belə ol-
duqda müəllimin tətbiq etdiyi bütün tərbiyə vasitələri tələbəyə
təsirsiz qalır, ondan yan keçir.
Müəllimlə tələbə arasında yaranan psixoloji maneənin di-
gər səbəbi
eyni tələbəyə eyni təsir vasitələrinin dəfələrlə tətbiq
edilməsidir (xüsusən onların tətbiqi müsbət nəticə vermədiyi
hallarda). Tələbə bu təsirlərə öyrəşir, hətta onların mənası üzə-
180
rində heç düşünmür də. Belə hallar sözlə təsirlərin (danlaq,
xəbərdarlıq, tənbeh, hədə və s.) dəfələrlə təkrarı zamanı daha
çox özünü göstərir. Çünki bu təsirlər tələbələr üçün müəllimin
düşündüyü qədər məna, əhəmiyyət kəsb etmir. Məsələn, tələbə
təlimə məsuliyyət hiss etmədiyi üçün məşğələlərə hazırlaşmır.
Müəllim danlaq və xəbərdarlıq yolu ilə onda öz əməlindən mü-
təəssir olmaq, həyəcan hissləri oyatmağa çalışır. Lakin tələbədə
lazımi səy, istək olmadığı üçün müəllimin danlağı, töhməti ona
təsir etmir. Tələbə bunu müəllimin ona qarşı qərəzli mövqeyi
kimi başa düşür və qəbul etmir.
Müəllimlə tələbə arasında psixoloji
maneənin bir səbəbi
də müəllimin
ədalətsizliyi, haqsız cəzası, çoxlu çətin tələblər
verməsidir. Bunun nəticəsində tələbədə yaranan mənfi emosio-
nal hal sonralar asanlıqla daha geniş miqyas alır. Məsələn,
müəllimin məşğələdə tələbəyə verdiyi qiymət onun tərəfindən
ədalətsizlik kimi qəbul edilərək inciklik yarada bilər. Əgər bu
hal aradan qaldırılmazsa (müəllim qiyməti xarakterizə edərək
tələbənin yol verdiyi səhvləri göstərməklə
qiymətin ədalətli
olduğuna onu inandıra bilər), tələbədə fənnə və müəllimə, bü-
tövlükdə təlimə mənfi münasibətin yaranmasına gətirib çıxara
bilər. Bu zaman tələbə müəllimin verdiyi bütün aşağı balları,
habelə onun haqlı irad və tövsiyələrini ədalətsizlik və qərəzli
mövqe kimi qiymətləndirməyə meyl edəcəkdir.
Müəllimlə tələbə arasındakı psixoloji maneəni aradan
qaldırmağın əsas yolu onun yaranması səbəblərini aydınlaş-
dırmaqdan və bu əsasda tələbə ilə münasibətləri dəyişdir-
məkdən, qarşılıqlı anlaşma mühiti yaratmaqdan ibarətdir. Bu
zaman əsas məsələ tələbənin yanlış qəbul etdiyi tərbiyəvi
təsir priyomlarını aradan qaldırmaq və onun
fərdi xüsusiyyət-
Dostları ilə paylaş: