162
maraq və qabiliyyətlərinə görə bir-birindən fərqlənirlər: biri
səbrli, digəri hövsələsiz, biri kollektivçi, digəri fərdiyyətçi, biri
utancaq, digəri sırtıq olur. Tərbiyə işində bu fərdi xüsusiyyətləri
nəzərə almadan uğur qazanmaq olmaz. Eyni tərbiyə metodu
müxtəlif adamlara müxtəlif təsir göstərir.
Hər bir insan bir dünyadır, təkrarolunmazdır. Yalnız hər
kəsin fərdi xüsusiyyətlərini bilməklə onun daxili aləminə yol
tapmaq, ona düzgün təsir göstərmək olar.
Tərbiyə işində
cinsi xüsusiyyətləri də nəzərə almaq va-
cibdir. Eyni xoşagəlməz hərəkətə yol vermiş oğlan və qıza
yanaşma tərzi eyni ola bilməz; bu zaman cinsi xüsusiyyətlə
bağlı məqamları nəzərə almaq lazım gəlir.
Dostları ilə paylaş: